Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-99/2021 05.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8760 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, orta məktəbdə müəllim işləyir. 2015-ci ildə aylıq maaşı təxminən 120 manat olmuşdur. Həmin vaxtlarda bacanağının qardaşı, hazırkı iş üzrə Cavabdeh onun yanına gəlib oğullarının əsgərlik yaşı çatdığını, evini tikib tam başa çatdıra bilmədiyini, rəsmi olaraq heç bir yerdə işləmədiyinə görə bankların ona kredit vermədiyini demiş, bankdan kredit götürüb ona verməsini xahiş etmişdir. O isə cavabında heç yerlə işləmirsə krediti necə ödəyəcəyini soruşmuşdur. Cavabdeh yeməkxana işlətdiyini, həmçinin mal-qara alverdi etdiyini, borcunu vaxtıvaxtında ödəyəcəyini bildirmişdir. O, cavabdehin sözlərinə inanmış, “xxxx” KB ASC və “xxxx” ASC-dən kredit götürüb cavabdehə vermiş, başqa bir bankda da cavabdehə zamin durmuşdur. Beləliklə, cavabdeh bütün qohumların adına kredit götürmüş, əvvəllər ödənişləri vaxtında etsə də, sonradan dolların qalxması ilə ödənişləri dayandırmışdır. Bundan sonra banklardan zənglər gəlməyə başlamış, o, pis vəziyyətə düşdüşdür. Hazırda ürəyindən müalicə alır və əməliyyata ehtiyacı var. Əmək qabiliyyətini itirdiyinə görə 270 manat müavinət alır. Lakin cavabdehə zamin durduğu üçün hər ay pulundan 50% tutulur. Cavabdeh hətta tutulmuş pulu da vaxtında ödəmir. Dəfələrlə cavabdehə zəng edərək borcunu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq borcu ödəməkdən yayınmışdır. Cavabdeh etibarından istifadə edərək onu aldatmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinin məzmununa uyğun izahat verdi. Bildirdi ki, son altı ay ərzində cavabdeh tərəfindən banklara 900 manat pul ödənilmişdir. Odur ki, həmin pulu cavabdehin borcundan çıxır və iddianı 7860 manat hissədə müdafiə edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də ev tikmək üçün ona pul lazım olduğundan İddiaçı borc pul istəmişdir. İddiaçı öz adına “xxxx” KB ASC və “xxxx” ASC-dən pul götürmüş və ona vermişdir. O, banklara borcunu qismən ödəmişdir. İşin məhkəmədə baxıldığı dövrdə borcundan 900 manat ödəmişdir. Hazırda iddiaçıya nə qədər borcu olduğunu dəqiq bilmir. Hal-hazıradək borcundan banklara az-az ödəmişdir. Bundan sonra da hissə-hissə ödəmək istəyir. İddianı qalan hissədə qəbul edir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı “xxxx” KB ASC və “xxxx” ASC-dən öz adına götürdüyü müxtəlif məbləğlərdə borc puldan bir hissəsini ödəsə də, qalıq borcunu qaytarmamışdır. İddiaçı iddiasını 7860 manat borc hissəsində müdafiə edir. Cavabdeh iddianı həmin həcmdə qəbul edir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli notarial ərizədən görünür ki, Cavabdeh İddiaçı “xxxx” KB ASC və “xxxx” ASC-dən kredit alıb ona verdiyini bildirmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı İskəndər oğlunun zaminliyi ilə bankın müştərisi Cavabdeh ilə Bank arasında xx xxxxxx 2014-cü il tarixli, BALBL3333313/14 saylı müqaviləyə əsasən Bolkart kredit kartı, BS-DK10016113/14 saylı baş saziş və R-BS-DK10016113/14 saylı razılaşmaya əsasən Dostlar klubu kredit kartı və CC/91327/45/13 saylı müqaviləyə əsasən 3820 ABŞ dollar məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. Müştəri və zamin “xxxx” ASC qarşısında üzərlərinə götürdüyü öhdəlikdən vaxtında və lazımınca icra etmədikləri üçün bank tərəfindən Şəki Rayon Məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məkhəmə orqanı tərəfindən xx xxxx 2017-ci il tarixli, 2(075)-2675/2017 saylı, xx xxxx 2017-ci il tarixli, 2(075)- 2700/2017 saylı və xx xxxxx 2017-ci il tarixli, 2(075)-3094/2017 saylı məhkəmə əmrləri ilə təmin edilmişdir. Bankı tərəfindən müştəriyə xx xxxxxxx 2020-ci il tarixinədək kreditlər üzrə ümumi borcun 30 (otuz) faizi həcmində ilkin ödəniş etmək şərti ilə nağd pul krediti üzrə qalıq borc məbləğinin güzəştli şərtlərlə manata konvertasiya edilərək kreditləri üzrə qalıq borc məbləğlərinin 60 ay müddətinə resturkturizasiya edilməsi təklif edilir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “xxxx” KB ASC-nin xx xxxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Cavabdeh “xxxx” KB ASC-də heç bir kredit və zaminlik öhdəliyi yoxdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “xxxx” KB ASC-nin xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ilə xx xxxx 2019-cu il tarixli güzəştli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı 7860 manat borc hissəsində etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən işin məhkəmədə baxıldığı dövrdə 900 manat ödəniş olunduğunu bildirmiş, iddianı qismən müdafiə etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7860 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7860 (yeddi min səkkiz yüz altmış) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-99/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-99/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver