Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-106/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh və X2 (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikintilərinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı və X3 cavabdehlər Cavabdeh və X2 (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikintilərinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı və JN-201 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçıların ümumi paylı mülkiyyətinə verilmiş, Şəmkir rayonu Aşağı Seyfəli kəndinin ərazisində yerləşən 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi, həmin sahədə cavabdehlər tərəfindən özbaşına inşa edilmiş müxtəlif təyinatlı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh və X2 (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikintilərinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-106/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-106/2025
03.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver