Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-123/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Adil oğlunun, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanunsunuz tikililərin sökülməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanunsunuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına və mülkiyyət hüququ əsasında X1, X5, X6, X9 və ona məxsus olan Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş tikililərin təyinatından və xarakterindən asılı olmayaraq cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə arvadı X1, oğluna X5, qızına X6, qızına X10 və onun mülkiyyətinə Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisindən 2.15 hektar (0.6082 ha, 0.3970 ha, 0.12 ha vǝ 1.02 ha olmaqla 4 kontorda yerləşir) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsinə dair JN-139 KOD 50403038 saylı "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahələri ona sahələri verildikdən sonra Qılıncbəyli bələdiyyəsinin sədri və kənd icra nümayəndəliyi ona verilmiş pay torpaq sahəsinin 0.12 ha hissəsini geri qaytarmağını, əvəzində isə ona və ailəsinə başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirilmişdir. Torpaq sahəsinin geri qaytarılmasına səbəb isə həmin torpaq sahəsinin bələdiyyə məxsus olduğunu qeyd olundu. O isə bələdiyyə sədrinin və icra nümayəndəsini dedikləri ilə razılaşıb həmin əraziləri bələdiyyə qaytarmışdır. O isə həmin torpaq sahəsinin yaxınlığından torpaq sahəsi verildi. Lakin həmin torpaq sahəsini sənədləşdirə bilməmişdir. Bundan sonra ona məxsus 0.12 ha torpaq sahəsinin səndələşdirilməsi üçün ölçmə işləri aparğıda məlumatı oldu ki, cavabdehlər tərəfindən torpaq sahəsi zəbt edilib və həmin torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən ayrı- ayrıldıqda iki ədəd yaşayış evi inşa olunmuşdur. Hazırda həmin torpaq sahəsində Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Cavabdeh2 tərəfindən isə yarımçıq tikili inşa olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 0.12 ha torpaq sahəsini zəbt etmiş və yaşayış evi inşa etmişdir. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahələrində çıxmalarını və qanunsuz inşa etdirdiklər tikililərin sökməsin tələb etsə də, onlar bundan imtina etmişlər. Onun cavabdehlərə torpaq sahəsində tikinti işlərinin aparılmasına heç bir razılıq verməmişdim. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Hesab edir ki iddia tələbi qanuni və əsasladır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, qeyd edilən ərazi onlara bələdiyyə tərəfindən satılmış, 2016-cı il tarixdən həmin torpaq sahəsində ev tikərək ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X19 11 Saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. İş materiallarında olan JN-139 nömrəli 50403038 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, X1, X7, Nümayəndə Adil oğluna, X8, X11 Şəmkir rayonu, Qılıncbəyli kəndindən 2.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli rəyindən (abzas nömrə 4) görünür ki, Şəmkir rayonu Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 1391 saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (pay torpaq sahəsinə) bitişik olan, Qılıncbəyli kənd sakini X2 tərəfindən istifadə edilərək əkin əkilmiş 0.09 ha torpaq sahəsi Qılıncbəyli Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)- 710/2014 saylı qətnaməsindən görünür ki, JN-01-75 Kod 50408038 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında iddiaçı Şəmkir rayon Qılıncbəyli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndində keçmiş sovxozun ferma binasının cənub hissəsində 32-ci konturda yerləşən 0.42 ha torpaq sahəsindən cavabdeh X13, Qılıncbəyli kəndinin şimal-şərq hissəsində 24-cü konturda yerləşən 0.41 ha torpaq sahəsindən cavabdeh X16, Şəmkir rayon Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 97K saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.09 ha torpaq sahəsindən cavabdeh X3, Şəmkir rayonu Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 1391 saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik olan 0.09 ha torpaq sahəsindən cavabdeh X2, Şəmkir rayon Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 139K saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.05 ha torpaq sahəsindən cavabdeh X4 çıxarılsın və həmin torpaq sahələri Şəmkir rayonu Qılıncbəyli bələdiyyəsinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1290/2014 saylı 21 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-710/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-5433/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Qılıncbəyli kəndinin ərazisində yerləşən (JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında) 0.12 ha torpaq sahəsinin 0.1021 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Kompleks yerquruluşu xəritəsinə əsasən Cavabdeh1 istifadəsində olan 0.1021 ha-dək torpaq sahəsinin 0.0178 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.0639 ha hissəsi isə JN- 169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində, Cavabdeh2 istifadəsində olan 0.0737 ha torpaq sahəsinin 0.0192 ha-dək hissəsi bələdiyyə mülkiyyətində, 0.0467 ha-dək hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mübahisəli torpaq sahəsində tikinti mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9433 nömrəli rəyindən görünür ki, Yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Qılıncbəyli kəndinin ərazisində yerləşən (JN- 169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında) 0.12 ha torpaq sahəsinin 0.1021 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Kompleks yerquruluşu xəritəsinə əsasən Cavabdeh1 istifadəsində olan 0.1021 ha-dək torpaq sahəsinin 0.0178 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.0639 ha hissəsi isə JN- 169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində, Cavabdeh2 istifadəsində olan 0.0737 ha torpaq sahəsinin 0.0192 ha-dək hissəsi bələdiyyə mülkiyyətində, 0.0467 ha-dək hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui- istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 239.2-ci maddəsinə əsasən Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 8.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən hər hansı tikinti inşa edildikdə və ya digər ağac əkilib bağ salınması edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini, ağacların çıxarılmasını və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və torpaq sahəsinin zəbt edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Hazırda mübahisəli torpaq sahəsi JN-139 KOD 50403038 nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən, iddiaçınınvə ailə üzvlərinin birgə mülkiyyətində olsa da, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu zaman torpaq sahəsində 2016 və 2018-ci il tarixdən cavabdeh tərəfindən fərdi yaşayış evinin tikilməsi mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib sayılmır. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb həmin torpaq sahəsində fərdi yaşayış evi tikib ailəsi ilə birlikdə oarada yaşayan şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı və orada 2016 və 2018-ci ildən fərdi yaşayış evi tikib yaşayan şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə bildirmişdir ki, iddiaçının ona məxsus torpaq sahəsində tikilinin tikilməsi və mövcudluğunu bildiyi halda cavabdehlərin zəbt etməsinə əsaslanaraq oradan çıxarılmasını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Üçüncü şəxs DƏDKR-nin X19 11 saylı Şəmkir Ərazi İdarəsi) “Zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-123/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-123/2025
05.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver