Məhkəmə qərarları › İş №2(076)-1138/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1138/2024

06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1138/2024 06.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilib 13 avqust 1977-ci ildə atası X13, anası X2 olmaqla Ermənistan Respublikası Vardenis rayonunda doğumumun qeyd edilməsi faktının müəyyən olunması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 13 avqust 1977-ci ildə atası X13, anası X2 olmaqla Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. 1988ci ildə məcburi köçkün kimi Şəmkir rayonunun Dağ-Cəyir kəndində məskunlaşmış, halhazırda həmin kənddə yaşayır. Onun şəxsiyyətini təsdiq edən sənədi olmasa da formal sənədi olmuşdur. İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur və hərbi bileti də olmuşdur. O doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, həmin şöbədən ona rəsmi məktubla doğum akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək doğum faktıın məhkəmə qaydasında müəyyən olunmasını istəyir. Qeyd olanları nəzərə alaraq onun doğum akt qeydini bərpa edilib 13 avqust 1977-ci ildə atası X13, anası X2 olmaqla Ermənistan Respublikası Vardenis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən olunması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, atası X13, anası X2 olmaqla 13 avqust 1977-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunda anadan olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Zülfüqar ona uzaqdan qohum düşür. Zülfüqar Xudiyevin atasının adı Əhməd, anasının adı Tamara olmuşdur. Onlar Göycədə qapı qonşu olmuşlar. Lakin 1988-ci ildə onların ailəsi məcbur olaraq Azərbaycana gəlmiş, ondan sonra daimi Yeni-Göyçə kəndində yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi ailəsi ilə, 1988-ci ildə Ermənistan kəndindən köçmüşlər. Ondan sonra 3-cü sinifdən başlayaraq məktəbi bitirənə qədər bir sinifdə oxumuşlar. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yeni-Göyçə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cüil tarixli 103 nömrəli arayışdan görünür ki, həqiqətən Ermənistan Respublikasında məcburi köçkün düşmüş X6 müvəqqəti Şəmkir rayon, Yeni- Göycə kəndində məskunlaşmış və həmin kənddə yaşayır. İş materiallarında olan AZ-İİ seriyalıda 360921 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətində görünür ki, X3 xx.xx.2008-ci ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X11 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalıda 806323 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətində görünür ki, X7 xx.xx.2008-ci ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X11 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 899251 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Essensial hipertenziya səbəbindən Şəmkir rayonu Yeni Göyçə kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 491704 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə kəskin ürək çatışmazlığından Şəmkir rayonu Yeni Göyçə kəndində ölmüşdür. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanlandığı 3-16-5/8-1000 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeydiyyat şöbəsinin arxiv kitabında və “Vətəndaşlıq vəziyyət Aktları” avtomatlaşdırlmış qeydiyyat informasiya sistemində onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında Şəmkir rayon Yeni Göyçə kənd ümumi orta məktəb tərəfindən Şəmkir rayon Məhkəməsinin tərəfindən göndərilmiş sorğuya cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli 13 nömrəli məktubundan görünür ki, X8 1988-ci ildə baş verən məlum səbəblərə görə Göyçə mahalından məcburi köçkün düşərək Şəmkir rayonunun Yeni Göyçə kəndində məskunlaşmış, həmin ildən Yeni Göyçə kənd tam orta məktəbinin (indiki Yeni Göyçə ümumi orta) 3-cü sinfinə daxil olaraq, 1996-cı ildə həmin məktəbin 11ci sinfini bitirmiş və A №075902 nömrəli attestatı almışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2/1-038036/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi barəsində Şəmkir Rayon Prokurorluğunda cinayət işi istintaq edilməmiş, təqsirləndirici material araşdırılmamışdır. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonundaanadan olması, atasının X13, anasının X2 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumakt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyəmüraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə iləməhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonda doğulması, atasının X13, anasının X2 olması ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblərüzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X13, anası X2 olmaqla, 13 avqust 1977-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir RayonMəhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar