Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1141/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Cavabdeh3 MMC-nə qarşı “hərrac protokolu əsasında verilmiş çıxarışın ləğv edilməsi edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı cavabdehlər X4, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Cavabdeh3 MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Açıq Hərracǝn yekunları barədə" xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 106/23 saylı protokolu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən onun torpaqlarının Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 56500 manatın alınıb tələbkar Cavabdeh1 verilməli idi. İcra təmin olunması üçün ona məxsus torpaq sahələri hərraca çıxarılmış və tələbkar Cavabdeh1 xx.xx.2023-cü il tarixində ona məxsus torpaq sahələrini udmuşdur. O, xx.xx.2024-cü ildə tələbkar Cavabdeh1 olan 56500 manatı tam ödəmiş və bundan sonra Cavabdeh1 ondan 56500 manatı aldığı üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3061/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi Xəyal Əlizadənin adına ərizə yazmışdır. O “X1 Əmlak Hərrac Mərkəzi" -nə və Şəmkir İcra və Probasiya Şöbəsinə qarşı, daşınmaz əmlakın açıq hərracda satılmasına dair "X5 barədə" xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 106/23 saylı protokolun ləğv edilməsi tələbinə dair ərizə vermiş və Şəmkir Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2(076)- 1431/2023 saylı qətnamə ilə onun iddiası təmin etmiş daşınmaz əmlakın açıq hərracda satılmasına dair "X5 barədə" xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 106/23 saylı protokolu ləğv etmişdir. İndi ona məlum olmuşdur ki, o borcu tǝlbkara ödədikdən sonra o hərrac protokolu əsasında onun torpaq sahələrini öz adına rəsmiləşdirmişdir. Qeyd edilənlərə əsasən "Açıq Hərracǝn yekunları barədə" xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 106/23 saylı protokolu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən onun torpaqlarının Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X4, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Cavabdeh3 MMC-nə qarşı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər X3, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin və Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X2” Cavabdeh3 MMC-nin 18 aprel 2023-cü il tarixli 106/23 nömrəli X5 barədə protokolun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsilə Şəmkir Rayon İcra Şöbəsi tərəfindən verilmiş 284415/2022-19972/23 saylı xx.xx.2023-cü il tarixli sifarişi əsasında İddiaçı məxsus Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 0.3996 ha kənd təsərrütfatı təyinatlı torpaq sahəsi 3240 manata, 0.4454 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3880 manat və Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən 0.4261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3640 manata açıq hərrac vasitəsilə Cavabdeh1 satılmışdır. İş materiallarında olan Cavabdeh1 Hacıbala oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı cəmi 56.500 manat məbləğində borcunu, tələbkar Cavabdeh1 Hacıbala oğluna tam şəkildə ödəmişdir. Hazırda İddiaçı ona borcu qalmamışdır. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 3061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, icraata xitam verilməsi barədə qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3061/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 56500 (əlli altı min beş yüz) manat pul tələbi borclu İddiaçı tərəfindən tam şəkildə icra olunduğundan icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1431/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən 0.4261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3640 (üç min altı yüz qırx) manata, İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Muxtariyyat kəndində yerləşən 0.3996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3240 (üç min iki yüz qırx) manata, İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 0.4454 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3880 (üç min səkkiz yüz səksən) manata tələbkar-Cavabdeh1 Hacıbala oğluna satılmasına dair “X1” Cavabdeh3 MMC tərəfindən “X5” barədə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 106/23 saylı protokol ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-M-011-35/25 nömrəli məktubundan görünür ki, İddiaçı “çıxarış”ın ləğv edilməsi barədə müraciətinə baxılaraq Şəmkir rayonu, Yenihəyat kəndində yerləşən torpaq sahəsinə dair verilmiş “çıxarış”ın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyətləri xaricində olması və bunula bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, “X2” Cavabdeh3 MMC-nin 18 aprel 2023-cü il tarixli 106/23 nömrəli X5 barədə protokolu ilə İddiaçı məxsus Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 0.3996 ha kənd təsərrütfatı təyinatlı torpaq sahəsi 3240 manata, 0.4454 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3880 manat və Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən 0.4261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3640 manata açıq hərrac vasitəsilə Cavabdeh1 satılmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1431/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “X1” Cavabdeh3 MMC tərəfindən “X5” barədə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 106/23 saylı protokol ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, “X5 barədə” xx.xx.2023-cü il tarixli 106/20 saylı protokol əsasında Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin “X5 barədə” protokoldan törənmişdir. Buna görə də “X5 barədə” xx.xx.2023-cü il tarixli 106/20 saylı protokolun Şəmkir Rayon Məhkəməsinin 2(076)-1431/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edildiyindən, iddia təmin edilərək, “X5 barədə” xx.xx.2023-cü il tarixli 106/20 saylı protokolu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən torpaqlarının Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “X5 barədə” xx.xx.2023-cü il tarixli 106/20 saylı protokolu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən torpaqların Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair verilmiş çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1141/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1141/2025
17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver