Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1276/2023 21.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı sədri X5, Cavabdeh1 və nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon Notariat Ofisinə qarşı “torpaq icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahələrinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon Notariat Ofisinə qarşı “X9 ləğv edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli X11 əsasən Cavabdeh1 ilə Şəmkir rayon İrmaşlı Bələdiyyəsi arasında 2.80 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Lakin, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, torpaq sahəsini təyinatından kənar qaydada istifadə etməyə başlamışdır. Dəfələrlə tələb etməklərinə baxmayaq cavabdeh nə bələdiyyəyə müraciət etməmiş, nə müqavilənin şərtlərini icra etmir, nə də torpaq sahəsini qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirlər ki, tələbləri əsaslıdır və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsi ləğv edilməli, Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə məxsus 2.80 ha torpaq sahəsi bələdiyyəyə geri qaytarılmalıdır. Odur ki, xx.xx.2018-ci il X9 ləğv edilməsi və Şəmkir Bələdiyyəsinə məxsus 2.80 ha torpaq sahəsinin bələdiyyəyə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sədri X12 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2017-ci il tarixli X9 və xx.xx.2018-ci il tarixli X9 ləğv edilməsi, Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə məxsus həmin icarə müqaviləsində qeyd edilmiş 2.20 ha və 2.80 ha torpaq sahələrinin bələdiyyəyə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sədri X12 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2017-ci il tarixli Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış X6 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 15 may 2017-ci il tarixli 05 saylı qərarı əsasında 2.20 ha bələdiyyə mülkiyyətində olan örüş torpaq sahəsi kənd təsərrüfatı məqsədilə Cavabdeh1 icarəyə verilmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixli Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış X6 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 08 yanvar 2018-ci il tarixli 01 saylı qərarı əsasında 2.80 ha bələdiyyə mülkiyyətində olan örüş torpaq sahəsi kənd təsərrüfatı məqsədilə Cavabdeh1 icarəyə verilmişdir. Lakin, cavabdeh sonradan müqavilələrin şərtlərinə əməl etməyərək, torpaq sahələrini təyinatına uyğun istifadə etməyərək, yaşayış evi kimi tikili inşa etdirmiş və ağaclar əkmişdir. Dəfələrlə tələb etməklərinə baxmayaq cavabdeh icarəyə götürdüyü torpaq sahəsini nə təyinatına uyğun istifadə etməmiş, nə də torpaq sahəsini qaytarmamışdır. Bununla bağlı cavabdehə torpaq sahəsindən təyinatına uyğun istifadə edilməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq torpaq sahəsindən təyinatına uyğun istifadə etməmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 və nümayəndəsi (atası) Nümayəndə iddianı qəbul etməyərək, izahatlarında göstərdilər ki, xx.xx.2017-ci il tarixli X6 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan 2.20 torpaq sahəsini və xx.xx.2018-ci il tarixli X6 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan 2.80 ha torpaq sahəsini icarəyə götürmüşdür. Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə aralarında icarə müqaviləsi bağlanarkən həmin icarə müqaviləsini oxumuş və tanış olmuşdur. İcarəyə götürdüyü torpaq sahələrində 450 ədəd ağac əkmişdir. Həmin ağaclardan 400 ədədi çəkil ağacı, qalan ağaclar isə meyvə ağaclarıdır, çəkil ağacları onlara dövlət tərəfindən əkilməsi üçün ona verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsinin kənarında isə 2 otaqlı ev inşa etdirmişdir. O, icarəyə götürdüyü torpaq sahələrinə görə hər il icarə müqaviləsində göstərilən icarə haqqı məbləğini Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə ödəmişdir. Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sədri hazırda ona icarəyə verilən 2.80 ha torpaq sahəsindən 0.17 ha hissəsini Bəxtiyar adlı şəxsə satılmışdır. Onlar kasıb ailədir, həmin torpaq sahəsini əkib-becərməklə ailələrini dolandırırlar. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli X2 görünür ki, həmin müqaviləyə əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.2 ha olan torpaq sahəsini 15 il müddətinə kənd təsərrüfatı məqsədi ilə Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 illik 120 manat 00 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsində “İcarəverən”in hüquq və vəzifələri içərisində “İcarəverən”in icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək, icarəyə verilmiş torpaqlarda “İcarəverən”in razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək kimi hüquqları və “İcarəçi”nin hüquq və vəzifələri içərisində “İcarəçi”nin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək kimi vəzifələri müəyyən edilmişdir. İşdə olan Şəmkir rayon Notariat Kontorunda bağlanmış Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-127 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.2 ha olan torpaq sahəsini xx.xx.2032-ci il tarixə kimi Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 isə illik 120 manat 00 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli X2 görünür ki, həmin müqaviləyə əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.8 ha olan torpaq sahəsini 15 il müddətinə kənd təsərrüfatı məqsədi ilə Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 illik 180 manat 00 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsində “İcarəverən”in hüquq və vəzifələri içərisində “İcarəverən”in icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək, icarəyə verilmiş torpaqlarda “İcarəverən”in razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək kimi hüquqları və “İcarəçi”nin hüquq və vəzifələri içərisində “İcarəçi”nin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək kimi vəzifələri müəyyən edilmişdir. İşdə olan Şəmkir rayon Notariat Kontorunda bağlanmış Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-6 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli, **********06 reyestr nömrəli, **********3 qeydiyyat nömrəli Çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.8 ha olan torpaq sahəsini xx.xx.2033-cü il tarixə kimi Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 isə illik 180 manat 00 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu İrmaşlı kəndində yerləşən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 2.8 ha olan kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi 15 il müddətinə xx.xx.2017-ci il tarixli, 303 saylı Hərrac şəhadətnaməsi və xx.xx.2018-ci il tarixli, 3M-6 saylı icarə müqaviləsi əsasında kimi Cavabdeh1 xeyrinə yüklü edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu İrmaşlı kəndində yerləşən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 2.2 ha olan kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi 15 il müddətinə xx.xx.2017-ci il tarixli, 177 saylı Hərrac şəhadətnaməsi və xx.xx.2017-ci il tarixli, 3M-127 saylı icarə müqaviləsi əsasında kimi Cavabdeh1 xeyrinə yüklü edilmişdir. İşdə olan Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tərəfindən Cavabdeh1 göndərilmiş 10 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 icarəyə götürdüyü torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu, ancaq oraya aqrotexniki qaydada qulluq edilmədiyi, icarə haqqı ödənilmədiyi barədə xəbərdarlıq edilərək, Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə müraciət etməsi xahiş edilmişdir. İşdə olan Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tərəfindən Cavabdeh1 göndərilmiş 29 mart 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi və icarə müqaviləsinin şərtlərinə əməl edilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 18 aprel 2023-cü il tarixli 04 saylı iclasının protokolundan görünür ki, icarədar Cavabdeh1 icarə müqaviləsinin şərtlərini pozduğuna görə icarə müqaviləsinə xitam verilməsi üçün məhkəmədə iddia qaldırılması qərar alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri ilə Cavabdeh1 istifadə etdiyi torpaq sahələri eyni torpaq sahələridir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikili (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağaclar mövcuddur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7016 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri ilə Cavabdeh1 istifadə etdiyi torpaq sahələri eyni torpaq sahələridir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikili (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağaclar mövcuddur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanununun 11.9-cu bəndinə əsasən Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir: - Ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması; - Torpaqların təyinatı üzrə istifadə edilməsi; - Torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi; - Torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi; - Kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli X6 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 15 may 2017-ci il tarixli 05 saylı qərarı əsasında 2.20 ha bələdiyyə örüş otlaq təyinatlı torpaq sahəsi Cavabdeh1 kənd təsərrüfatı məqsədilə icarəyə verilmişdir. Həmçinin, Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli X6 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 08 yanvar 2018-ci il tarixli 01 saylı qərarı əsasında 2.80 ha örüş otlaq təyinatlı torpaq sahəsi Cavabdeh1 kənd təsərrüfatı məqsədilə icarəyə verilmişdir. Hazırda Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə məxsus 2.20 ha və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahəsi Cavabdeh1 istifadəsindədir. Cavabdeh1 Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X3 müəyyən edilmiş şərtləri pozmaqla torpaq sahələrindən təyinatına uyğun istifadə edilmir və üzərində təyinatına uyğun olmayan tikili (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağaclar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 708.1-ci maddəsinə əsasən icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə yazılı bildiriş göndərilərək, icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, torpaq sahəsindən təyinatına uyğun istifadə edilməsi əks halda tərəflərindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbir görüləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçi (cavabdeh) müqavilə predmeti olan örüş otlaq təyinatlı torpaq sahələrindən təyinatına uyğun istifadə etmək vəzifəsini icra etmədiyindən, bununla da o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi əhəmiyyətli dərəcədə pozduğundan və o, iddiaçının müqaviləni ləğv etmək təklifinə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab vermədiyindən, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Şəmkir rayon İrmaşlı Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahələrində çəkil və meyvə ağacları əkdiyinı, inşa etdiyi iki otaqlı evin torpaq sahəsinin kənarında olduğuna əsaslanaraq, müqavilənin ləğv edilməsi üçün əsas olmadığını bildirsə də, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmədiyi və xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X10 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikilinin (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağacların mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin qanunvericiliyin tələbinə zidd olaraq iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yeritməməsi müqavilənin ləğv edilməsi üçün əsas sayılır. Məhkəmə həmçinin iddia tələbinin 2.20 ha və 2.80 ha torpaq sahələrinin iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə geri qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli icarə müqavilələri ləğv edildiyindən cavabdehə həmin müqavilələr əsasında icarəyə verilmiş torpaq sahələri də geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya Bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr əsasında yaranır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-cı il tarixli Torpaq İcarə müqavilələri ləğv edilməli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X4 qeyd edilmiş İddiaçı mülkiyyətində olan 2,20 və 2,80 ha örüş otlaq təyinatlı torpaq sahələri İddiaçı sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməli, həmçinin iddia tələbi təmin edildiyindən məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul cavabdehə aid edilməli və ondan tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-cı il tarixli Torpaq İcarə müqavilələri ləğv edilsin. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X4 qeyd edilmiş İddiaçı mülkiyyətində olan 2,20 və 2,80 ha örüş otlaq təyinatlı torpaq sahələri İddiaçı sahibliyinə qaytarılsın. Cavabdeh1 məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1276/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1276/2023
21.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver