Məhkəmə qərarları › İş №2(076)-111/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-111/2025

23.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-111/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şöhrət oğlu, Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şöhrət oğlu, Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şöhrət oğlu, Cavabdeh4 özlərinə məxsus əşyaları da daxil olmaqla 11 iyul 1991-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona məxsus Şəmkir Rayon Çənlibel kəndində yerləşən evində çıxarılmasını dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə mahiyyəti üzrə baxılmağa başlanana kimi ilk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı “pul ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı ona qarşı "evdən çıxarılma" tələbinə dair ilk iddiasını təmin etməməsini; qarşılıqlı iddianı təmin edərək, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı onun evinin təmir-tikinti işlərinə çəkdiyi xərcin əvəzi olaraq 23133 (iyirmi üç min bir yüz otuz üç) manat pulun və onun tərəfindən ödənilmiş 160 (bir yüz altmış) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzər iddiaçı, qarşı iddia üzrə cavabdehin nümayəndəsi X1 məhkəməyə teleqram ünvalayraq, iddia ərizəni baxılmamış saxlanılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşı iddia üzrə iddiaçının Cavabdeh1 vəkili Vəkil məhkməyə ərizə təqdim edərək, hazırda qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şöhrət oğlu, Cavabdeh4 qarşı “evdən çıxarılma” və Cavabdeh1 İddiaçı qarşı “pul ” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar