Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1152/2025 29.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazzim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasına qarşı “Sosial ödənişin verilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i : İddiaçı cavabdeh Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasına qarşı “Sosial ödənişin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasının hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyət verilməsi barədə xx.xx.2024-cü il tarixli 18 nömrəli əmri ilə verilməli olan 1921.86 (bir min doqquz yüz iyirmi bir manat 86 qəpik) manat sosial ödənişin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasına müvəqqəti olaraq 1 ştat vahidi üzrə tibb bacısı təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin vəzifədə azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə yenidən Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasına müvəqqəti olaraq 1 ştat vahidi üzrə tibb bacısı təyin edilmişdir. Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü il tarixli 18 nömrəli əmrinə əsasən ona hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyət verilmişdir və əmr icra olunması üçün DSMF-nin müvafiq qrumuna göndərilməsi qərara alnmışdır. Hamiləliyə və doğuşa görə 1921.86 manat sosial ödəniş müəyyən edilmiş və müvafiq qrum tərəfindən həmin məbləğ ayrılmışdır. Lakin hazırda qeyd olunan məbləği ala bilmir. Belə ki, onun xx.xx.2023-cü il tarixdə yenidən Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasına müvəqqəti olaraq 1 ştat vahidi üzrə tibb bacısı təyin edilməyi barədə müvafiq əmir məşğulluq və digər elektron məlumat bazasına (portala) yerləşdirilməmişdir. O, xx.xx.2023-cü il tarixdə yenidən Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasına müvəqqəti olaraq 1 ştat vahidi üzrə tibb bacısı təyin edildiyi gündən xx.xx.2024-cü il tarixədək yəni sosial məzuniyyətə çıxdığı günədək əmək haqqı almış və davamiyyət kitabına imza etmişdir. Yuxarda qeyd olunanlara görə hesab edir ki, onun sosial ödənişi verilməldir. Qeyd olunanlara görə də məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək məhkəməyə ərizə təqdim edib bildirdi ki, ona hazırda məlum olmuşdur ki cavabdeh kimi iddia ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qazax-Tovuz regional şöbəsi olmalıdır. Belə ki, Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçası ona müavinət ödənilməsi üçün müvafiq sənədləri göndərməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qazax-Tovuz regional şöbəsi ödənişin verilməsindən imtina edir. Ona görə də cavabdehin qeyd etdiyi kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qazax-Tovuz regional şöbəsi olduğundan və cavabdehin ünvanı ünvan 2ndərilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsində cavabdeh dəyişdiyindən və cavabdehin rəsmi qeydə alındığı ünvanın Şəmkir rayonu ərazisi olmadığından mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 190-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. Məhkəmə iclası zamanı iddiaçının izahatı və məhkəməyə təqdim etdiyi ərizə ilə müəyyən olundu ki, iddiaçı öz tələbini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qazax-Tovuz regional şöbəsi qarşısında irəli sürür və cavabdehin ünvanı ünvan 5 Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Tovuz rayonu ərazisində yerləşdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yer üzrə Tovuz Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35, 44-45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Şəmkir şəhəri 4 saylı körpələr evi-uşaq bağçasına qarşı “Sosial ödənişin verilməsi tələbi” barədə iddiası üzrə mülki iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1152/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1152/2025
29.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver