Məhkəmə qərarları › İş №2(076)-1190/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1190/2025

07.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1190/2025 07.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2rşı əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2rşı əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə X3 meşəbəyliyinin 4 saylı meşə dolayısının gözətçisi vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyasını vicdanla və layiqli yerinə yetirmiş, əmək intizamına əməl etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamış, əmək qanunvericiliyinin tələblərinə ciddi əməl etmişdir. Lakin, heç bir səbəb və əsas olamadan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X8 Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 170/K saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad olunmaqla əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X8 Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 170/K saylı əmr qanunsuz, əsassızdır və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd edilən məlumatlar göstərilmədiyi üçün etibarsızdır. Belə ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçının nəzarətində olan ərazidən dövlət əhəmiyyətli, Hərbi strateji yolun çəkilməsi, müdafiə əhəmiyyətli istehkam və qurğuların yerləşdirilməsi və döyüş bölgəsində yerləşən Hərbi Hissə və bölmələrə daha tez ǝlçatımlılığın təmin edilməsi, maddi texniki təminat va sair məqsədlə yolun çəkilməsi mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən əvvəlcədən razılaşdırılmış və müvafiq qərar əsasında həyata keçirilmişdir. Yuxarıda qeyd olunan məqsəd üçün çəkilən yolun hava üzərindən deyil iddiaçının gözətçilik etdiyi meşə ərazisindən keçməsi işin mübahisəsiz halıdır. Yol çəkilən ərazidə yolun meşə zolağının hansı hissələrindən çəkilməsi, yola düşən hissədə olan ağacların kəsilməsi, kəsilmiş ağacların istifadə təyinatı və onların yerinə yeni ağacların əkilib-əkilməməsi iddiaçının iradəsi ilə əhatə olunan bir hal deyildir və onunla bağlanmış əmək müqaviləsində Dövlət tərəfindən çəkiləcək yola öz etirazını bildirmək, mane olmaq, onun qarşısını almaq kimi bir səlahiyyəti, öhdəliyi və vəzifəsi olmamışdır. Mübahisələndirilən əmrin verilməsinə əsas olan yoxlama aktı iddiaçıya təqdim olunmasa da şifahi məlumatı olmuş və aktda dövlət əhəmiyyətli yol çəkilən zaman kəsilərək kənara atılmış ağacların bir hissəsinin kəsildiyi yerdə olmadığı və bir hissəsinin isə doğranmış halda olduğu qeyd olunmuşdur. Məhz bu hal işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğvi üçün əsas qəbul edils’ (Vasif Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 170/K saylı əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilməmişdir) və iddiaçı tərəfindən ziyan vurulduğu aktda qeyd olunsa da ziyanın iddiaçı tərəfindən vurulmasının aşkar olunması, onun əməlinin hərəkət və hərəkətsizliyinin qanuna zidd olması və qanuna zidd olan əməli ilə nəticənin arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır. Yəni baş verən nəticə iddiaçının qəsd və ya ehtiyatsızlığı ilə əhatə olunmur. Belə ki, Dövlət əhəmiyyətli Hərbi strateji yolun çəkilməsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə X3 meşəbəyliyinin 4 saylı meşə dolayısından keçməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun ərazi və yerli qurumlarının əvvəlcədən rəsmi məlumatlandırılması ilə həyata keçirilmişdir. Lakin buna baxmayaraq iddiaçı gözətçi funksiyasını vicdanla yerinə yetirərək, həmin ərazidə olmuş, yol çəkən şirkətin əməkdaşları tərəfindən kəsilərək yolun kənarına atılmış bəzi ağacları aşkar etdiyini, kəsilmiş ağacların hərbi geyimdə olan şəxslər tərəfindən doğranaraq hərbi maşına yığılması barədə mobil telefonu ilə direktora və onun müavininə məlumat vermiş və həmin danışığı əvvəlcədən səs yazan proqram vasitəsi ilə qeydə almışdır. Səs yazısını dinlədikdə aydın olur ki, iddiaçı direktorun müavinini və direktoru aşkar etdiyi halla bağlı məlumatlandırır və hansı bir göstərişlərinin olub-olmadığını soruşur, direktor müavini isə direktorla məsləhətləşərək hərbçilərə hər hansı bir maneəçilik törətməməsini, foto və video çəkiliş aparması barədə göstəriş verir. İddiaçı rəhbərliyin göstərişini yerinə yetirərək foto və video çəkiliş aparmaqla yanaşı həmin hərbi qulluqçuların tabe olduğu və ərazidə olan 171 saylı Hərbi Hissənin 2-ci taborun Bölük X1 əraziyə düşmüş ağaclardan Bölüyün dayaq məntəqəsində istifadə olunması üçün N kubmetr həcmində odunun aparılmasına dair qəbz alır. Rəhbərliyin vermiş olduğu göstərişi icra edən iddiaçının əməlləri sonradan qanunsuz hesab edilmişdirsə, buna görə iddiaçı deyil qanunsuz göstərişi verən şəxs məsuliyyət daşımalıdır. Göründüyü kimi ağacların kəsilməsi, ərazidən aparılması iddiaçının təqsiri, qəsd və ehtiyatsızlığı ilə əhatə olunmamış əgər həqiqətən real ziyan vurulmuşdursa ziyanın vurulması ilə onun əməli, hərəkət və hərəkətsizliyi arasında heç bir səbəbǝli əlaqə olmamışdır. İddiaçı hər hansı bir maddi gəlir əldə etməmiş, əmək müqaviləsi üzrə üzərinə götürdüyü funksiyaları layiqli və vicdanlı şəkildə yerinə yetirmişdir. Bundan başqa əmrin qanunsuz və əsassız olması bir yana əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu belə Əmək Qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, əmrin 2-ci bəndində hansı ki, başqa bir əmrlə tənzimlənməli olan məsələlər qeyd edilmiş, iddiaçının öhdəsində olan ərazinin başqa şəxsə müvəqqəti tapşırılması qeyd edilmişdir. Əmrdə Əmək müqaviləsinin ləğv edilməsi əsasları, müəssisənin hüquqi ünvanı, onu imzalayanın vəzifəsi və ata adı qeyd edilməməklə yanaşı bir neçə şəxsə ayrı-ayrılıqda göstərişlər verilmiş və əmrə möhür vurulmamışdır. Bununla da Əmək Qanunvericiliyinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin pozulduğu göstərilsə də konkret olaraq pozuntunun nədən ibarət olduğu, işçinin əmək funksiyası və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirmədiyi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrindən məhz hansının kobud şəkildə pozduğu qeyd edilməmişdir. Hansı ki, bunların hər hansı birinin qeyd olunmaması bütövlükdə əmrin etibarsızlığı üçün əsasdır. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehǝ Mediasiya prosesi ilə bağlı bildiriş göndərilmiş, 10 iş günü keçdikdən sonra cavabdehdən hər hansı bir cavab almadığı üçün xx.xx.2025-ci il tarixdə Mediasiya təşkilatına müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixdə keçirilmiş Mediasiya sessiyasında hər hansı bir müsbət nəticə əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə təşkilatdan arayış verilmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X8 Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 170/K saylı əmrinin qanunsuz hesab edilərək, ləğv edilməsi, İddiaçı işlədiyi vəzifəyə işə bərpa olunması və xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş saatlarını buraxdığı günlər üçün əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun nəzarətində olan ərazidən dövlət əhəmiyyətli, Hərbi strateji yolun çəkilməsi Mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən əvvəlcədən razılaşdırılmış və müvafiq qərar əsasında həyata keçirilmişdir. Yol çəkilən ərazidə ağacların kəsilməsinə maneçilik törətmək onun səlahiyyətində olmamışdır. Həmin ağaclar kəsilərkən telefonla 14 saylı X9 Mərkəzinə məlumat vermiş, həmçinin ağaclar kəsilərkən meşəbəyi Əfqan Musatafyev və rəhbər işçilər də orada olmuş və özləri ağacların hansı hissədən kəsilməsini göstərmişlər. Ona görə də, ağacların kəsilməsi barədə heç kimə rəsmi məlumat verməmişdir. Kəsilən ağacların bir hissəsi torpağın altında qalıb, N kub metr ağaclar isə hərbi hissə tərəfindən kənara çıxarılıb aparılmışdır. Həmin ağacların aparılması barədə meşəbəyi Rövşən Rəsulova məlumat vermişdir. Dövlət əhəmiyyətli yol çəkildiyindən ağaclar kəsilmişdir. Ağacların qırılmasında onun heç bir marağı olmamışdır. Onun təqsiri olmadan işdən çıxarılmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının nəzarət etdiyi əraziyə qədər 3.5 km meşə ərazisi hansı ki, 2 və 3 saylı meşə dolayının ərazisində düşür həmin ərazidən də ağaclar qırılaraq aparılmışdır. Hesab edir ki, 14 saylı X9 Mərkəzi həmin ərazilərdən qırılmış ağacların dəyərinin dövlət büdcəsinə ödənilməsi və ya təqsirli şəxslər barəsində tədbir görülməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Bundan sonra İddiaçı təqsirli olub-olmaması müəyyən oluna bilər. Cavabdeh 14 saylı X9 Mərkəzi hərbi əhəmiyyətli yol çəkilərkən iddiaçının təqsirli olmasını heç bir halda sübuta yetirə bilməmişdir. İddiaçının həmin yol çəkilən yerdə iştirak etmək kimi bir səlahiyyəti olmamışdır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş 21 dekabr 2024-cü il tarixli aktda İddiaçı təqsiri ucbatında ağacların kəsilməsinə görə maddi ziyan dəyməsi gösətrilsə də, həmin vaxt İddiaçı artıq işdən azad edilmişdi. Ümumiyyətlə cavabdeh 14 saylı X9 Mərkəzi ağacların qırılmasında iddiaçının təqsirli olması barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Həmkarlar İttifaqının ümumiyyətlə yığıncağı keçirilməmiş, həmin protokol sonradan tərtib edilmişdir. Cavabdehə dəymiş ziyanın məbləği 24 dekabr 2024-cü il tarixdə müəyyən edildiyi halda həmin maddi ziyanın məbləği 04 dekabr 2024-cü il tarixli protokolda qeyd edilmişdir. Bu da onu göstərir ki, protokol sonradan tərtib edilmişdir. Həmçinin, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr Əmək Qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Əmrin 2-ci bəndində hansı ki, başqa bir əmrlə tənzimlənməli olan məsələlər qeyd edilmiş, iddiaçının öhdəsində olan ərazinin başqa şəxsə müvəqqəti tapşırılması qeyd edilmişdir. Əmrdə Əmək müqaviləsinin ləğv edilməsi əsasları, müəssisənin hüquqi ünvanı, onu imzalayanın vəzifəsi və ata adı qeyd edilməməklə yanaşı bir neçə şəxsə ayrı-ayrılıqda göstərişlər verilmiş və əmrə möhür vurulmamışdır. Bununla da Əmək Qanunvericiliyinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin pozulduğu göstərilsə də konkret olaraq pozuntunun nədən ibarət olduğu, işçinin əmək funksiyası və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirmədiyi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrindən məhz hansının kobud şəkildə pozduğu qeyd edilməmişdir. Hansı ki, bunların hər hansı birinin qeyd olunmaması bütövlükdə əmrin etibarsızlığı üçün əsasdır. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi, həmçinin əlavə olaraq göstərdi ki, İddiaçı işdən çıxarılması barədə əmr qanuni və əsaslıdır. Belə ki, hərbi əhəmiyyətli yolun çəkilməsi ilə bağlı 14 saylı X9 Mərkəzinin tabeliyində olan ərazilərdə ağaclar kəsilir və həmin ağacların hesabatı aparılır. İddiaçı onun meşə gözətçisi olduğu 4 saylı meşə dolayısında kəsilən ağaclar barədə Mərkəzə rəsmi məlumat verməli olduğu halda, heç bir məlumat verməmiş, həmçinin kəsilən ağaclar yerində müəyyən edilməmişdir. Bununla da, o, vəzifə səlahiyyətlərini yerinə yetirərkən, qanun pozuntusuna yol vermişdir. İddiaçının barəsində ərazidə kəsilən ağacların yerində olmadığına, həmçinin kəsilmiş ağacların anbara təhvil verilməməsinə görə intizam tənbehi tətbiq edilərək, işdən azad edilmişdir. Hətta iddiaçı həmin hadisədən də əvvəl öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntulara yol vermiş və ona görə də ona töhmət verilmişdir. Hətta, iddiaçının qanunsuz əməlləri barəsində Azərbaycan Respublikası Baş prokurorluğuna da məlumat verilmişdir. Ona görə də müəssisə rəhbəri və Həmkarlar İttifaqı onun işdən azad edilməsini məqsədə uyğun hesab etmişlər. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan əmək müqaviləsinin surətindən görünür ki, Şəmkir X9 Mərkəzinin direktoru X16 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, Saratovka Meşəbəyliyində meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin direktoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 41 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən X17 X3 meşəbəyliyinin 4 saylı meşə dolayına meşə gözətçisi vəsifəsinə təyin edilmiş və həmin tarixdən Gədəbəy MM və B Müəssisəsinin Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayına meşə gözətçisi vəzifəsindən azad edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Şəmkir X13 Mərkəzinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, xxxxxxx000201 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Şəmkir X13 Mərkəzinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, xxxxxxx000202 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Şəmkir X13 Mərkəzinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, xxxxxxx000204 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 14 saylı X13 Mərkəzinə meşə gözətçisi vəzifəsinə təyin edilmiş və iş başlama tarixi xx.xx.2018-ci il qeyd edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli meşə gözətçisinin öhdəliyindən görünür ki, X14 və X4 meşəbəyliyinin 4 saylı dolayısının meşə gözətçisi İddiaçı meşələrin qorunub mühafizə olunması öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin direktrou Vasif Nəbiyevin xx.xx.2023cü il tarixli, 121/ü saylı əmrin surətindən görünür ki, həmin əmrlə 13-14 noyabr 2023-cü il tarixdə Mərkəzin Şınıx meşəbəyliyinin 6 və 7 saylı meşə dolayılarıyla həmsərhəd, meşələrinə yaxın Ermənistanla həmsərhəd olan ərazilərində ermənilər tərəfindən törədilən geniş miqyaslı yanğının meşə ərazilərinə keçməsinin qarşısının alınmasında 4 saylı meşə dolayısının gözətçisi İddiaçı deyilən tapşırıqlara məhəl qoymadan hadisə yerinə gəlmədiyindən ona əmək müqaviləsi üzrə öhdəlikərini layiqincə yerinə yetirməiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin direktrou Vasif Nəbiyevin xx.xx.2023cü il tarixli, 143/ü saylı əmrin surətindən görünür ki, həmin əmrlə Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısında 24 noyabr 2023-cü il tarixdə aparılmış yoxlama zamanı 11.57 kub metr həcmində 240.0 manat ziyan dəyərində 12 ədəd ağacların kəsilərək kütlələrin aparılması aşkar olunmuşdur. Dolayıda baş vermiş qanunsuzluqla bağlı meşə gözətçisi İddiaçı nə meşəbəyliyin meşəbəyisinə, nə də idarəyə heç bir yazılı və şifahi məlumat vermədiyinə, meşə dolayısında olan qanunsuzluğu bilərəkdən ört-basdır etdiyinə, eyni zamanda meşə fonduna dəymiş ziyanlığı ödəmədiyinə, bununla da əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin əməkdaşları tərəfindən meşə gözətçisi İddiaçı iştirakı ilə Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 000264 saylı aktın təsdiqlənmiş surətindən görünür ki, 22 noyabr 2024-cü il tarixdə 14 saylı X9 Mərkəzinin əməkdaşları tərəfindən Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısında hərbçilər üçün nəzərdə tutulan, hazırda yolun çəkilişinin aparıldığı ərazidə baxış keçirilmişdir. Yola düşmüş ərazilərdə olan ağacların çoxunun doğranaraq aparıldığını, bir hissəsinin kəsilərək kütlələrinin yerində qalmasını aşkar etmişlər. Həmin ağacların çöl hesabatını aparmışlar. Bu vaxta kimi meşə qanunvericiliyinin pozulması ilə bağlı meşəbəyliyin X10 və meşə gözətçisi İddiaçı Mərkəzə heç bir yazılı və şifahi olaraq məlumat, protokol və akt təqdim etməmişlər. Ona görə də meşəbəyi və meşə gözətçisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı Qərarına əsasən dəyişiklik haqqında 31 yanvar 2019-cu il tarixli 30 nömrəli Qərarının 7-ci əlavəsinə əsasən meşə fonduna ziyan vurnuşlar. Meşə fonduna dəymiş ziyan meşəbəyliyin X10in və meşə gözətçisi İddiaçı öhdəsində qalır. Həmin akta əlavə edilmiş qanunsuz (özbaşına) ağac və kol qırıntılarının həcm və qiymətləndirmə cədvəlindən görünür ki, fıstıq cinsindən diametri 36 sm 2 (iki) ədəd, 40 sm 1 (bir) ədəd, 44 sm 1 (bir) ədəd, 48 sm 1 (bir) ədəd, 52 sm 1(bir) ədəd, 56 cm 1 (bir) ədəd, 72 sm 1 (bir) ədəd; vələs cinsindən 36 sm 1 (bir) ədəd, cəmi 9 (doqquz) ədəd ağacların doğranılması nəticəsində Dövlət meşəsinə dəymiş ziyan 22.82 kub metr olmaqla 237.60 (iki yüz otuz yeddi manat 60 qəpik) manat təşkil edir. Həmin akta əlavə edilmiş İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Saratovka meşə dolayısında aşkar olunmuş qanunsuzluqlar və ziyanlıqla bağlı Dövlət şirkəti tərəfindən yol çəkildiyini, həmin yol çəkilən zaman qırılan ağacların hərbi tərəfindən aparıldığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X8 Nəbiyev tərəfindən 14 sayı X9 X5 Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, 22 noyabr 2024-cü il tarixdə Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısında (hərbi yolunda) baxış keçirilən zaman məlum olmuşdur ki, həmin ərazidə yola düşən çıxarılmış 237.60 manat ziyan dəyərində 22.82 kub metr həcmində fıstıq cinsindən diametri 36 sm 2 (iki) ədəd, 40 sm 1 (bir) ədəd, 44 sm 1 (bir) ədəd, 48 sm 1 (bir) ədəd, 52 sm 1(bir) ədəd, 56 cm 1 (bir) ədəd, 72 sm 1 (bir) ədəd; vələs cinsindən 36 sm 1 (bir) ədəd, cəmi 9 (doqquz) ədəd ağacların kütlələri doğranaraq, ərazidən aparılmışdır. X10 və meşə gözətçisi İddiaçı axıra kimi yoxlamada iştirak etmiş, çöl hesabına və tərtib olunmuş akta imza etmişlər. Baş vermiş qanunsuzluqlarla bağlı Əfqan Mustafayev izahat verməkdən imtina etmiş, İddiaçı isə yazılı izahat verərək, hərbçilər tərəfindən aparılmasını bildirmişdir. Yoxlama dövrünə qədər Əfqan Mustafayev və İddiaçı Mərkəzə heç bir məlumat və akt təqdim etməmişlər. Meşə fonduna dəymiş ziyan 237.60 manat ziyan bu günə qədər ödənilməmiş qalmışdır. Odur ki, meşə dolayısında qanunsuzluğa yol verməklə dövlət meşə fonduna ziyan vurduğuna görə Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısının gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini məqsədə müvafiq hesab etdiyini bildirmiş və həmkarların üzvlərinin iştirakları ilə iclas keçirilib münaisbət bildirilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X5 Komitəsinin 06 dekabr 2024-cü il tarixli 13 saylı protokolundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X8 Nəbiyevin Saratovka meşəbəyliyin 4 saylı meşə dolayısının gözətçisi İddiaçı barəsində müəssisəyə təqdim etdiyi təqdimatın əsasında işdən azad olunması ilə bağlı vəsatət qaldırması alınmış, Saratovka meşəbəyliyin 4 saylı meşə dolayısının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin xx.xx.2024-cü il tarixli 170/k nömrəli əmrinin surətindən görünür ki, Mərkəzin Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, xxxxxxx0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir X9 Mərkəzinin direktoru X16 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, Saratovka Meşəbəyliyində meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin direktoru xx.xx.2024-cü il tarixdə təqdimatla Həmkarlar İttifaqına müraciət edərək, 22 noyabr 2024-cü il tarixdə Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısında (hərbi yolunda) baxış keçirilən zaman həmin ərazidə yola düşən çıxarılmış 237.60 manat ziyan dəyərində 22.82 kub metr həcmində fıstıq cinsindən diametri 36 sm 2 (iki) ədəd, 40 sm 1 (bir) ədəd, 44 sm 1 (bir) ədəd, 48 sm 1 (bir) ədəd, 52 sm 1(bir) ədəd, 56 sm 1 (bir) ədəd, 72 sm 1 (bir) ədəd; vələs cinsindən 36 sm 1 (bir) ədəd, cəmi 9 (doqquz) ədəd ağacların kütlələrinin doğranaraq, ərazidən aparılması, yoxlama dövrünə qədər meşə gözətçisi İddiaçı tərəfindən Mərkəzə heç bir məlumat və akt təqdim edilmədiyi, meşə fonduna dəymiş 237.60 manat ziyan bu günə qədər ödənilməmiş qaldığını bildirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X5 Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş yığıncağının 06 dekabr 2024-cü il tarixli 13 saylı protokolu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 X8 Nəbiyevin Saratovka meşəbəyliyin 4 saylı meşə dolayısının gözətçisi İddiaçı barəsində işdən azad olunması ilə bağlı vəsatət qaldırması nəzərə alınmış, Saratovka meşəbəyliyin 4 saylı meşə dolayısının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Ona görə də iddiaçı 16 dekabr 2024cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdr. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Məhkəmə, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 72–ci maddəsində sadalanan əsasların olub–olmaması müəyyən edilməlidir. Belə ki, həmin Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71–ci maddəsinin 2–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolkektvinin (onun ayrı–ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eləcə də, həmin Məcəllənin 72–ci maddəsi ilə işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən hallar müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Şəmkir Rayon Mədəniyyət İdarəsinin rəisi tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, Əmək Məcəlləsinin 72–ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72–ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşin müəyyən olunmuş hallarından da görünür ki, İddiaçı X17 X3 meşəbəyliyinin 4 saylı meşə dolayında meşə gözətçisi vəsifəsində işlədiyi müddətdə 13-14 noyabr 2023-cü il tarixdə Mərkəzin Şınıx meşəbəyliyinin 6 və 7 saylı meşə dolayılarıyla həmsərhəd ərazidə baş vermiş geniş miqyaslı yanğının meşə ərazilərinə keçməsinin qarşısının alınmasında iştirak etməli olduğu halda, tapşırıqlara məhəl qoymadan hadisə yerinə gəlmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verilmiş, həmçinin, Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısında 24 noyabr 2023-cü il tarixdə aparılmış yoxlama zamanı 11.57 kub metr həcmində 240.0 manat ziyan dəyərində 12 ədəd ağacların kəsilərək kütlələrin aparılması aşkar olunmuş, lakin baş vermiş qanunsuzluqla bağlı meşə gözətçisi İddiaçı nə meşəbəyliyin meşəbəyisinə, nə də idarəyə heç bir yazılı və şifahi məlumat vermədiyinə, meşə dolayısında olan qanunsuzluğu bilərəkdən ört-basdır etdiyinə, eyni zamanda meşə fonduna dəymiş ziyanlığı ödəmədiyinə, bununla da əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin iddiaçı həmin intizam tədbirlərindən nəticə çıxarmamış, 22 noyabr 2024-cü il tarixdə Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısında (hərbi yolunda) baxış keçirilən zaman həmin ərazidə yola düşən çıxarılmış 237.60 manat ziyan dəyərində 22.82 kub metr həcmində fıstıq cinsindən diametri 36 sm 2 (iki) ədəd, 40 sm 1 (bir) ədəd, 44 sm 1 (bir) ədəd, 48 sm 1 (bir) ədəd, 52 sm 1(bir) ədəd, 56 sm 1 (bir) ədəd, 72 sm 1 (bir) ədəd; vələs cinsindən 36 sm 1 (bir) ədəd, cəmi 9 (doqquz) ədəd ağacların kütlələrinin doğranaraq, ərazidən aparılması, yoxlama dövrünə qədər meşə gözətçisi İddiaçı tərəfindən Mərkəzə heç bir məlumat və akt təqdim edilmədiyi müəyyən edilmişdir. Halbuki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli, 288/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşə gözətçisi”nin Vəzifə Təlimatının İİ bəndinin üçüncü abzasında meşə gözətçisinin vəzifə öhdəlikləri kimi dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim etməsi, meşə istifadəçiləri və meşə ərazisinə daxil olan digər şəxslər tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlaması, meşədə yanğın təhlükəsizliyi qaydalarına nəzarət etməsi, yanğın baş verdikdə onun söndürülməsi üçün tədbirlər görməsi, yanğın haqqında meşəbəyiyə, mərkəzə və digər aidiyyəti qurumlara xəbər verməsi nəzərdə tutulmuşdur ki, İddiaçı öhdəliklərini yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işlədiyi müəssisəyə maddi ziyan vurmuşdur. Ona görə də işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186–cı maddəsinin 1–ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui–istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 2–ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10–cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4–i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70–ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80–ci maddəsinin 1–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80–ci maddəsinin 3–cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin direktoru Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 70–ci maddəsinin «ç» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189–cu maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin xx.xx.2024-cü il tarixli 170/k saylı əmri qanuni və əsaslıdır. Məhkəmə öz qəaətini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən, qanunun tələblərinə əməl etmiş və əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə göstərilən əsaslar iddiaçıya münasibətdə tam şəkildə mövcud olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyi, habelə əmək vəzifələrini kobud şəkildə pozduğu məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatı ilə təsdiq edildiyindən, İddiaçı vəzifədən azad edilməsinə, yəni əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin ç bəndində nəzərdə tutulan əsaslar üzrə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 170/k saylı əmri qanuni və əsaslıdır. Ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2rşı əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar