Məhkəmə qərarları › İş №2(076)-120/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-120/2025

04.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-120/2025 04.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonunun Abbaslı kəndi ərazisində yerləşən Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X1 paylı mülkiyyətində olan 0.70 ha həyətyanı torpaq sahəsindən onun mülkiyyətində olan 2/5 hissə torpaq payını, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşən ərazidən deyil, faktiki istifadəsində olan, mülkiyyətində olan evin üzbə-üzündə yerləşən ərazidən, istifadədə olan evin ərazisi də daxil olmaqla naturada ayrılıb ona təhvil verilməsinə və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmasına və 100+1 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar