Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-108/2023 21.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və vəkili X2, Cavabdeh və vəkili X11, Şəmkir rayonu Ə.Cavad adına 4 saylı orta məktəbin müəllimi X3, Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatında Hüquq şöbəsinin məsləhətçisi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (3-cü şəxs Şəmkir RİHB-nin yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) uşaq və aliment tələbinə dair iddiası üzrə işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü Aylin və xx.xx.2017-ci il təvəllüdlü Əsgər adlı uşaqların Cavabdeh alınaraq onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ilin avqust ayında qeyri-rəsmi ailə quraraq nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadığları dövrdə xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı iki uşaqları doğulmuşdur. Ailə qurduğları vaxtdan münasibətləri soyuq olmuş, əri və onun valideynləri ona qarşı çox pis davranmışlar, dəfələrlə heç bir səbəb olmadan qaynanası tərəfindən döyülmüşdür. Uzun müddət ailədəki vəziyyətə uşaqlarının xatirinə dözmüş, bununla əlaqədar atasına da müraciət edərək ayrılmaq istədiyini bildirmişdir. Atası isə hər dəfə dözməyini, ailəsini dağıtmamağı məsləhət görmüşdür. 2022-ci ilin aprel ayında isə artıq ona qarşı olan münasibətə dözməyib evdən getmişdir. Uşaqları cavabdehin yanında qalmışdır. Sonradan dəfələrlə uşaqlarını tələb etməyinə baxmayaraq cavabdeh və valideynləri uşaqlarını ona verməmişlər, hətta telefonla belə onlarla ünsiyyət saxlamağına maneçilik törətmişlər. Dəfələrlə uşaqlarının alınıb ona verilməsi üçün Şəmkir rayon polis şöbəsinə müraciət etmişdir. Uşaq tələbi mülki iş olduğuna görə polis şöbəsində ona məsləhət görmüşlər ki, məhkəməyə müraciət etsin. O, uşaqlarının təhsili və tərbiyəsi ilə məşğul olmaq, onlara ana qayğısı göstərmək istəyir, cavabdeh fiziki qüsurludur, laldır, yaxşı eşitmir, onun özünün qulluğa və qayğıya ehtiyacı vardır, o uşaqlarına onun baxa biləcəyi kimi baxa bilməz. Ona görə də hazırda uşaqlarının rəsmi olaraq onun himayəsinə verilməsini istəyir, uşaqların ona verilməsi uşaqlarının mənafeyinə və qanuni maraqlarına uyğundur. Hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı olmadığına görə qızı Aylin və Əsgərin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin ona aliment ödəməsini istəyir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Hesab edir ki, cavabdehlə birgə yaşadığları dövrdə anadan olmuş uşaqlarının yetkinlik yaşına çatanadək cavabdeh ona köməklik göstərməlidir. Cavabdeh rəsmi olaraq işləmədiynə görə alimentin sabit pul məbləğində tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ancaq uşaqlarını istəyir, hazırda işləyir, atası ilə birlikdə yaşayır. Cavabdeh ikinci dəfə evlənib bir uşağı da var, cavabdeh və onun valideynlərinin ucbatından özü uşaqlarından məhrum edilib, cavabdeh uşaqlara baxa bilməz heç vaxt, çünki qüsurludur, kiçik oğlu da ona görə 5 yaşı olmasına baxmayaraq o da indi -indi danışmağa başlayıb. Bir ana kimi özü sağ ola-ola, övlad həsrəti ilə yana yana onun övladlarına iki yad qadının (qaynanası və ərinin arvadı-ögey ana) baxması hansı ədalətə sığır?! Hər bir insanın səhvi olur, səhvinin olması da cavabdeh və onun ailə üzvlərinin dözülməz davranışlarının ucbatından baş vermişdir. Onlar onun həyatını məhv etməklə yanaşı uşaqlarına da böyük psixoloji travma verirlər. Anası haqqında ən pis şeyləri danışıb uşaqların psixoloji vəziyyətlərini daha da kəskinləşdirilər. Hazırda atası ilə birgə yaşayır, yaşayış yeri vardır. Müvəqqəti təminat tədbirinə əsasən uşaqlarla görüşən vaxt balaca oğlan onunla çox gözəl ünsiyyət qurur, görüşür, lakin böyük qızı isə öyrədirlər deyə ona yaxın gəlməkdə çətinlik çəkir. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X7 iddia ərizəsini müdafiə edərək iddiaçının dediklərinə uyğun izahat verdi məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı cavabdehin vəkili X16 irəli sürülmüş iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, cavabdeh danışa bilmir, dil qüsurludur. İddiaçı həyat yoldaşına və evinə zərər vurub. İddiaçının barəsində cinayət işi olub və hazırda azadlığın məhdudlaşdırılması haqqında hökm var. Cavabdeh o iş üzrə zərərçəkmişdir. İddiaçı yaşadığı evdən oğurluq etmişdir, başqasına evdəki qızılların və pulların yerini demişdir. 18 min manat oğurluq etmişdir. İddiaçı bu günkü günü heç bir yerdə işləmir və kirayələrdə qalır. İddiaçının uşağa baxmağa maddi imkanı yoxdur. Cavabdehin anası uşaqların saxlanlmasında köməklik edir. Evlərində hər uşağın özünün ayrıca otağı vardır. Şəraitləri yüksək səviyyədədir. İddiaçının isə belə şəraiti yoxdur. Uşaqların atalarının yanında qalmaları məqsədə uyğundur. Ona görə də, iddia tələbini rədd edilməsini barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəmkir rayonu Ə.Cavad adına 4 saylı orta məktəbin müəllimi X3 iştrakı ilə dindirilən xx.xx.2015-ci il (7 yaş) təvəllüdlü Aylin bildirdi ki, onlara nənəsi və ikinci maması (atasının ikinici arvadı) baxır. Evlərində 7 nəfərdirlər. Atası, ögey maması, qardaşı Əsgər, digər qardaşı (atasının ikinci evliliyindən olan), babası, nənəsi və özü yaşayır. Anasını istəmir. Ona görə ki o oğruçudur. Atası isə yaxşıdır, ona görə ki, onlara pul verir, peçenye alır. Məhkəmə iclasında Şəmkir rayonu Ə.Cavad adına 4 saylı orta məktəbin müəllimi X8 və Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatında Hüquq şöbəsinin məsləhətçisi X12 hər ikisi ayrı -ayrılıqda məsələyə müasibət bildirərək, uşaqların atasının himayəsində qalmasını məqsədə müvafiq hesab etdilər. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini və digər iş materiallarını tam və hərtərəfli əlaqəli şəkildə araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı uşaqlar anadan olmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-76/1-9-xx-xx/2023 saylı rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik komissiyasının üzvləri tərəflərin yaşadıqları yerlərə baxış keçirərək onların həyat şəraitini müayinə etmişdir. Müəyyən olunmuşdur ki, X6 və X10 ataları Cavabdeh ilə birlikdə yaşayırlar. Şəmkir rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinin, Uşaq hüquqları haqqında Konvensiyanın 9-cu maddəsinin 3-cü bəndinin tələblərini rəhbər tutaraq, qeyd olunanları nəzərə alaraq xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 ataları Cavabdeh himayəsində qalmalarını məqsədə müvafiq hesab etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. İddiaçı barəsində olan cinayət işi ilə bağlı evdən aparılan zaman azyaşlı uşaqlar atalarının yanında qalmışdır. Hazırda Aylin və Əsgər adlı uşaqlar Cavabdeh himayəsində yaşayır. İddiaçı yetkinlik yaşına çatmamış uşaqlarının cavabdehdən alınıb onun himayəsinə verilməsini və azyaşlı uşaqların saxlanması üçün Cavabdeh aliment tələb edir. Cavabdeh yetkinlik yaşına çatmamış Aylin və Əsgər adlı uşaqların anası İddiaçı himayəsinə verilməsinə etiraz edir. Ona görə də məhkəmə hesab edir ki, uşaqların hazırda azyaşlı olmaları, ana qayğısına daha çox ehtiyacları olmaları, atanın dil qüsurlu olması, bu səbəbdən də kiçik uşağın da gec danışmasını, atanın ikinci dəfə ailə qurmasını, atanın həmin nikahdan da övladının olmasını nəzərə alaraq hesab edir ki, tərərflərin faktiki nikahından doğulmuş uşaqlar da yetkinlik yaşlarına çatanadək analarının himayəsində qalmalıdırlar. Məhkəmə, həmçinin cavabdehin nümayəndəsinin “ananın cinayət törətməsi, bununla da uşaq onda qala bilməz” dəlilinə hüquqi qiymət verərək hesab edir ki, Ailə Məcəlləsindən də göründüyü kimi, ana uşaqların və ya ərinin sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətməmiş, həmçinin valideyn hüquqlarından məhrumetmə və ya valideyn hüquqlarının məhdudlaşdırılması barədə qüvvədə olan qətnamə mövcud deyildir. Eyni zamanda ananın törətmiş olduğu cinayətə görə də hökm çıxarılan zaman ana cəmiyyətdən təcrid edilməmişdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, məhkəmə həmçinin daxili inamını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, ən vacib məsələ isə ananın analıq hissinin itirilməməsi ilə bağlıdır ki, ana evdən çıxan gündən uşaqlarına qovuşmaq üçün bütün mənəvi və hüquqi addımlarını atmışdır. Ona görə də məhkəmə hesab edir ki, azyaşlı uşaqların Cavabdeh verilməsi nəticəsinə gələn Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsassızdır. Mövcud vəziyyətdə uşaqların mənafeyi baxımından məhkəmə onların cavabdehdən alınıb iddiaçıya-anasına verilməsini məqsədəuyğun hesab edir. Azyaşlı uşaqların yaşı, inkişafı, tərbiyəsi, mənafeyi daha çox anasının yanında yaşamağa uyğun olduğuna dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 192.3-cü maddəsinə əsasən uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparırır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsi ilə uşaqlarla qəddar rəftar, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideynlərinə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2015ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı uşaqlar Cavabdeh alınıb İddiaçı verilməli və uşaqlar yetkinlik yaşına çatana qədər iddiaçı- anaları İddiaçı himayəsində saxlanmalıdır. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı uşaqların saxlanması üçün alimentin məbləğinin hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşayacaqlarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin alınması yetkinlik yaşına çatmamış uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı uşaqları Cavabdeh alınaraq, İddiaçı himayəsinə verilməli, cavabdeh X4 xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün qətnamə icra edildiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat tutularaq yetkinlik yaşlarına çatana kimi uşaqların anası İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat və ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X10 adlı uşaqlar Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin və onlar yetkinlik yaşına çatana qədər iddiaçı –anaları İddiaçı himayəsində saxlanılsın. Qətnamə uşaq tələbinə dair hissədə icra olunan tarixdən, yəni uşaqlar atadan alınıb anaya verilən gündən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X4 hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-108/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-108/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver