Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1263/2023 17.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının direktoru X1 iştirakları ilə İddiaçı cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək barəsində cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunmasına, əvvəlki vəzifəsinə bərpa olunmağına, qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının ödənilməsinə və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2007-ci il tarixdən 2023-cü ilin yanvar ayına kimi Şəmkir rayonunun Könüllü kəndində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında dalandar-bağban vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç bir qayda pozuntusuna yol verməmişdir. Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 2023-cü ildə işdən azad edilmişdir. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, vəkil sorğusu təqdim etməyinə, mediyasiyaya müraciət etməyinə baxmayaraq işdən çıxmağı haqqında, işə qəbul haqqında orta aylıq əmək haqqı barədə xasiyyətnamə ala bilməmişdir. Buna görə də, iddia ərizəsində barəsində verilən əmrə istinad edə bilməmişdir. Cavabdeh tərəfindən işdən azad olunarkən qaydalar pozulmuşdur. Ona görə ki o, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmiş, əgər hər hansı qayda pozuntusuna yol vermişdirsə nə üçün onun qanun pozuntusu ilə bağlı izahatı alınmamışdır. Onun vəzifəsindən azad olunmağı işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunmamış və onların bu barədə fikirləri öyrənilməmiş və rəsmi olaraq münasibətləri olmamışdır. Eyni zamanda işdən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr eviuşaq bağçasının direktoru X2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 207 nömrəli, 28 noyabr 2014-cü il tarixli sərəncamına əsasən məktəbəqədər təhsil müəssisələrində dalandar ştatlarının təsis edilmiş, İddiaçı xx.xx.2007-ci il tarixli 3 nömrəli əmrlə 1 aklad dalandar işləməsinə sərəncam verilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə dalandar vəzifəsi sahəyə yetərli olmadığı üçün ixtisara düşmüş və bu səbəbə əsasən də AR ƏM-nin 70-ci maddəsinin “b”- bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı özü də bilir ki, səhə yoxdur. Əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının iclası keçirilməmişdir, onlara tərəflərindən təqdimat verilməmişdir. Dalandar ştatı xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İddiaçı ilə əmək müqaviləsinə də xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümyəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçının əmək kitabçasından çıxarışdan müəyyən edilir ki, İddiaçı Kinyaz qızı xx.xx.2007-ci il tarixdə 1 nömrəli əmrlə Şəmkir rayonu Könüllü kənd 3 saylı Körpələr evi-uşaq bağçasına 1 aklad dalandar təyin edilmişdir. İşdə olan Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının direktoru X2 tərəfindən Qazax-Tovuz regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektoruna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Könüllü kənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 nömrəli qərarına əsasən Könüllü kənd 3 saylı körpələr evi uşaq bağçasının elektron xəritədə ərazisi 0.13 ha movcuddur. Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il 207 nömrəli sərəncamına əsasən ərazisi 3500 kv.m çox olduğu halda dalandar ştatı mövcud olunur. Könüllü 3 saylı körpələr evi-uşaq bağçasının sərəncamda göstərilən ərazisi qədər sahəsi olmadığı üçün xx.xx.2023-cü il tarixli dalandar ştatı dayandırılmışdır. İşdə olan işdə olan iddiaçının əmək kitabçasından çıxarışdan görünür ki, dalandar vəzifəsi sahəyə yetərli olmadığı üçün İddiaçı ixtisara düşmüş və Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasında dalandar işləyən İddiaçı Knyaz qızının işi ixtisara düşmüşdür. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin elektron çıxarışından görünür ki, Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasında dalandar vəzifəsində işləyən İddiaçı Qnyaz qızı ilə bağlanılmış əmək müqaviləsinə xxxxxxx000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b”- işçilərin sayı və ya ştatları ixtisar edildikdə bəndinə əsasən dalandar vəzifəsi sahəyə yetərli olmadığı üçün ixtisara düşdüyü səbəbindən xx.xx.2023-cü ildə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı müraciətinə baxılmış və məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 77-ci və 80-ci maddələrinin tələbləri pozularaq xitam verilmişdir. Bu səbəbdən Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının direktoru X2 barəsində AR İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Protokol tərtib edilmişdir, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmçinin DƏMX-nin Qazax-Tovuz regional şöbəsinin xx.xx.2023-cü il tarixli göstəriş məktubu ilə Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının rəhbərliyinə 30 gün müddətində əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi nəticəsi barədə DƏMX-nin Qazax-Tovuz regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. Eyni zamanda sözügedən əmək müqaviləsinə xitam verilən zaman AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulduğuna görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 barəsində AR İXMnin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli inizbati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir . İşdə olan ilkin mediasiyada iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən Şəmkir rayon 1 nömrəli kənd körpələr evi uşaq bağçasında dalandar vəzifəsinə təyin edilmiş və 05 yanvar 2023-cü il tarixli 2 nömrəli əmrlə İddiaçı ilə Şəmkir rayon 3 nömrəli kənd körpələr evi uşaq bağçası arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b”- işçilərin sayı və ya ştatları ixtisar edildikdə bəndinə əsasən xitam edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Qazax-Tovuz regional şöbəsinə müraciət etmiş, X4 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən İddiaçı müraciətinə baxılaraq ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla ona bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 77-ci və 80-ci maddələrinin tələbləri pozularaq xitam verilmişdir. Bu səbəbdən Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının direktoru X2 barəsində AR İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Protokol tərtib edilmişdir, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmçinin DƏMX-nin Qazax-Tovuz regional şöbəsinin xx.xx.2023-cü il tarixli göstəriş məktubu ilə Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının rəhbərliyinə 30 gün müddətində əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi nəticəsi barədə DƏMX-nin Qazax-Tovuz regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. Eyni zamanda sözügedən əmək müqaviləsinə xitam verilən zaman AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulduğuna görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 barəsində AR İXM-nin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli inizbati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra İddiaçı işə bərpa tələbinə dair əvvəlcə mediasiyaya sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və Vİİİ hissələrinin tələbinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: a) tərəflərdən birinin təşəbbüsü; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi tərəflərdən birinin, yəni işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Həmin Məcəllənin 71.3.-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1 və 2-ci bəndlərinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam edilir. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyrisiyasi təşkilatdır”. Göründüyü kimi, həmkar ittifaqı “işçilərin birləşdiyi təşklat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Hazırki işdə işin faktiki hallarından və cavabdehin nümayəndəsinin də izahatından da müəyyən edilidi ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmamışdır. Ümumiyyətlə, cavabdeh-işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Hazırki işdə əmək müqaviləsinə xitam verilərkən sözügedən əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Lakin işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə əməl edilməmişdir. Bundan başqa, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən də Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 77-ci və 80-ci maddələrinin tələbləri pozularaq xitam verilməsi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Şəmkir rayon Könüllü kənd 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Ona işdən çıxarılması barədə əmrin surətinin hansı tarixdə verilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarınada aşkar edilməmişdir. Həmçinin Şəmkir rayon 3 nömrəli kənd körpələr evi uşaq bağçasının müdiri iddiaçıya işdən çıxarılmasına dair əmrin surətinin rəsmi olaraq verilməsinə dair hər hansı bir sənəd təqdim edə bilmədi. Nəticədə işçinin əmək hüquqları kobud şəkildə pozulmuşdur. Onunla əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işdə olan dəlillərə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi proqul müddətində əmək haqqı tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdıraraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək hesab edir ki, iddia təmin edilməlidir. Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının İddiaçı barəsində olan xx.xx.2023-cü il tarixli, 2 saylı əmri ləğv edilməli, İddiaçı Şəmkir rayonu Könüllü kəndində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında dalandar vəzifəsinə işə bərpa edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. 50 manat mediasiya xərci cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasından alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan respublikasi MPM-nin 213-220-ci, 222-233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının İddiaçı barəsində olan xx.xx.2023-cü il tarixli, 2 saylı əmri ləğv edilsin. İddiaçı Şəmkir rayonunun Könüllü kəndində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında dalandar vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. 50 manat mediasiya xərci cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasından alınıb iddiaçıya ödənilsin. Qətnamədən tərəflər onun surətini aldıqları gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1263/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1263/2023
17.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver