Məhkəmə qərarları › İş №2(076)-115/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-115/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-115/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı (üçüncü şəxslər DƏDRK 11 saylı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər DƏDRK 11 saylı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-480N saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyətə verilmiş, Şəmkir rayonu Posanlı yaşayış massivində yerləşən 0,4755 ha torpaq sahəsinin natura qaydasında bölünməsi və payına düşən hissəsinin faktiki sahibliyinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Sənubər onun bacısıdır. JN-480N saylı Torpağa Mülkiyyə hüququna dair Dövlət Aktı əsasında 0,4755 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər ikisinin ümumi paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR-dən çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi Şəmkir şəhəri Posanlı yaşayış massivinin yaxınlığında yerləşir. Bacısı ilə olan münasibətləri pozulduğuna görə ümumi paylı mülkiyyətində olan 0,4755 ha torpaq sahəsindən ona istifadə etməyə və payına düşən hissəsinin üzərində sərəncam verməyə cavabdeh ona imkan vermir. Həmin torpaq sahəsindəki payın natura halında bölünməsi tələbi ilə 3- cü şəxsə etmiş, müraciətə verilən cavaba əsasən digər payçının razılığının olmamasına görə tələbin təmin edilməsinin mümkün olmaması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən JN-480N saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyətə verilmiş, Şəmkir rayonu Posanlı yaşayış massivində yerləşən 0,4755 ha torpaq sahəsinin natura qaydasında bölünməsi və payına düşən hissəsinin faktiki sahibliyinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, JN- 480N saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, Şəmkir rayonu Posanlı yaşayış massivində yerləşən 0,4755 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi, payına düşən hissənin natura qaydasında bölünməsi və payına düşən hissəsinin faktiki sahibliyinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun qardaşıdır. O vaxtilə həmin torpaq sahəsini almışdır. İddiaçının həmin torpaq sahəsində heç bir hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs DƏDRK 11 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********26 reyestr nömrəli Şəmkir şəhərində 0.4755 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-M-0187-35/24 nömrəli məkutubundan görünür ki, bütün növ, o cümlədən ümumi birgə qaydasında verilmiş daşınmaz əmlaklar üzərində payın ayrılması könüllü şəkildə tərəflərin qarşılıqlı razılığı əsasında notarial qaydada təsdiq olunmuş “Bölgü sxemi” əsasında aparılır. Qeyd olunan “Bölgü sxemi”nin tərtibi könüllü şəkildə tərəflərin qarşılıqlı razılığı olmadığı təqdirdə naturada bölünən daşınmaz əmlakın istiqaməti, sahəsi və ölçüsü göstərilməklə qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında məcburi qaydada aparılır. İş materiallarında olan JN-480 KOD 50401004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəmkir şəhərində 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 24 noyabr 2024-cü il tarixli 3-21-3-40/2-6442/24 nömrəli DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir şəhərində yerləşən tərəflərin mülkiyyətində olan 0.4755 ha torpaq sahəsinin İddiaçı ½ hissədə olan payının (0.2377 ha olmaqla) naturada ayrılması mümkündür (Qoşma: Yerquruluşu planı). İş materiallarında olan xx.xx.2025-ci il tarixli 10/10215 saylı Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Şəmkir şəhərində yerləşən tərəflərin mülkiyyətində olan 0.4755 ha torpaq sahəsinin İddiaçı ½ hissədə olan payının (0.2377 ha olmaqla) naturada ayrılması mümkündür. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, JN-480 nömrəli KOD 50401004 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəmkir şəhərində yerləşən 0.4755 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətindədir. İddiaçı paylarının müəyyən edilərək torpaq sahəsinin natura qaydasında bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 238.1-ci maddəsinə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halından görünür ki, tərəflərin, yəni birgə mülkiyyətçilərin hər birinin əmlakdan paylarının müəyyən olunması hüquqları vardır. Lakin birgə mülkiyyətçilər tərəfindən mülkiyyətdə payların müəyyən edilməsində razılıq əldə edilməmişdir. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları müəyyən edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmaqla müəyyən edilməlidir. Bundan başqa tərəflərin, yəni mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli Şəmkir şəhərində yerləşən tərəflərin mülkiyyətində olan 0.4755 ha torpaq sahəsinin İddiaçı ½ hissədə olan payının (0.2377 ha olmaqla) naturada ayrılması mümkündür Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonunda yerləşən 0.4755 ha torpaq sahəsinə İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilməli, **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonunda yerləşən 0.4755 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonunda yerləşən 0.4755 ha torpaq sahəsinə İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilsin. **********26 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonunda yerləşən 0.4755 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə naturada ayrılsın. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar