Məhkəmə qərarları › İş №2(076)-124/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-124/2024

21.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-124/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh AİK-ı tərəfindən 30 mart 1998-cui il tarixli JN- 171A kod 50407028 saylı şəhadətnaməsində göstərilən iddiaçıya məxsus Şəmkir rayonu, Talış kənd inzibati ərazisində yerləşən mülkiyyətində olan 0.16 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına və həmin ərazidə özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Talış kəndinin inzibati ərazisində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi Şəmkir rayon AİK-i tərəfindən 30 mart 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi cavabdeh qardaşı Cavabdeh tərəfindən onun razılığı olmadan özbaşına zəbt edilmiş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Hazırda həmin sahədən istifadə edir. Onunla həmin torpaq sahəsinin boşaldılması üçün etdiyi danışıqların heç bir nəticəsi olmamışdır. Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxmasını xəbərdarlıq etsə də, heç bir nəticə olmamışdır. Həyat yoldaşı 1-ci Qarabağ müharibəsində vəfat etmişdir. Bundan sonra atası həmin torpaq sahəsini ona almışdır. Sonradan atası qardaşı ilə onu torpaq sahəni birləşdirdi və ona həmin torpaq sahəsinin yanından başqa bir torpaq sahəsi verdilər. Lakin heç bir sənədləşmə olmamışdır. Öz razılığı ilə həmin torpaq sahəsindən istifadə etmişlər. Lakin sonradan qardaşı razılığı pozaraq həmin torpaq sahəsində zəbt etdi. Hazırda da cavabdeh torpaq sahəsindən istifadə edir və boşaldılmasından imtina edir. Odur ki, mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edir. Çünki mübahisənin həlli üçün Şəmkir rayon DƏDRX-ina etdiyi şikayətə baxılmır. O iddia edir ki, AİK-1 tərəfindən 30 mart 1998-ci il tarixli JN-171A kod 50407028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilən torpaq sahəsi onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən Cavabdeh AİK-ı tərəfindən 30 mart 1998-cui il tarixli JN-171A kod 50407028 saylı şəhadətnaməsində göstərilən iddiaçıya məxsus Şəmkir rayonu, Talış kənd inzibati ərazisində yerləşən mülkiyyətində olan 0.16 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına və həmin ərazidə özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan JN-171A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cu il tarixli, 49 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Şəmkir rayonu Talış kəndi ərazisində 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-125A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cu il tarixli, 49 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə Şəmkir rayonu Talış kəndi ərazisində 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-7882/23 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür, İddiaçı adına olana JN-171A nömrəli Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0.16 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsi yoxdur. İddia etdiyi torpaq sahəsi isə 125A nömrəli "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Cavabdeh məxsus torpaq sahəsidir. JN -171A nömrəli "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur və sərhəd qonşuluğunda yerləşir. İddiaçı adına olan JN -171A nömrəli "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0.16 ha torpaq sahəsinin koordinatları daxilində hər hansı özbaşına tikili mövcud deyildir. İş materiallarında olan 3-16-16/2-10/3052 nömrəli xx.xx.2024-cü il tarixli Şəmkir rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(076)-124/2024 nömrəli qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspert rəyindən görünür ki, İddiaçı adına olana JN-171A nömrəli Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” göstərilən 0.16 ha torpaq sahəsinin koordinatları müəyyən edildi. İddiaçı faktiki istifadəsi yoxdur. İddia etdiyi torpaq sahəsi isə N-125A nömrəli "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Cavabdeh torpaq sahəsi olduğu müəyyən edilmişdir. JN-171A nömrəli "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmadığı və sərhəd qonşuluğunda yerləşdiyi müəyyən edilmişdir. İddiaçı adına olan JN- 171A nömrəli "Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0.16 ha torpaq sahəsinin koordinatları daxilində hər hansı özbaşına tikilinin mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-171A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cu il tarixli, 49 saylı qərarı ilə Şəmkir rayonu Talış kəndi ərazisində İddiaçı mülkiyyətinə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehin həmin torpaq sahəsinin zəbt edərək, və həmin torpaq sahəsindən çıxamasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, cavabdehin tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspertin rəyindən məlum olmuşdur ki, mübahisəli Şəmkir rayon, Talış kənd inzibati ərazisində yerləşən 0.16 ha olan torpaq sahəsi Cavabdeh mülkiyyətində olmaqla zəbt edilməmişdir. İddiaçının qeyd etdiyi özünə məxsus şəhadətnamədə qeyd edilən torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar