Məhkəmə qərarları › İş №2(076)-114/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-114/2023

17.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-114/2023 17.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi ilə Məhkəmə iclas katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı qarşı fərdi yaşayış evindən, torpaq sahəsindən çıxarılma və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən, torpaq sahəsindən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.12 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması və iddiaçının həmin ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1982-ci ildə Şəmkir rayon Xuluf kəndində 0.12 ha həyətyanı torpaq sahəsi almışdır. Həmçinin cavabdeh-bacısı Cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsinin sol tərəfindən mərhum atası 0.12 ha həyətyanı torpaq sahəsi almışdır. O, 1983-cü ildə özünə məxsus 0.12 ha həyətyanı torpaq sahəsində 4 otaqlı fərdi yaşayış evi tikdirmişdir. Bacısı Cavabdeh isə Sabirabad rayon Meyniman kənd sakini Fərəməz adlı şəxslə ailə qurub Sabirabad rayonuna ərə getmişdir. İddiaçı 1993-cü ildə Rusiya Federasiyasına getmiş, bacısı Cavabdeh isə 1996-cı ildə ailə məsələsinə görə qayıdıb gəlib Şəmkir rayonu Xuluf kəndində ona məxsus 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini qanunsuz olaraq zəbt edib yaşayır. İddiaçı 2022-ci ildə açıq ürək əməliyyatı etdirdikdən sonra vətənə qayıtmış və özünə məxsus torpaq sahəsini və fərdi yaşayış evinə olan hüquqlarını dövlət qeydiyyatına aldıraraq çıxarış almışdır. Cavabdeh bacısı onun evini və torpaq sahəsini 26 ildir ki, zəbt edib orda əkdiyi meyvə ağaclarından istifadə edib satır. Hazırda cavabdeh onu öz evinə və torpağına buraxmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən, həmin ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin ünvanda yerləşən ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, vediyi izahatında göstərmişdir ki, İddiaçılə Cavabdeh bacı-qardaşdırlar. Mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi babalarından miras qalmışdır. Cavabdeh öz torpağında ailəsi ilə birlikdə özünəməxsus evdə yaşayır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, izahatları dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi A№ 797682 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədindən görünür ki, ünvan 3 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 321 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində İddiaçı adına qeyd edilmişdir. İşdə olan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Xuluf kənd İnizbati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən də Şəmkir rayonu Xuluf kəndində daimi qeydiyyatda olmaqla ünvan 4 ünvanda yerləşən özünə məxsus 0,12 ha həyətyanı torpaq sahəsində şəxsin özü tərəfindən fərdi yaşayış evi tikilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Xuluf kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0121 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ünvan 4 ünvanda yerləşən özünə məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ona məxsus və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi vardır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyi ilə mübahisələndirilən 0,12 ha torpaq sahəsinin 0.0121 ha-dək hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Ona görə də iddiaçı torpaq sahəsindən və onun üzərində yerləşən evindən istifadə edə bilmir. Cavabdeh isə iddianı təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla da məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 3 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.0121 ha-dək hissəsi zəbtdən azad olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X4 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsə də bu məsələyə yuxarıda göstərilən qaydada X4 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Republikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllənin və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarında göstərilən hüquqi mövqeyə görə mülki işə baxan məhkəmə formal həqiqəti müəyyən edir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş 0.0121 ha-dək hissəsi Cavabdeh zəbtindən azad edilməli, Cavabdeh həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməldidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 3 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.0121 ha-dək hissəsi zəbtdən azad olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 3 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın və İddiaçı həmin fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar