Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-956/2021 16.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Samil oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samil oğlundan 2000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, o, heyvandarlıqla məşğul olmaqla iri və xırdabuynuzlu heyvan saxlayır. Cavabdehi də çoban kimi tanımışdır. Cavabdehlə razılaşmışlar ki, çobanlıq edəcək və hər ay 300 manat əmək haqqını alacaq. Cavabdeh heyvanları otarmamış əvvəlcədən ondan 2000 manat pul almışdır ki, heyvanları otaracaq, lakin sonradan heyvanları otarmaqdan imtina emiş, pulu geri tələb etdikdə isə bəhanələr gətirərək pulu verməmişdir. Hətta cavabdeh özünə məxsus ev əşyalarını qış yatağında qoyaraq qaçmışdır. O, bu barədə polisə müraciət etsə də cavabdeh sözügedən borcun yalnız 800 manatını etiraf etmişdir. Polis isə mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsini bildirmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Samil oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Cavabdeh Samil oğlunun Kəlbəcər RPŞ-nə verdiyi 13.02.2021-ci il tarixli izahatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Samil oğlu İddiaçı onun Tofiq müəllimə olan 800 manat borcunu ödədiyini etiraf etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, cavabdehi də çoban kimi tanımış, cavabdehlə razılaşmışlar ki, cavabdeh çobanlıq edəcək və hər ay 300 manat əmək haqqını alacaq. Cavabdeh heyvanları otarmamış əvvəlcədən ondan 2000 manat pul almışdır ki, heyvanları otaracaq, lakin sonradan heyvanları otarmaqdan imtina emiş, pulu geri tələb etdikdə isə bəhanələr gətirərək pulu verməmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Lakin cavabdeh Kəlbəcər RPŞ-nə verdiyi 13.02.2021-ci il tarixli izahatında İddiaçı onun Tofiq müəllimə olan 800 manat borcunu ödədiyini etiraf etmişdir. Buna görə də məhkəmə 800 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh Samil oğlundan 800 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Samil oğlundan 800 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-956/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-956/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver