Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-118/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bələdiyə mülkiyyətində olub əhalinin ümumi istifadəsində olan pay torpaq sahənin arasında yerləşən yolun və mülkiyyətində olan pay torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bələdiyə mülkiyyətində olub əhalinin ümumi istifadəsində olan pay torpaq sahənin arasında yerləşən yolun və mülkiyyətində olan pay torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında ailəsinin mülkiyyətinə verilmiş, Şəmkir rayonu Yeniabad kəndində, “kanalın alt” adlanan sahədə yerləşən 0,9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənin bir hissəsinin və pay torpağı ilə cavabdehin mülkiyyətində olan torpağın arası ilə gedən Yeniabad bələdiyyəsinin mülkiyyətində olan eni 10 metr olan ara yolunun cavabdehin zəbtindən azad edilərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, valideynləri ilə həmkəndlidir, o özü də Şəmkir rayonu Yeniabad kəndində anadan olub böyümüşdür, hazırda isə ailəsi ilə qeyd olunan ünvanda Kür qəsəbəsində yaşayır. Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-315 saylı Dövlət Aktı əsasında onun və atası-X7, anası-X8, bacısı-X5, qardaşı-X2 ibarət ailə üzvlərinə cəmisi 0,9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yeniabad kəndinin ərazisindən «kanalın altı» adlanan ərazidən verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli HDQH DƏDR-dan Çıxarış tərtib etdirmişdir. Ailəsinin mülkiyyətinə verilmiş qeyd olunan pay torpaq sahəsinin qonşuluğunda da başqa həmkəndlilərin mülkiyyətinə verilmiş pay torpaq sahələri vardır. Cavabdeh, təxminən bir neçə il bundan əvvəl özünün başqa sahədə yerləşən pay torpaq sahəsini başqa insanlara sataraq onların torpağının qonluğunda yerləşən bir neçə şəxslərin pay torpaqlarını satın almışdır. Nə qədər ki, cavabdeh həmin torpaqları satın almamışdrı, onların və qonşuların pay torpağının arasında bələdiyyə mülkiyyətinə aid olub, ümumi istifadədə olan yol mövcud idi. Həmin yolun eni taxminan 10 (on) metr idi. Ancaq, qeyd etdiyi kimi cavabdeh qonşuluğundakı pay torpaqlarını satın alandan sonra həmin ara yolu zəbt edərək satın aldığı torpağa qarışdırmış, üstəlik ailənin mülkiyyətinə verilmiş pay torpağının bir hissəsini də özbaşına zəbt edərək sahiblənmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi ara yolunun açılmasını və onların pay torpağının bir hissəsini zəbtdən azad etməsini tələb etsələr də heç bir nəticəsi olmamış, özünün polis əməkdaşı olmasından sui-istifadə edərək hətta sahibliyində olan pay torpağının içərisinə traktor salaraq əkdiyi taxılı məhv etdirmişdir. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Qeyd olunanlara əsasən qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında ailəsinin mülkiyyətinə verilmiş, Şəmkir rayonu Yeniabad kəndində, “kanalın alt” adlanan sahədə yerləşən 0,9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənin bir hissəsinin və pay torpağı ilə cavabdehin mülkiyyətində olan torpağın arası ilə gedən Yeniabad bələdiyyəsinin mülkiyyətində olan eni 10 metr olan ara yolunun cavabdehin zəbtindən azad edilərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə onun torpaq sahəsi qonşu ərazidə yerləşir. Həmin ərazi ilə bağlı əvəllər onların arasında məhkəmə mübahisəsi olmuşdur. Lakin hazırda qaldırdığı iddia ilə razı deyil. İddiaçının nəzərdə tutduğu hissədə ümumiyyətlə yol nəzərdə tutulmamışdır. İddiaçının qeyd etdiyi torpaq sahəsi yeni elektron uçot (TEKUİS) xəritəsində isə arada qalan torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar olmaqla uqodiyası əkin olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi icra olunan zaman onun torpaq sahəsi onatanıdılmışdır, bu səbəbdən onun tərəfindən hər hansı torpaq sahəsi zəbt edilməmişdir. Odur ki, iddiaçının ona qarşı hazırkı iddia tələbini qəbul etmir və əsassız olduğu üçün iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan **********97 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayon, Yeniabad kəndində yerləşən 0.9986 ha olan kənd təsərrüfat təyinatlı torpaq İddiaçı, X3, X1 və X6 paylı mülkiyyətindədir. İş materiallarında olan **********33 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayon, Yeniabad kəndində yerləşən 2.3966 ha olan kənd təsərrüfat təyinatlı torpaq Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-1161/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 0.9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, İddiaçı və digərlərinin mülkiyyətindədir. Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 0.9986 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən torpaq sahəsinin arasında Kompleks yerquruluşu xəritəsində yol nəzərdə tutulmamış və yeni elektron uçot (TEKUİS) xəritəsində isə arada qalan torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar olmaqla uqodiyası əkin olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarında olan 3-16-16/2-10/4852 nömrəli xx.xx.2024-cü il tarixli Şəmkir rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(076)-118/2024 nömrəli qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 0.9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, İddiaçı və digərlərinin mülkiyyətindədir. Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 0.9986 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən torpaq sahəsinin arasında Kompleks yerquruluşu xəritəsində yol nəzərdə tutulmamış və yeni elektron uçot (TEKUİS) xəritəsində isə arada qalan torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar olmaqla uqodiyası əkin olan və bələdiyyə mülkiyətində olan torpaq sahəsidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, Cavabdeh qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında ailəsinin mülkiyyətinə verilmiş, Şəmkir rayonu Yeniabad kəndində, “kanalın alt” adlanan sahədə yerləşən 0,9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənin bir hissəsinin və pay torpağı ilə cavabdehin mülkiyyətində olan torpağın arası ilə gedən Yeniabad bələdiyyəsinin mülkiyyətində olan eni 10 metr olan ara yolunu zəbt etmiş, onun torpaq sahəsindən istifadəsinə, yoldan istifadəsində maneə törədir. İddiaçı cavabdehin həmin torpaq sahəsinin zəbt edərək və həmin torpaq sahəsindən çıxamasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, cavabdehin tələbi mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun və mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında ailəsinin mülkiyyətinə verilmiş, Şəmkir rayonu Yeniabad kəndində, “kanalın alt” adlanan sahədə yerləşən 0,9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənin bir hissəsinin və pay torpağı ilə cavabdehin mülkiyyətində olan torpağın arası ilə gedən Yeniabad bələdiyyəsinin mülkiyyətində olan eni 10 metr olan ara yolunun cavabdeh tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspertin rəyindən məlum olmuşdur ki, Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 0.9986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4, İddiaçı və digərlərinin mülkiyyətində olması, Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 0.9986 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən torpaq sahəsinin arasında Kompleks yerquruluşu xəritəsində yol nəzərdə tutulmamış və yeni elektron uçot (TEKUİS) xəritəsində isə arada qalan torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar olmaqla uqodiyası əkin olan və bələdiyyə mülkiyətində olan torpaq sahəsi olması müəyyən edilməklə zəbt edilməmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və yaxud həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən zəbt edilməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı bələdiyə mülkiyyətində olub əhalinin ümumi istifadəsində olan pay torpaq sahənin arasında yerləşən yolun və mülkiyyətində olan pay torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-118/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-118/2024
20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver