Məhkəmə qərarları › İş №2(075)-988/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-988/2020

26.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-988/2020 26.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun vəkili X35 oğlunun, cavabdehlər Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun direktoru X6 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğuna qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun işdə azad edilməsi barədə əmrinin ləğv edilməsi, orada işlədiyi bağban işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının razılığı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəkixanovların evində 2015-ci ildən bağban kimi çalışır. Həmin muzey illərlə qəzalı vəziyyətdə olmuşdur. X33 illərlə bu evə təmənnasız qulluq etmiş və həmin evə nəzarət etmişdir. Anası həmin evin qəzalı vəziyyəti ilə bağlı müxtəlif dövlət orqanlarına məlumat vermişdir. Bu muzeyin bərpasına Mehriban xanımın təşəbbüsü ilə 2011-ci ildə başlanmış və 2013-cü ildə bərpa işləri yekunlaşmışdır. Muzeyin açılışında bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Həmin evin muzey kimi fəaliyyəti 2014-cü ilin mart ayından başlanmışdır. Muzey fəaliyyətə başlandıqdan sonra onların evdən iki nəfər işsiz şəxs həmin muzeydə çalışmağa başlamışdır. Altı ildir ki, o və arvadı həmin muzeydə işləyərək fəaliyyətlərini davam etdirmişlər. Həmin müddət ərzində hər hansı narazılıq baş verməmişdir. Turistləri arvadı üç xarici dildə qarşılayaraq yola salmışdır. O isə bağda bağban işləmiş, həmçinin abidənin mühafizəsini təmin etmişdir. Müdiriyyət və gələn turislər heç vaxt onların işindən narazı qalmamışlar. O, bağban kimi həmin muzeydə çalışsa da əlavə olaraq həmin muzeyin mühafizəçisi kimi də işləmişdir. 2018-ci ildən həmin qoruq ərazisi və digər ölkə qoruqlarının bəziləri Dövlət Turizim Agentliyinin hesabına verilmişdir. Elə bütün qarışıqlıq bundan sonra başlamışdır. Şəkixanovların sanitar qovşağında olan su çəni illərlə nasaz olduğundan öz pulu hesabına təmir etmişdir. Agentlik işə başlayandan sonra ona şəxsi büdcəsi vasitəsilə heç bir təmir işi aparmaması, lazım olarsa agentliyə məlumat verməsi bildirilmişdir. Bununla bağlı o, həmin su çəninin dəyişdirilməsini bildirmişdir. Agentlik plastmas su çənini götürüb yeni su çəni qoymuşdur. Ancaq qoyulan həmin su çəni əvvəlkindən kiçik olmuşdur. Bununla bağlı o, agentlikdə çalışan Ülkər xanıma zəng edib məlumat vermiş, qoyulan kiçik su çəninin həm hovuzu, həm sanitar qovşağı, həm də bağı sulamaq üçün kifayət etməyəcəyini bildirmişdir. Bunu bildirəndən sonra Ülkər xanım əsəbləşmiş və aqresiv şəkildə telefonu söndürmüşdür. Bu hadisədən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə ona müdiriyyət tərəfindən töhmət verildiyi bildirilmişdir. Həmin töhmətin nə səbəbə verilməsindən, ümumiyyətlə, məlumatı olmamış və bununla bağlı ondan hər hansı şəkildə yazılı izahat alınmamışdır. Həmin ay maaşla yanaşı, ona mükafat da verməmiş, Azadə xanımın e-mail vasitəsi ilə verdiyi əmr olduğunu bildirmişlər. Onlar ailəliklə xx xxxx 2020-ci il tarixdən Şəkixanovların evinə işə gedə bilməmişlər. Belə ki, həmin tarixdən muzeydə mühafizə xidməti işə başlamış, onlarda olan bütün açarlar Azadə xanım tərəfindən əllərindən alınmışdır. Daha sonra ölkədə pandemiya ilə əlaqəli karantin rejimi başlamış, digər müəssisə və idarələr kimi onlar da evdə qalaraq maaşlarını almışlar. May ayında muzeydə təmir bərpa işlər başlanılmış, xx xxx 2020-ci il tarixdə Məmməd Əhmədov yeni müdir təyin edilmişdir. Onlar təqdimatda iştirak etmişlər. Yeddi ay ərzində qoruqda üç müdir dəyişilmişdir. Müdir ilk iş günündən başlayaraq hər kəsi (kim ki müddətsiz müqavilə ilə işləyir) çağırıb üç aylıq, yəni müddətli müqaviləyə keçməyi təklif etmişdir. O və digər müddətsiz müqavilə ilə işləyənlər buna etiraz edərək otağı tərk etmişlər. Həmin vaxtı müdir Məmməd Əhmədov otağı tərk edən işçilərə “ona da bu lazım olduğunu” bildirmişdir. Bunun üzərindən bir neçə gün keçmiş müdirin köməkçisi Nərgiz xanım onlara zəng edərək ailəcə baxdıqları illərdə olduğu kimi muzeyin təmizliyini onun arvadına təklif etmiş, həmçinin boşuna durub maaş aldıqlarını, heç olmasa bir işə yaramaqlarını bildirmişdir. Nərgiz xanım onların vəzifə təlimatına uyğun öz işləri olduğunu, digər işlərin görülməsinin təlimat üzrə onlara aid olmadığını bildirmişdir. Bundan sonra o, müdirin qəbuluna gedərək, niyə belə bir təklif etməsini soruşmuş, müdir onun sualına kəskin şəkildə cavab verərək “işləmək istəmirsənsə ərizəni yaz, işdən çıx get” demişdir. Müdirin bu qanunsuz hərəkətləri ilə bağlı Azadə xanıma məlumat vermişdir. Azadə xanım bununla bağlı Məmməd müəllimə zəng edərək hadisəni yoluna qoymağı tələb etmişdir. Bundan sonra Məmməd müəllimin yanına gedərək ondan məqsədinin nə olduğunu öyrənmək istəmiş, sonuncu isə “hər şeyi zəng edib Bakıya çatdırma” demişdir. O isə müdirə “sən işini düzgün işlə” demişdir. Bu sözdən hirslənən Məmməd müəllim onun üstümə gəlməyə başlamış, bu vaxt otaqda olan Nərgiz xanım onu otaqdan çölə çıxarmışdır. Yoldaşı bununla bağlı aralarında olan bütün söhbətlərin şahidi olmuşdur. Bu hadisədən sonra katibə yoldaşına mesaj göndərək onun aprel ayında məzuniyyət çıxmalı olduğunu, lakin məlum karantin səbəbi ilə məzuniyyətə çıxmadığına görə xx xxxx 2020-ci il tarixdən məzuniyyətə çıxaracaqlarını bildirmiş, o da bununla bağlı məzuniyyət ərizəsi yazıb xx xxxx 2020-ci il tarixdə Ziyafət adlı xanıma təhvil vermişdir. Hesab edir ki, təqdim etdiyi məzuniyyət barədə ərizəsi müdir tərəfindən məhv edilmiş və ya qərəzli olaraq gizlədilmişdir. Belə ki, səhəri gün işdən azad edildiyini öyrənmişdir. Bununla bağlı ona töhmət verilməsi və ya işdən azad edilməsi barədə heç bir sənəd verilməmişdir. Dəfələrlə bununla əlaqədar Məmməd müəllimin yanına gedib işdən hansı səbəbdən azad edilməyini soruşmuş və işdən azad olunmasına dair sənədlərin təsdiq edilmiş surətlərini istəmişdir. Hər dəfə müdir onu otağından qovmuşdur. Bundan sonra sorğu tərtib edilmiş və həmin sorğunu Məmməd müəllimə təqdim etmək istəyəndə sorğunu onun üstümə atmışdır. Ona xx xxxx 2020-ci il tarixdə növbəti əmək məzuniyyətinə çıxması ilə bağlı ərizə yazdırılmış, lakin səhəri gün qərəzli olaraq işdən azad edildiyi ona məlum olmuşdur. Cənab Prezident dəfələrlə dövlət məmurlarına xəbərdarlıq etmişdir ki, məlum pandemiya ilə bağlı heç kim işindən azad edilməsin. Pandemiya dövründə dövlət işləməyən minlərlə vətəndaşlara sosial yardımlar etmişdir. Ancaq qoruq müdiri Məmməd müəllim bu halları nəzərə almadan saxtakarlıq edərək qərəzli olaraq onu işdən azad etmişdir. xx xxx 2020-cu il tarixdə onun barəsində 25/k saylı əmr verilmiş, həmin əmrlə ona şiddətli töhmət verilmişdir. Həmin əmrdən sorğu verib cavab alarkən məlumatı olmuş, əmr verilərkən, ümumiyyətlə, izahatı alınmamış, əmrlə tanış olmamış və həmin əmrə imza da etməmişdir. Bütün bunlar müdiriyyət tərəfindən olan saxtakarlıq və özbaşınalıqlardır. Bundan sonra onu xx xxxx 2020-ci il tarixli, 27/k saylı saxta və qanusuz əmrlə bağban işindən azad etmişlər. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Əmək Məcəlləsinin müvafiq normalarına, eləcə də idarənin daxili nizam-intizam qaydalarının pozulmasına formal olaraq istinad edilsə də bilavasitə qərəzlilik münasibətlərinə söykənmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun müdiri Məmməd Əhmədov müxtəlif üsullarla ona süni təzyiqlər edərək istəyinə nail olmağa çalışmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatlarla eyni məzmunlu izahat verdi. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X1 Həsən Fikrət oğlunun verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun direktoru X15 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı işə bərpa, əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası tamamilə əsassızdır və iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar həqiqəti əks etdirmir. İddiaçı şəxsi işinə əlavə edilmiş sənədlərin xronoloji ardıcıllıqla təqdim olunması və həmin sənədlərin məhkəmə tərəfindən yazılı sübut kimi tədqiq edilməsi və qiymətləndirilməsi iş üzrə məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir. Belə ki, İddiaçı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxxxx 2015-ci il tarixli, 3 nömrəli əmri ilə bağban işinə təyin edilmişdir. xx xxxxxx 2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçı məşğulluq təsnifatı üzrə gözətçi işinə keçirilmişdir. xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən xitam verilmişdir. xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsindən göründüyü kimi iddiaçı “Şəkixanlarının evi”ndə yenidən gözətçi işinə qəbul (təyin) edilmişdir. Qoruğun ştat cədvəlində gözətçi ştatı ləğv edildiyinə baxmayaraq İddiaçı ixtisar edilməmiş, xx xxxxx 2019-cu il tarixli əmrlə bağban işinə keçirilmişdir. Bu da rəhbərlik tərəfindən ona qarşı heç bir qərəzli münasibətin mövcud olmamasının əyani göstəricisidir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxx 2019-cu il tarixli, 48/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə uyğun olaraq İddiaçı töhmət verilmişdir. İddiaçı töhmət verilməsinin səbəbi vəzifə təlimatlarına aid olmayan məsələlərə dair Dövlət Turizm Agentliyinin X5 ümumi şöbəsinin müdiri Ülkər Qurbanova ilə mübahisə edərək ona qarşı kobudluğa yol verməsi, etik-davranış və subordinasiya qaydalarını pozması, daha sonra isə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun sabiq direktoru Yusif Məmmədova və sabiq direktor müavini Sevinc Süleymanlıya qarşı eyni əməlləri təkrar etməsi olmuşdur. Lakin İddiaçı birinci dəfə intizam məsuliyyətinə cəlb edilməsindən nəticə çıxarmamış, qoruq əməkdaşlarına qarşı qeyri-etik davranışlarını davam etdirmiş və subordinasiya qaydalarını yenidən pozmuşdur. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun keçmiş direktoru Yusif Məmmədov tərəfindən xx xxxx 2020-ci il tarixli, 37 nömrəli məktubla İddiaçı tutduğu qanunsuz əməlləri və davranışları haqqında “Dövlət X8 İdarəetmə Mərkəzi”nə xidməti məlumat təqdim etmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun keçmiş direktoru Yusif Məmmədov tərəfindən “Dövlət X8 İdarəetmə Mərkəzi”nə təqdim edilmiş İddiaçı haqqında xasiyyətnamədə yenidən iddiaçının inzibati tənbeh tədbirindən nəticə çıxarmadığı və qeyri-adekvat davranışlarını nümayiş etdirməkdə davam etdiyi bildirilmişdir. İddiaçı iddia ərizəsində ondan heç bir izahat alınmadığı qeyd etsə də, İddiaçı etik davranış qaydalarını pozması, rəhbər heyəti təhqir və tənqid etməsi barədə izahat istənilmiş, lakin iddiaçı izahat yazmaqdan imtina etmiş, bununla bağlı xx xxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Tərəfindən xx xxx 2020-ci il tarixli, 59 nömrəli məktubla İddiaçı etik davranış qaydalarını pozması haqqında “Dövlət X8 İdarəetmə Mərkəzi”nə xidməti məlumat təqdim etmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxx 2020-ci il tarixli, 25/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx xxx 2020-ci il tarixdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş fond mühafizi Nərgiz Ağayeva tərəfindən verilmiş izahatda İddiaçı tərəfindən qoruğun direktoruna qarşı etik davranış qaydalarının pozulması yenidən öz əksini tapmışdır. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən xx xxx 2020-ci il tarixli, 61 nömrəli məktubla İddiaçı tutduğu etik davranış qaydalarını pozduğu üçün şiddətli töhmət verildiyi və işdən çıxarılacağı halda ona məxsus fərdi yaşayış evininin yaxınlığında yerləşən “Şəkixanovların ev muzeyi”nə zərər yetirəcəyi haqqında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə xidməti məlumat təqdim edilmişdir. xx xxxx 2020-ci il tarixində “Yuxarı Baş” Dövlət Tarix- Memarlıq Qoruğu tərəfindən Şəki ŞRPŞ-yə İddiaçı qoruq əməkdaşlarını təhdid etməsi və tarixi abidəyə ziyan vuracağını bildirməsi barədə şikayət edilmişdir. Həmin şikayət əsasında İddiaçı Şəki ŞRPŞ-yə çağırılmış, polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş, həmin vaxt orada xidmət aparan polis əməkdaşları onu sakitləşdirməyə çalışsa da, o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, buna görə də onun barəsində protokol tərtib edilmiş və Şəki Rayon Məhkəməsinin 3(075)-352/2020 nömrəli qərarı ilə İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçının abidəni yandırmaq və ya digər qaydada zərər vurmaq cəhdlərinin qarşısının alınması məqsədilə Mühafizə Polisi ilə müqavilə bağlanmış, bu da Dövlət Turizm Agentliyi üçün əlavə büdcədənkənar xərclərin yaranmasına səbəb olmuşdur. İddiaçı ilk növbədə tarixi abidəni birbaşa qəsddən qorumaq məqsədilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxx 2020-ci il tarixli, 27/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq tutduğu bağban vəzifəsindən azad edilmişdir. xx xxxx 2020-ci il tarixli, 72 saylı məktubla “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı Dövlət Əmək Müfəttişliyinə göndərilmiş arayışda xronoloji ardıcıllıqla iddiaçı və onun arvadı X11 gündəlik iş prosesi üçün yaratdığı süni maneələr, etik davranış qaydalarının təkrarən pozulması, korrupsiya hüquqpozmalarının törədilməsi haqqında müfəssəl məlumat verilmişdir. Arayışda həmçinin iddia ərizəsində qeyd olunan iddiaçının həyat yoldaşının vəzifə təlimatlarına aid olmayan işlərə cəlb edilməsinə dair tələblərin irəli sürülməsi haqqında yalan iddialara aydınlıq gətirilmişdir. Belə ki, X7 xx xxxxx 2014-cü il tarixli, 02 nömrəli əmrlə Şəkixanovların evində baxıcı işi həvalə edilmişdir. xx xxxxxx 2018ci il tarixli əmək müqaviləsindən də göründüyü kimi işçi Şəkixanovların evində baxıcı işinə təyin olunmuşdur. Şəkixanovların ev muzeyi təmirdə olduğu müddətdə Rumella Məmmədovaya artıq Qoruğun Xan sarayında muzey baxıcısı kimi növbəli fəaliyyət göstərəcəyini bildirdikdə İddiaçı tərəfindən “mənim yoldaşım bura işə çıxmamalıdır, əgər çıxarsa mən də onunla burada oturacam” deyə rəhbərliyə qarşı yenə də qeyri-etik davranış sərgiləndiyi arayışda qeyd olunmuşdur. Rəhbərlik tərəfindən Rumella Məmmədovanın işdən çıxarılması ilə əlaqədar hər hansı bir tələb irəli sürülməmişdir. Əməkdaş hal-hazırda xidmətini davam etdirir. Əksinə, əməkdaşa Xan sarayında işə çıxmalı olduğu deyilən gündən xəstəlik vərəqəsi gətirəcəyini bildirmiş, daha sonra məzuniyyətə çıxmaq istədiyini bildirmişdir. Əməkdaşın məzuniyyət hüququ olduğundan ona heç bir qadağa və tələb qoyulmamışdır. xx xxxx 2020-ci il tarixli aktdan da göründüyü kimi İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq yenidən qoruğun normal iş prosesinə narahatlıq törətməkdə davam etmiş, “Şəkixanovların evi” memarlıq abidəsində məhəccər quraşdırılması ilə məşğul ustaların işinə mane olaraq işin gedişatını dayandırmışdır. İddiaçı iddia ərizəsində ona birinci dəfə, yəni xx xxxxxx 2019-cu il tarixdə töhmət verildikdən sonra maaşla yanaşı, mükafat da verilmədiyi bildirilsə də sonuncunun işlədiyi bütün dövrlər ərzində maaşı tam həcmdə ödənilmişdir. Belə ki, iddiaçıdan onun izahatı istənilsə də və əmrlərlə tanış olması üçün dəvət olunsa da, iddiaçı özü bundan imtina etmiş və məhkəməyə müraciət etməklə qoruq rəhbərliyini hədələmişdir. xx xxx 2020-ci il tarixli aktda həmin hadisələr öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İddiaçı ödənilməli olan sonhaqq hesabın gecikdirilməsi ona qarşı olan qərəzli mövqedən deyil, obyektiv səbəblərdən irəli gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxx 2020-ci il tarixli əmri ilə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş mühasibi X12 ilə əmək müqaviləsinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş və yalnız xx xxxx 2020-ci il tarixli əmrlə Qoruğa yeni baş mühasib təyin edilmişdir. Məhz bu səbəbdən iddiaçıya ödənilməli olan son haqq-hesab məbləği gecikdirilmiş, lakin ödənilmişdir. Həmçinin, İddiaçı məzuniyyətə buraxılmasına dair “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən heç bir əmr verilməmişdir. İddiaçının tutduğu vəzifədən azad edilməsi Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə tamamilə uyğun olmuşdur. İddiaçı iki dəfə intizam məsuliyyətinə cəlb edilməsinin səbəbi onun dəfələrlə (təkrarən) etik davranış və subordinasiya qaydalarını pozması, vəzifə təlimatlarına aid olmayan məsələlərə müdaxilə etməsi və korrupsiya hüquqpozmalarına yol verməsi olmuşdur. Odur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxxx 2020-ci il tarixli, 27/k saylı əmri qanunidir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun direktoru X6 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməlidir. İddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X13 göstərmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Altı ildir ki, ailəliklə həmin muzeydə işləyərək fəaliyyətlərini davam etdirmişlər. Həmin müddət ərzində hər hansı narazılıq baş verməmişdir. Həmçinin, abidənin mühafizəsini təmin etmişlər. Müdiriyyət və gələn turislər heç vaxt onların işindən narazı olmamışdır. 2018-ci ildən həmin qoruq ərazisi Dövlət Turizim Agentliyinin hesabına verilmiş, bundan sonra problemlər başlamışdır. Belə ki, yeddi ay ərzində qoruqda üç müdir dəyişilmişdir. Onlara idarənin təmizlənməsi kimi öz vəzifə səlahiyyətlərinə aid olmayan işlər tapşırılmışdır. Həmin işlərin yerinə yetirilməsindən imtina etdikdən sonra onlara qərəzli münasibət göstərərək fəaliyyətlərinə süni maneələr yaratmışlar. Belə ki, o və ya əri tərəfindən subordaniyasiya qaydaları pozulmamış, qoruq rəhbərliyi və ya agentliyin heç bir işçisinə qarşı qeyri-etik davranışa yol verilməmişdir. İddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X16 digər şahid X3 izahatına oxşar olan eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının anasıdır. Rəsmi olaraq “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda işləməsə də, həmişə oğluna və gəlininə köməklik etmişdir. Cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X17 göstərmişdir ki, Dövlət Turizm Agentliyi 2018-ci il 7 iyundan tabeliyində fəaliyyət göstərən “Yuxarı Baş” Milli Tarix- Memarlıq Qoruğunda yüksək mədəni turizm xidmətlərinin təmini istiqamətində sağlam iş mühitinin yaradılması, kadrların əmək qabiliyyətinin və psixoloji vəziyyətlərinin müsbət dəyərləndirilməsi istiqamətində işlər görür. Bu məqsədlə Agentliyin rəhbər heyəti və əməkdaşları mütəmadi olaraq yerlərdə Qoruq əməkdaşları ilə kommunikasiyada olur, işlərə birbaşa nəzarət edir. Qoruğa ezam olunduğu tarixdən dövlət tərəfindən mühafizə olunan XVİİİ əsrə aid “Şəkixanovların evi”ndə çalışan və abidənin qonşuluğunda yaşayan İddiaçı qeyri-adekvat hərəkətləri, öz işinə qarşı məsuliyyətsiz davranışları, intizam səviyyəsinin aşağı olması, etik davranış qaydalarına riayət etməməsinin şahidi olmuşdur. Belə ki, iş saatlarında vəzifə səlahiyyətlərinin icrası əvəzinə idarə etdiyi şəxsi avtomobili ilə “Yuxarı Baş” Qoruğuna və “Kiş” Qoruğuna turistləri daşımaqla məşğul olmuşdur. Abidəyə ailəsi ilə birgə şəxsi mülkləri kimi münasibət bəsləmələri, tarixi abidədən qeyri-qanuni əsaslarla gəlir mənbəyi kimi istifadə etmələri ilə əlaqədar İddiaçı işlədiyi müddət ərzində dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. İddiaçı intizam səviyyəsinin aşağı olması, etik davranış qaydalarına riayət etməməsi haqqında şifahi xəbərdarlıqlar almasına baxmayaraq heç bir nəticə əldə edilməmiş, əksinə tərəfindən rəhbər heyətə hücum edilərək hədələr səsləndirilmişdir. İddiaçı iş fəaliyyətində şəffaflığı qorumayaraq “Şəkixanovların evi”ndə yalnız özü və xanımı Rumella Məmmədova olmaqla başqa bir işçi qüvvəsinə icazə vermədiyini, əgər işçi götürülərsə və ya özü işdən çıxarılarsa tarixi abidəni yandıracağını bəyan etmişdir. Agentlik qoruqda maliyyə şəffaflığına və normal xidmətə dair tələblər irəli sürdükdə, Qoruğa Agentlik tərəfindən təyin olunan işçiləri təhqir etmiş, hədələmişdir. Abidədə yalnız özünün, həyat yoldaşının işləyəcəyini bəyan edərək, iş saatlarında məktəbli övladını işə cəlb edərək intizamsızlıq nümayiş etdirmişdir. İddiaçı intizam tənbehi qismində töhmət verilməsi də şəxsən ona zəng edərək subordinasiya qaydalarını aşmış qaydada təhqiramiz ifadələrlə danışması olmuşdur. Belə ki, İddiaçı Agentliyin əməkdaşı tərəfindən abidənin həyətindəki su çəninin təmiri ilə əlaqədar ona zəng edərək DTA QİM-in İdarə heyətinin sədri haqqında nalayiq ifadələr işlətməsi, kobud tonda danışıb üzünə telefonu qapatması artıq dözülməz hal almışdır. QİM-in bütün əməkdaşlarına ezamiyyələr zamanı aqressiv münasibətlər sərgiləyən İddiaçı Agentliyin menecment rəhbərləri haqqında qoruq əməkdaşlarının yanında böhtan xarakterli fikirlər səsləndirmişdir. Məsələ ilə əlaqədar abidənin mühafizəsi işinin təşkili üçün Baş Mühafizə İdarəsinin X32 Şöbəsinə müraciət edilmiş və abidənin mühafizəsi təşkil edilmişdir. Cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X9 göstərmişdir ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda baş fond mühafizəçisi işləyir. xx xxx 2020-ci il tarixdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədovla iş müzakirəsi zamanı qoruğun bağbanı İddiaçı icazəsiz müdirin iş otağına daxil olmuş, ona yüksək səs tonu ilə “sən” deyə müraciət edərək həyat yoldaşı Rumella Məmmədovanın “Şəkixanovların evi”ndə muzey baxıcısı olduğu üçün Xan sarayına işə gəlməyəcəyini, əks halda həyat yoldaşı ilə birgə gəlib oturacağını bildirmişdir. Cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X10 göstərmişdir ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda işləyir. xx xxx 2020-ci il tarixdə qoruğun bağbanı İddiaçı Qoruğunun direktoru Məmməd Əhmədovla mübahisə etdiyinin, ona qarşı etik davranış qaydalarını pozduğunun şahidi olmuşdur. Cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X4 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X14 göstərmişdir ki, Qoruğa ezam olunduğu vaxt İddiaçı “Şəkixanovların evi”nə gəlmiş turistlərdən bilet pulu aldığının, lakin biletin kötüyünü vermədiyinin və ödənişi kassaya daxil etmədiyinin şahidi olmuşdur. İş materiallarında olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxxxx 2015-ci il tarixli, 3 nömrəli əmrindən görünür ki, İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdən xüsusi vəsait üzrə bağban işinə təyin edilmişdir. İş materiallarında olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixdən Şəkixanovların evində gözətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxx 2019cu il tarixli, 12 nömrəli əmrindən görünür ki, qoruğun ştat cədvəlində gözətçi ştatı ləğv edildiyindən İddiaçı xx xxxxx 2019-cu il tarixdən bağban işinə keçirilmişdir. İş materiallarında olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxx 2019-cu il tarixli, 48/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin X5 əməkdaşına qarşı qeyri-etik davranış göstərdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. İş materiallarında olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Yusif Məmmədov tərəfindən Dövlət X8 İdarəetmə Mərkəzinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 37 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı ona verilən tapşırıqlara əməl etməməkdə, vəzifə öhdəliklərinə məsuliyyətsiz və biganə yanaşmaqda, dövlət əmlakına etinasız və laqeyd davranmaqda, Qoruq rəhbərliyi, eləcə də Dövlət Turizm Agentliyinin dolayısı ilə X5 müvafiq səlahiyyətli işçilərinin əleyhinə xoşagəlməz ifadələr və nalayiq sözlər işlədərək problem yaratmaqdadır. İddiaçı tutduğu qanunsuz əməlləri və davranışları haqqında Dövlət X8 İdarəetmə Mərkəzinə xidməti məlumat təqdim etmişdir. İddiaçı Qoruq rəhbərinin verdiyi tapşırıqlara əməl etməyərək turizm obyektinin şəffaf, hesabatlı işinə məhəl qoymayaraq süni manelər törətməkdə, populist fikirlərlə çaxnaşma və ayrımcılıq yaradaraq Qoruğun düzgün işləmə tərzinə və normal xidməti fəaliyyətin aparılmasına maneə törətməkdədir. İddiaçı vəzifə öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşdığına, dövlət əmlakına təlimat və qaydalara uyğun davranmadığına, mərkəzi icra orqanı olan Dövlət Turizm Agentliyinin dolayısı ilə X5 əməkdaşları ilə qeyri-etik münasibət yaratdığına görə, Qoruğun xx xxxxxx 2019-cu il tarixli, 48 nömrəli əmri ilə intizam tənbehinə cəlb edilərək töhmət verilmişdir. Lakin buna baxmayaraq İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq qeyri-adekvat davranışlarım nümayiş etdirməkdə davam etməkdədir. İddiaçı intizam tənbehinə cəlb edildikdən sonra, işdən çıxarılacağı təqdirdə hüquqmühafizə orqanlarına şikayət edəcəyini, fərdi yaşayış evi ilə yanaşı olan “Şəki xanlarının ev muzeyi”nə xəsarət yetirərək ziyan vuracağını dəfələrlə ifadə etmişdir. İş materiallarında olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Yusif Məmmədov tərəfindən Dövlət X8 İdarəetmə Mərkəzinə ünvanlanmış xasiyyətnamədən görünür ki, İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmamış və qeyri-adekvat davranışlarını nümayiş etdirməkdə davam edir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı həmin tarixdə etik davranış qaydalarını pozmuş, rəhbər heyəti təhqir və tənqid etmiş, bu barədə izahatı istənilsə də sonuncu izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxx 2020-ci il tarixli, 25/k nömrəli əmrindən görünür ki, Qoruğun rəhbərliyinə qarşı qeyri-etik davranış göstərdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Dövlət X8 İdarəetmə Mərkəzinə ünvanlanmış xx xxx 2020ci il tarixli, 59 nömrəli xidməti məlumatdan görünür ki, həmin tarixdə baş fond mühafizəçisi Nərgiz Ağayeva ilə iş müzakirəsi zamanı qoruğun bağbanı İddiaçı icazəsiz otağına daxil olmuş, ona yüksək səs tonu ilə “sən” deyə müraciət edərək həyat yoldaşı Rumella Məmmədovanın “Şəkixanovların evi”ndə muzey baxıcısı olduğu üçün Xan sarayına işə gəlməyəcəyini, əks halda həyat yoldaşı ilə birgə gəlib oturacağını bildirmişdir. Xan sarayının muzey baxıcısı Cavanşir Muxtarlı xx xxxx 2020-ci il tarixdən əmək məzuniyyətinə buraxıldığından və Xan sarayında başqa muzey baxıcısı olmadığından “Şəkixanovların evi”ndə muzey baxıcısı vəzifəsində işləyən Rumella Məmmədovaya ehtiyac yaranmış və “Şəkixanovların evi” təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədiyindən X34 sarayında işə çağırılmışdır. İddiaçı rəhbərlik tərəfindən şiddətli töhmət verilməsinə baxmayaraq hələ də rəhbərliyi müxtəlif instansiyalara şikayət edəcəyi ilə hədələmiş, tapşırığını rədd etmiş, eyni zamanda işdən çıxarılacağı təqdirdə rəhbərliyi məhkəməyə verəcəyini dəfələrlə vurğulamışdır. İş materiallarında olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Dövlət Turizm Agentliyinə ünvanlanmış xx xxx 2020-ci il tarixli, 61 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı Qoruq rəhbərliyi, eləcə də Dövlət Turizm Agentliyinin dolayısı ilə X5 müvafiq səlahiyyətli işçilərinin əleyhinə xoşagəlməz ifadələr və nalayiq sözlər işlədərək problem yaratmaqdadır. İddiaçı Qoruq rəhbərinin verdiyi tapşırıqlara əməl etməyərək turizm obyektinin şəffaf, hesabatlı işləməsinə məhəl qoymayaraq süni manelər törətməkdə, çaxnaşma və ayrımcılıq yaradaraq Qoruğun normal xidməti fəaliyyətin aparılmasına maneə törətməkdədir. İddiaçı qaydalara uyğun davranmadığına, mərkəzi icra orqanı olan Dövlət Turizm Agentliyinin X5 əməkdaşları ilə qeyri-etik münasibət yaratdığına görə Qoruğun xx xxxxxx 2019-cu il tarixli, 48 nömrəli əmri ilə intizam tənbehinə cəlb edilərək töhmət verilmişdir. Lakin buna baxmayaraq İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq qeyri-adekvat davranışlarını nümayiş etdirməkdə davam etmiş və xx xxx 2020-ci il tarixdə ona yenidən şiddətli töhmət verilmişdir. İddiaçı intizam tənbehinə cəlb edildikdən sonra işdən çıxarılacağı təqdirdə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini, fərdi yaşayış evi ilə yanaşı olan “Şəkixanovların ev muzeyi”nə xəsarət yetirərək ziyan vuracağını dəfələrlə ifadə etmişdir. İş materiallarında olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Şəki ŞRPŞ-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 64 nömrəli ərizədən görünür ki, İddiaçı qoruq əməkdaşlarını təhdid etmiş və tarixi abidəyə ziyan vuracağını bildirmişdir. Odur ki, onunla bağlı müvafiq tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(075)- 352/2020 nömrəli qərarının surətindən görünür ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədovun şikayəti əsasında İddiaçı Şəki ŞRPŞ-ə çağırılmış, polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş, həmin vaxt orada xidmət aparan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, buna görə də onun barəsində protokol tərtib edilmiş və məhkəmə tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxxx 2020-ci il tarixli, 27/k saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmiş və ona axırıncı haqq-hesab ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəllənin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixdən “Şəkixanlarının evi”ndə gözətçi işinə qəbul (təyin) edilmiş, qoruğun ştat cədvəlində gözətçi ştatı ləğv edildiyinə baxmayaraq sonuncu xx xxxxx 2019-cu il tarixli əmrlə bağban işinə keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin X5 əməkdaşına qarşı qeyri-etik davranış göstərdiyinə görə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxx 2019-cu il tarixli, 48/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Bundan sonra İddiaçı Qoruğun rəhbərliyinə qarşı qeyri-etik davranış göstərdiyinə görə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxx 2020-ci il tarixli, 25/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Beləliklə, İddiaçı ilə bağlanılmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmiş və ona axırıncı haqq-hesab ödənilmişdir. İddiaçı işəgötürən tərəfindən verilmiş əmrin qanunsuz və əsassız olduğunu iddia edərək hazırkı tələbi müdafiə edir. Cavabdehlər isə iddianı qəbul etmirlər. Göründüyü kimi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyinin tələblərinə əməl etməmiş, buna görə də barəsində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxx 2019-cu il tarixli, 48/k nömrəli əmri ilə töhmət verilmişdir. İddiaçı həmin intizam tənbehindən nəticə çıxarmamış, altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxx 2020-ci il tarixli, 25/k nömrəli əmri ilə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı işdən çıxarılacağı halda Qoruq rəhbərliyini dövlətə məxsus muzeyi yandırmaqla hədələmiş, barəsində Şəki ŞRPŞ tərəfindən araşdırma aparılması üçün izahatı alınarkən xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, barəsində Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(075)-352/2020 nömrəli qərarı ilə 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu haqlı olaraq xx xxxx 2020-ci il tarixli, 27/k saylı əmrlə İddiaçı ilə arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam vermişdir. İddiaçı tərəfindən həmin əmrin əsassızlığı ilə bağlı hər hansı sübut təqdim edilməmişdur. Sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü nəzərə alınaraq onun qanunsuz olaraq işdən çıxarılması öz təsdiqini tapmamışdır. Beləliklə, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 27/k saylı əmri verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddia ərizəsində həmin əmrin qanunsuz və əsassızlığını göstərən hallar öz təsdiqini tapmamışdır. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 106.1-ci mаddəsində göstərilir ki, işdə iştirаk edən şəxslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yоxlаnılmаlı və qiymətləndirilməlidir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, işəgötürən, yəni cavabdeh “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli, 27/k saylı əmr qanuni və əsaslı olduğundan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğuna qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarixmemarlıq qoruğunun işdə azad edilməsi barədə əmrinin ləğv edilməsi, orada işlədiyi bağban işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar