Məhkəmə qərarları › İş №2(076)-122/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-122/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-122/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 Abbasəli oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına və mülkiyyət hüququ əsasında X2, X9, X10, X13 və iddiaçıya məxsus olan Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə arvadı X2, oğlu X9, qızı X10, qızı X14 və onun mülkiyyətinə Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisindən 2.15 hektar (0.6082 ha, 0.3970 ha, 0.12 ha və 1.02 ha olmaqla 4 kontorda yerləşir) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsinə dair JN-139 KOD 50403038 saylı "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahələri ona verildikdən sonra Qılıncbəyli bələdiyyəsinin sədri və kənd icra nümayəndəliyi ona verilmiş pay torpaq sahəsinin 0.39 ha hissəsini geri qaytarmağını, əvəzində isə onun və ailəsinə başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirdi. Torpaq sahəsinin geri qaytarılmasına səbəb isə həmin torpaq sahəsinin bələdiyyə məxsus olduğunu qeyd olundu. O isə bələdiyyə sədrinin və icra nümayəndəsini dedikləri ilə razılaşıb həmin əraziləri bələdiyyə qaytardı. Ona isə həmin torpaq sahəsinin yaxınlığından torpaq sahəsi verildi. Bir müddət torpaq sahəsində istifadə etdi. Lakin həmin torpaq sahəsini sənədləşdirə bilmədi. Sonradan bələdiyyə tərəfindən ona verilmiş torpaq sahəsi əlindən alındı. Bundan sonra ona məxsus 0.39 ha torpaq sahəsinin səndələşdirilməsi üçün ölçmə işləri apadıqda məlumum oldu ki, cavabdehlər tərəfindən torpaq sahəsi zəbt edilib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənə məxsus 0.39 ha torpaq sahəsini zəbt edərək istifadə etməkdədirlər. O dəfərlənən cavabdehlərən ona məxsus torpaq sahələsindən çıxarlmasını və torpaq sahəsinin ona qaytarılasının tələb etsdə, heç bir nəticə olmamış və cavabdehlər torpaq sahəsindən çıxmasından etmişlər. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına və mülkiyyət hüququ əsasında X2, X9, X10, X13 və iddiaçıya məxsus olan Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Adil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlərdən onun torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin cavabdeh buna etiraz edərək, bununla razılaşmamışdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsində hər hansı tikili tikməmiş, yalnız həmin torpaq sahəsindən onun istifadəsinə maneçilik etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək, öz izahatında bildirdi ki, həmin torpaq sahəsi Bələdiyyə tərəfindən ona satılmış və onun əsasında o həmin torpaqdan iştifadə edir. Ona görə də, hazırkı iddia üzrə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərini dinləyib, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan JN-139, KOD 50403038 olan Torpaq Mülkiyyət Hüqüquna dair Dövlət aktından görünür ki, Şəmkir rayon, Qılıncbəyli kəndini sakinləri, X2, oğlu X9, qızı X10, qızı X14 2.15 ha torpaq sahəsi verilişdir. İş materiallarında olan 2(076)-710/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, JN-01-75 Kod 50408038 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında iddiaçı Şəmkir rayon Qılıncbəyli bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndində keçmiş sovxozun ferma binasının cənub hissəsində 32-ci konturda yerləşən 0.42 ha torpaq sahəsindən cavabdeh X17, Qılıncbəyli kəndinin şimal-şərq hissəsində 24-cü konturda yerləşən 0.41 ha torpaq sahəsindən cavabdeh X20, Şəmkir rayon Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 97K saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.09 ha torpaq sahəsindən cavabdeh X4, Şəmkir rayonu Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 1391 saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik olan 0.09 ha torpaq sahəsindən cavabdeh X3, Şəmkir rayon Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 139K saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.05 ha torpaq sahəsindən cavabdeh X5 çıxarılsın və həmin torpaq sahələri Şəmkir rayonu Qılıncbəyli bələdiyyəsinə qaytarılsın. İş materiallarında olan 2(104)-1290/2014 nömrəli xx.xx.2014-cü il tarixli Gəncə Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(076)-710/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkməsinin xx.xx.2024-cü il tarilxi 2(076)- 2610/2024 nömrəli qərardadı ilə təyin edilmiş, 10/1760 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertin rəyindən görünür ki, Yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Qılıncbəyli kəndinin ərazisində yerəşən (JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında) 0,40 ha torpaq sahəsinin 0.1125 ha-dək hissəsi Cavabdeh1 Abbasəli oğlu, 0.1372 ha hissəsi ise Cavabdeh2 tərəfindən istifadə olunur. Kompleks yerquruluşu xəritəsinə əsasən Cavabdeh1 Abbasəli oğlunun istifadəsində olan 0.1125 ha-dək torpaq sahəsinin 0.06 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.0080 ha (80 kv.m) hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlet aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində, Cavabdeh2 istifadəsində olan 0.1372 ha torpaq sahəsinin 0.0482 ha-dək hissəsi bələdiyyə mülkiyyətində 0.0891 ha-dək hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi darəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 4025426/2024 nömrəli mütəxəssis rəyinə sasən qeyd olunur ki, Mübahisəli torpaq sahəsində hansısa tikinti və digər obyektlər mövcud deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-5426/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Qılıncbəyli kəndinin ərazisində yerəşən (JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında) 0,40 ha torpaq sahəsinin 0.1125 ha-dək hissəsi Cavabdeh1 Abbasəli oğlu, 0.1372 ha hissəsi ise Cavabdeh2 tərəfindən istifadə olunur. Kompleks yerquruluşu xəritəsinə əsasən Cavabdeh1 Abbasəli oğlunun istifadəsində olan 0.1125 hadək torpaq sahəsinin 0.06 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.0080 ha (80 kv.m) hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlet aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində, Cavabdeh2 istifadəsində olan 0.1372 ha torpaq sahəsinin 0.0482 ha-dək hissəsi bələdiyyə mülkiyyətində 0.0891 ha-dək hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi darəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 4025426/2024 nömrəli mütəxəssis rəyinə sasən qeyd olunur ki, Mübahisəli torpaq sahəsində hansısa tikinti və digər obyektlər mövcud deyil. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, JN-139, KOD 50403038 olan Torpaq Mülkiyyət Hüqüquna dair Dövlət aktına əsasında Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində yerləşən 2.15 ha torpaq sahəsi X3, oğlu X15, qızı X10, qızı X11 mülkiyyətindədədir. Həmin torpaq sahəsinin Yeni elektron uçot xəritəsinə əsasən 0.1125 ha hissəsi cavabdehlər Cavabdeh1 və 0.1372 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilərək mülkiyyətçilərin istifadəsinə maneçilik törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehlərin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, JN-139, KOD 50403038 olan Torpağa Mülkiyyət Hüqüquna dair Dövlət aktına əsasən X1, İddiaçı, X6, X7, X11 mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.1125 ha-dək hissəsindən Cavabdeh1 Abbasəli oğlu, 0.1372 ha hissəsindən Cavabdeh2 çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci cavabdehlər Cavabdeh1 və X8 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. JN-139 KOD 50403038 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən X1, İddiaçı, X6, X7, X11 mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.1125 ha-dək hissəsindən Cavabdeh1 Abbasəli oğlu, 0.1372 ha hissəsindən Cavabdeh2 çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar