Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-114/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı, Cavabdeh1 qarşı “Zəbt edilmiş həyətyanı torpaq sahəsi üzərində basdırılmış ağacların çıxarılıb götürülərək həmin torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı, Cavabdeh1 qarşı “Zəbt edilmiş həyətyanı torpaq sahəsi üzərində basdırılmış ağacların çıxarılıb götürülərək həmin torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonun Könüllü kəndində yerləşən, xx.xx.2024-ci il tarixli ********** nömrəli, HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 2.1666 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən özbaşına basırılmış ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq götürülməsi və torpağının zəbtdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun, Şəmkir rayonun Könüllü kəndində yerləşən 2.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququm xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə HDQH DƏDR-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Ancaq, cavabdeh əsassız olaraq həmin torpaq sahəsini zəbt edərək üzərində ağaclar əkmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsində basırdığı ağacları çıxarıb götürməsini və həmin torpağı zəbtdən azad etməsini tələb etsə də nəticəsinin olmamasına görə məlum iddianı qaldrmalı olmuşdur. Qeyd edilənlərə əsasən Şəmkir rayonun Könüllü kəndində yerləşən, xx.xx.2024-ci il tarixli ********** nömrəli, HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 2.1666 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən özbaşına basırılmış ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq götürülməsi və torpağının zəbtdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, mütəxəssis rəyindən göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin 1,1558 hissəsi ona məxsus meyvə ağaclarının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Rəydə göstərilən 1.1558 ha torpaq sahəsi 2020-i il tarixdən onun istifadəsindədir. Həmin torpaq sahəsinin ona məxsus torpaq sahəsinə bitişik yerləşməklə istifadəyə yararsız vəziyyətdə olmuşdur. O Bələdiyyəyə müraciət etdikdən sonra həmin torpaq sahəsini daşdan kəsəkdən təmizləyərək, buldozerlə yeri eşdirərək 15 maşın peyin verdirmiş, 5 il ərzində hər il 5 maşın olmaqla (25 maşın peyin verdirmiş) 600 ədəd müxtəlif meyvə ağacları alıb əkdirmişdir. (buraya hər il ağacların dərmanlanması,suvarılması, ağacların əkdirilməsi aiddir) Hal hazırda da həmin meyvə ağaclarına qulluq edir. Həmin meyvə ağacları 2 ildir ki, bar verir. Bütün bu işlərin gördürülməsindən iddiaçının məlumatı və xəbəri olsa da heç bir irad bildirməmişdir. Yerqurluşu sənədlərindən göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********20 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 2.1666 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 01/34461 saylı “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 2.1666 ha torpaq sahəsinin bazar dəyəri 2000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 3.95 ha torpaq sahəsi Cavabdeh1 xeyrinə xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin alqı-satqı müqaviləsi əsasında icarə növündə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-340/2-6441/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Kompleks yerquruluşu xəritəsinə əsasən **********20 reyestr nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verildiyi JN-136A saylı Dövlət aktında göstərilən 2.1666 ha torpaq sahəsi mübahisələndirilən ərazidə deyil başqa konturda yerləşir.Yeni elektron uçot xəritəsinə və həmin xəritədə qeyd olunan **********20 reyestr nömrəli Çıxarışa əsasən Şəmkir rayonu, Könüllü kəndinin ərazisində yerlşən İddiaçı məxsus 2.1666 ha torpaq sahəsinin 1.1558 ha-dək hissəsi ilə Cavabdeh1 məxsus meyvə ağaclarının yerləşdiyi torpaq sahəsi üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9855 nömrəli rəyindən görünür ki, Kompleks yerquruluşu xəritəsinə əsasən **********20 reyestr nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verildiyi JN-136A saylı Dövlət aktında göstərilən 2.1666 ha torpaq sahəsi mübahisələndirilən ərazidə deyil başqa konturda yerləşir.Yeni elektron uçot xəritəsinə və həmin xəritədə qeyd olunan **********20 reyestr nömrəli Çıxarışa əsasən Şəmkir rayonu, Könüllü kəndinin ərazisində yerlşən İddiaçı məxsus 2.1666 ha torpaq sahəsinin 1.1558 ha-dək hissəsi ilə Cavabdeh1 məxsus meyvə ağaclarının yerləşdiyi torpaq sahəsi üst-üstə düşür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə mülki iş üzrə mübahisəli ərazidə yerli baxış keçirilmiş və hakimin sualları mühəndis tərəfindən cavablandırılmışdır. Məhkəmə tərəfindən DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi İlqar Məmməvodun iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən müxtəlif meyvə ağacları əkilməklə bağ salınması müəyyən edilmişdir. Baxış zamanı İlqar Məmmədov bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçıya xx.xx.2024-cü il tarixdə çıxarış verilənədək həmin torpaq sahəsi cavabdehin icarə müqaviləsi əsasında istifadəsində olmuşdur. Belə ki, iddiaçıya məxsus JN-136A saylı Dövlət aktında qeyd edilən torpaq sahəsi ilə həmin aktın əsasında verilən çıxarışda qeyd edilən torpaq sahəsi fərqli kordinatlarda yerləşir. İddiaçının JN-136A saylı Dövlət aktında qeyd edilən torpaq sahəsi cavabdehin faktiki icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsə də, həmin dövlət aktı əsasında xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışla cavabdehin istifadəsində olan torpaq sahəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui- istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 239.2-ci maddəsinə əsasən Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 8.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən hər hansı tikinti inşa edildikdə və ya digər ağac əkilib bağ salınması edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini, ağacların çıxarılmasını və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və torpaq sahəsinin zəbt edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Hazırda mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, **********20 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçının xüsusi mülkiyyətində olsa da, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu zaman torpaq sahəsində o çıxarış əldə etməmişdən əvvəl bağ salınması mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib sayılmır. Eyni zamanda iş materiallarında olan mütəxəssis və ekspert rəyindən müəyyən olunur ki, Kompleks yerquruluşu xəritəsinə əsasən **********20 reyestr nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş JN-136A saylı Dövlət aktında göstərilən 2.1666 ha torpaq sahəsi mübahisələndirilən ərazidə deyil başqa konturda yerləşir və JN- 136A saylı Dövlət aktında göstərilən 2.1666 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb həmin torpaq sahəsində ağaclar əkərək bağ salmış şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı və orada çıxarış verilməmişdən əvvəl bağ salmış şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədi, eyni zamanda tərəflərin izahatı və iş materiallarında olan rəy ona əsas verir ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsində iddiaçı tərəfindən torpaq sahəsinə dair çıxarış alınandan əvvəl özünə aid Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən müxtəlif meyvə ağacları əkərək bağ salmışdır. Belə ki, rəydə qeyd olunduğu kimi iddiaçının adına xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışda qeyd edilən torpaq sahəsi ilə həmin çıxarışın verilməsinə əsas JN-136A saylı Dövlət aktında göstərilən 2.1666 ha torpaq sahəsi üst üstə düşmür. Göründüyü kimi cavabdehin Torpaq sahəsinin planı və ölçüsü haqqında sənəd əsasında 2020-ci ildən istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya məxsus xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışda olan torpaq sahəsi üst-üstə düşsə də, JN-136A saylı Dövlət aktında göstərilən 2.1666 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə bildirmişdir ki, iddiaçının ona məxsus torpaq sahəsində tikilmiş tikilinin mövcudluğunu həmin torpağı almadan əvvəl də bildiyi halda cavabdehin zəbt etməsinə əsaslanaraq oradan çıxarılmasını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı, Cavabdeh1 qarşı “Zəbt edilmiş həyətyanı torpaq sahəsi üzərində basdırılmış ağacların çıxarılıb götürülərək həmin torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-114/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-114/2025
05.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver