Məhkəmə qərarları › İş №2(076)-1187/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1187/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1187/2023 15.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsininin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: Ərizəçi Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940-cı ildə Şəmkir rayonun Yeni Həyat kəndində anadan olmuş X4 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, atasının X6, anasının X5 olması, xx.xx.1943-cü ildə Şəmkir rayonun Yeni Həyat kəndində anadan olmuş, X1 doğumunun qeyd edilməsi faktını müəyyən edilməsi, atasının X6, anasının-X5 olması, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 52 saylı qərarı və JN- 787F saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum bibisi-X3 miras qalmış, Şəmkir rayonun Yeni Həhat kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə qanun üzrə 2-ci növbə vərəsə tanınmağı, həmin miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçi lazımı sənədləri əldə etməsi üçün Milli Arxiv İdarəsinə və ya başqa orqanlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Ərizəçi yalnız Milli Arxiv İdarəsinin Şəmkir Filialına müraciət etməklə kifayətlənmiş, lazımi sənədlərin ərizəçinin ala bilməməsini və ya doğum akt qeydinin başqa rayon şöbələrində aparılmış olma ehtimalını araşdırmadan məhkəməyə müraciət etmiş, X4 doğum akt qeydinin mövcud olmasına əhəmiyyət verməmişdir. Ərizəyə əlavə edilmiş, Milli Arxiv İdarəsinin Şəmkir Filialının xx.xx.2023-cü il tarixli, k-1-46 nömrəli məktubundan görünür ki, Şəmkir Filialında mühafizə olunan Azərbaycan SSR X12 Komissarlığının Şamxor rayon X2 Şöbəsinin arxiv sənədlərinə əsasən Şamxor rayon X2 Şöbəsinin Lenin qəsəbəsinə aid doğum aktı kitablarında X1 və X4 doğum akt qeydiyyatları aşkar edilməmişdir. Lenin qəsəbəsinə aid 1940-1943-cü illərə dair olan doğum akt qeydiyyatları Şəmkir Filialına təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Həmçinin Şamxor rayon X2 Şöbəsinin 1944-1945-ci illərə dair doğum akt qeydiyyatlarının bərpa kitablarında da adları aşkar edilməmişdir. Qeyd: Şamxor rayonunun Yeni-Həyat kəndi qeyd olunan illərdə Lenin qəsəbəsinin tərkibində olmuşdur. Ərizəyə əlavə edilmiş, Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli doğum akt qeydinə dair arayışdan görünür ki, X7 xx.xx.1940-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuşdur. Ərizəyə əlavə edilmiş, portal çıxarışından görünür ki, X7 xx.xx.1940-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuşdur. Ərizəyə əlavə edilmiş, Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs1 arxiv kitablarında və “X2” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaş X1 və X4 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə müəyyən edildi ki, Ərizəçi ərizəsində X4 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi xahiş etmiş, lakin Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışda və portal çıxarışından müəyyən edilir ki, X7 xx.xx.1940-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-ci bəndində qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 149.2.4.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4.-ci maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar