Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-101/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanunsunuz tikililərin sökülməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanunsunuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı və JN 623A saylı Torpağın mülkiyyət Hüququna dair Şəhadətnamə əsasında onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş, Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin sahədə cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı və JN 623A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddiaçı və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində yerləşir. Lakin həmin həyətyanı torpaq sahəsinin bir hissəsi uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt olunaraq istifadə edilməkdədir. Belə ki, cavabdeh eni 3 metr, uzunluğu 24 metr olan torpaq sahəsinin bir hissəsində özünə fərdi yaşayış evi inşa etmişdir. Son vaxtlar iddiaçılar 3-cü şəxsə müraciət edərək müvafiq həyətyanı torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini tələb etdikdə, 3-cü şəxsin əməkdaşları əraziyə baxış keçirmiş və torpaq sahəsinin bir hissəsinin qonşunun (cavabdehin) istifadəsində olması, həmin ərazidə qonşunun ev inşa etməsi səbəbilə mübahisənin mövcudluğunu əsas gətirərək xx.xx.2024-cü il tarixli məktubla dövlət qeydiyyatından imtina etmişlər. İddiaçılar dəfələrlə cavabdehdən torpaq sahəsinin zəbt olunmuş hissəsinin azad edilməsini və həmin hissədə özbaşına inşa etdiyi yaşayış evinin sökülməsini tələb etsələr də, cavabdeh bu tələbləri yerinə yetirməkdən imtina etmişdir. Buna görə də iddiaçılar cavabdehə qarşı məhkəmə qaydasında iddia qaldırmaq məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı və JN 623A saylı Torpağın mülkiyyət Hüququna dair Şəhadətnamə əsasında onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş, Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin sahədə cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı cavabdehdən iddiaçıya məxsus torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin cavabdeh buna etiraz edərək, bununla razılaşmamışdır. Cavabdeh həmin torpaq sahəsindən onun istifadəsinə maneçilik etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, onun istifadəsində olan torpaq sahəsi şəhadətnamə əsasında onun mülkiyyətində olan torpaq sahəsidir. Ona görə də, hazırkı iddia üzrə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərini dinləyib, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan JN-623, KOD 50415038 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir rayon, Əliyaqublu kənd sakinləri, İddiaçı, X3, X6 və X4 0.25 ha torpaq sahəsi verilişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-7120/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Əliyaqublu kəndi ərazisində yerləşən (Torpağın mülkiyyətə verilməsinə dair JN-623A KOD 50415038 nömrəli şəhadətnamə əsasında) 0.25 ha torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsinde hansisa tikinti və digər obyektlər mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/227 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Əliyaqublu kəndi ərazisində yerləşən (Torpağın mülkiyyətə verilməsinə dair JN-623A KOD 50415038 nömrəli şəhadətnamə əsasında) 0.25 ha torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsinde hansisa tikinti və digər obyektlər mövcud deyil. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, JN-623A, KOD 50415038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçının, X1, X5 və X2 mülkiyyətindədədir. Həmin torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh istifadə edərək mülkiyyətçilərin istifadəsinə maneçilik törədir. Qeyd edilən mübahisəli torpaq sahəsində hər hansı tikili yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, JN- 623A, KOD 50415038 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yerləşən İddiaçı, X1, X5 və X2 mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin 0.0115 ha-dək hissəsindən Cavabdeh çıxarılmalıdır. Eyni zamanda iddia tələbinin tikilinin sökülməsinə dair hissədə məhkəmə qeyd edir ki, mütəxəssis və ekspertiza rəylərində mübahisəli torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş hər hansı tikili olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin tikilinin sökülməsinə aid hissəsinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin mövcudluğuna dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. JN-623A, KOD 50415038 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yerləşən İddiaçı, X1, X5 və X2 mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin 0.0115 ha-dək hissəsindən Cavabdeh çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-101/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-101/2025
23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver