Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-890/2021 16.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan 15.02.1997-ci il təvəllüdlü X5 fəaliyyətsiz olduğuna görə onun, yəni X6 X5 üzərinə himayəçi-qəyyum təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 15.02.1997-ci ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, atası X7 anası X4 ilə 24.10.1994-cü ildə rəsmi nikah qurmuşlar. Bu nikahdan xx.xx.1995-ci il tarixdə o, 15.02.1997-ci il tarixdə isə qardaşı X9 anadan olmuşlar. X1 25.12.2015-ci il tarixdə, anası X4 isə 01.03.2021-ci il tarixdə vəfat etmişlər. Hazırda qardaşı X9 onun himayəsindədir. Qardaşı əmək qabiliyyətli hesab edilməyərək İ qrup əlil hesab edilmiş və ona əlillik təyin edilmişdir. Qardaşı İ qrup əlil olmaqla yanaşı daim qulluğa möhtacdır, kənardan yardım almadan hərəkət edə bilmir. Ona baxacaq başqa biri yoxdur, daim onun yanındadır. Şəmiyev Ayaz əqli zəifdir, özünü idarə edə bilmir. Bundan başqa qardaşı bu xəstəliyinin nə olduğunu bilmir, hərəkətlərinə rəhbərlik edə bilmir, özü-özünü idarə edə bilmir, pul vahidlərini tanımır. Pensiyasını ata-anası sağ olanda onlar alaraq, qardaşının ehtiyacları üçün xərcləyirdilər. Hazırda onun pensiyasını vermirlər ki, üzərində himayəçi olmalıdır. Bütün bunlar ailənin gündəlik həyatı üçün maneələr yaradır, dövlət idarələri ilə işdə təsərrüfat işlərində, əmlak və digər məsələlərin həllində ciddi çətinliklər yaradır. O, Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək qardaşı X5 üzərində qəyyum təyin edilməsini xahiş etmidir. Ona 07.04.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası MM-nin 34.2-ci maddəsinə uyğun olaraq fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında qəyyum təyin edilə biləcəyi bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilməsinə baxmayaraq Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan XİX-JQ 374870 və AZ-İİİ 073181 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 22 avqust 1995-ci il təvəllüdlü Ərizəçi və 15 fevral 1997-ci il təvəllüdlü X5 atası X7, anası isə X2r. İşdə olan 28.06.2019-cu il tarixli Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan və ona əlav əedilmiş sənədlər toplusundan görünür ki, 15 fevral 1997-ci il təvəllüdlü X9 ümumi xəstəlik üzrə birinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 29 may 2021-ci il tarixli, 83 nömrəli rəydən görünür ki, fiziki vəziyyəti: orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Başın ölçüləri böyükdür. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/70 mm c.s.b. nəbzi dəqiqədə 72 vurğudur. Nevroloji vəziyyəti: mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri-bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyribərabərdir. Sağ tərəfli hemiparez aşkar olunur. Psixi vəziyyəti: xarici görünüşü səliqəlidir. Zaman, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi zəifləmişdir. Nitq kontaktına daxil olur, verilən suallara qısa və konkret cavablar verir. Nitqi bir qədər qüsurludur, bu səbəbdən təkrar sorğular keçirmək məcburiyyəti yaranır. Yaddaşı nisbətən zəifdir, yeni məlumatları pis qavrayır. Təfəkküründə konkretliyə meyillilik vardır. Oxumaq, yazmaq vərdişləri zəifdir, qrammatik səhvlərlədir. Adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarmda (vurma və bölmə əməliyyatları) səhvlər edir. Abstrakt və məntiqi təfəkkürü zəifdir, atalar sözlərinin mənasını tam düzgün başa düşmür və hənin sözlərin mənasını izah edə bilmir. Maraq dairəsi daralmışdır. Mülahizə və mühakimələri bir qədər səthidir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Emosiyaları və affektiv reaksiyaları nisbətən davamsızdır. Düşdüyü vəziyyətə tənqidi zəifləmişdir. İntellekti inkişafdan geri qalır, İQ=62% . Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X9 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş 519 saylı arayış, Şəki MRX-dan verilmiş 137 saylı ambulator xəstənin tibbi vərəqi, TSEK-dən verilmiş 04.05.2017-ci il tarixli şəhadətləndirilmə aktı, “Zəfəran Hospital”-dan verilmiş 27.04.2016-cı il tarixli maqnit rezonans görüntüləmə müayinəsinin protokolu, ƏƏSMN-nın Şəki rayon şöbəsindən verilmiş 258388 saylı vəsiqə, anamnestik məlumatlar və hazırki ekspertiza zamanı onda bələdliyinin pozulması, əhvalının davamsız olması, yaddaşında zəiflik müşahidə olunması, yeni məlumatları pis qavraması, təfəkkürünün konkret olması, oxumaq, yazmaq vərdişlərinin qrammatik səhvlərlə aşkar edilməsi adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarmda (vurma və bölmə əməliyyatları) kobud səhvlər etməsi, maraq dairəsinin daralması, abstrakt və məntiqi təfəkkürünün zəif olması, atalar sözlərinin mənasını tam düzgün anlamaması və izah edə bilməməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan geri qalması, İQ=62 % və s.) imkan verir. X9 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZL1NTULAR1 İLƏ XBT-10 (Psixi və davranış pozuntulamm beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X5 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanserinin də müvafiq rəyi vardır. Ərizəçi X5 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 fevral 1997-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yaşayan 15 fevral 1997-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-890/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-890/2021
16.06.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver