Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1175/2024 05.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçının vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən cehiz əşyaları ilə birliklidə çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları və 17 noyabr 2007-ci təvəllüdlü qızı Gülər, 20 iyul 2011-ci il təvəllüdlü oğlu Faiq ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan, ünvan 2, mənzil 15-dən çıxarılmasına, onu həmin mənzilə köçürülməsinə, 45 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamənə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia üzrə Cavabdeh onun sabiq gəlini olmuşdur. O, onun oğlu X5 ilə ailə qurmuşdur. Onların birgə nikahından iki uşaqları doğulub. Cavabdeh oğlu ilə yola getmədiyi üçün, onların arasında olan nikah rəsmi qaydada pozulub və uşaqlar cavabdehin himayəsində saxlanılıb. Hazırda cavabdeh onu öz evindən qovub və mülkiyyətində olan evdə yaşamağına icazə vermir. Bu səbəbdən də hazırda ünvan 1 ünvanda oğlunun yanında yaşayır. Cavabdehin yaşadığı ev onun tam mülkiyyətindədir. Cavabdeh onun mülkiyyətçi olmağına baxmayaraq onu həmin evdə yaşamağına, evdən istifadə etməyinə maneə yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə onun ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilə köçürülməyinə, cavabdehin cehiz əşyaları və uşaqları ilə birlikdə həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilsin. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh əşyaları və 17 noyabr 2007-ci təvəllüdlü qızı Gülər, 20 iyul 2011-ci il təvəllüdlü oğlu Faiq ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan, ünvan 2, mənzil 15-dən çıxarılmasına, onu həmin mənzilə köçürülməsinə, 45 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamənə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh onun keçmiş gəlini olmuşdur, lakin o və iddiaçının oğlu X5 nikahı pozulmuşdur. Həmin andan cavabdeh və onun iki nəfər uşaqları mübahisəli evdə yaşayırlar. Hər gün evdə dava-dalaş olur, hətta cavabdeh onu öz evində qovub. Ona görə də Cavabdeh əşyaları və 17 noyabr 2007-ci təvəllüdlü qızı Gülər, 20 iyul 2011-ci il təvəllüdlü oğlu Faiq ilə birlikdə onun mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir şəhəri, Əhməd Cavad küçəsi, b 16/2, mənzil 15-dən çıxarılmasına, onu həmin mənzilə köçürülməyinə, 45 manat dövlət rüsumunun, 55 manat mediyaiya xərcinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamən qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı onun keçmiş həyat yoldaşı Elçin Hüseynovun anasıdır. Elçin Hüseynovla 2007-ci il tarixdə faktiki evlənsə də 2013-cü üldə nikahlarını rəsmiləşdirmişlər. Ailə quran zaman mübahisəli mənzilə gəlin köçmüşdür. Birgə nikahdan Gülər və Faqi adlı 2 uşaqları doğulmuşdur. Sonralar aralarında narazılıq yarandığından Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzil olan ünvan 3 ünvanında yaşayır. Onun başqa yaşamağa yeri yoxdur, bu səbəbdən də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2023-00133 saylı mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2024-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etmişlər. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********39-05101-093012 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2, mənzil 15 ünvanda yerləşən 48.45 kv.m olan mənzil İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 11 nömrəli X3 tərəfindən verilmiş arayışdan görünür ki, X5 və Cavabdeh nikahı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2023-cü ildə 270 №-li akt qeydi ilə Şəmkir Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 11 nömrəli X7 tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2011-ci ildə anadan olmuşdur. X1, anası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 11 nömrəli X7 tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2007-ci ildə anadan olmuşdur. X1, anası Cavabdeh qeyd edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh aid hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı ilə Cavabdeh arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənmişdir. Həmin maddədə mülki hüquqi əqdlər bağlamaq yolu ilə və qohumluq münasibətləri əsasında yaranan istifadə hüququ bir-birindən fərqləndirilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, ünvan 2, mənzil 15 ünvanda yerləşən mənzil evi hal-hazırda mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı keçmiş gəlini olmuşdur. Cavabdeh iddiaçının oğlu X5 ilə 2013-cü ildə rəsmi nikah qeyd edilmiş və ünvan 2, mən-15 ünvanda yerləşən mənzildə birlikdə yaşamağa başlamışlar. Onların birgə nikahdan xx.xx.2007-ci il tarixdə X4 və xx.xx.2011-ci il tarixində X6 adlı uşaqları olmuşdur. Onların aralarında narazılıqlar yaranmış və Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə X5 və Cavabdeh ilə aralarında olan nikahları pozulmuşdur. Daha sonra tərəflər arasında anlaşmazlıqlar baş verdiyindən iddiaçı Cavabdeh özünə məxsus mənzildən çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil xx.xx.2022-ci il tarixli, **********39-05101-093012 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh ilə iddiaçının oğlu 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişdir. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, cavabdehlə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Bundan başqa cavabdehin yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-ci təvəllüdlü X4 və xx.xx.2011-ci təvəllüdlü X6 adlı uşaqlara münasibətdə məhkəmə qeyd edir ki, mülkiyyətçinin ailə üzvü kimi iddiaçının oğlunun, X2 öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olduğundan həmin hissədə də iddia rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh **********39-05101-093012 nömrəli reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 2, mənzil 15 ünvanında yerləşən mənzildən ona məxsus olan əşyalar ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh **********39-05101-093012 nömrəli reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 2, mənzil 15 ünvanında yerləşən mənzildən özünə məxsus əşyaları ilə birlikdə çıxarılsın. Cavabdehlər Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1175/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1175/2024
05.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver