Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-128/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin oğlunın sədrliyi, Məhkəmə iclas katibi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçınının nümayəndəsi Nümayəndə , Üçüncü şəxs Şəmkir Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “transformatorun cavabdehin vəsaiti hesaabına evin divarından kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə ara məsafəsi bir metr olan ailənin həyatına, əmlakına təhlükə yaradan X3 məxsus ***-**-** saylı transformator məntəqəsini evin divarından ən azı on metr aralı olmaqla (Bələdiyyənin göstərdiyi yerǝ) yaxud digər sahəyə cavabdehin vəsaiti hesabına kənarlaşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin divarı ilə X3 məxsus ***-**-** saylı transformator məntəqəsinin ara məsafəsi bir metrdir. Şəmkir Elektrik şəbəkəsi tərəfindən (AzDTN 2.6-1) 9.13-cü maddəsi, Beynəlxalq və Milli standartların, sanitar-gigiyenik, texniki təhlükəsizlik qaydaların tələbləri kobud pozulmuşdur. Qüsurun aradan qaldırılması üçün X3 çoxsaylı şifahi və yazılı müraciətlər etsə də qurum üzərinə düşən işi icra etmir. Həmin ərazidə subartezian quyusu, onun supaylayıcı şəbəkəsi yerləşdiyindən ətraf ərazi daima rütubətli gölməçəli olur. Bu səbəbdən həyətdə onu zəif elektrik vurma halı da olmuşdur. Nəzərə almaq lazımdır ki, belə xoşbəxtçilik həmişə olmayacaq. Bundan əlavə transformatorun ilboyu fasiləsiz yeknǝsək uğuldayıcı səsinin sinir sisteminə mənfi təsiri, gözlə görünməyən elektromaqnit dalğaların xərçəng xəstəliyi riskinə aid olması onların ailəsi üçün potensial təhlükədir. Onun evinin sənədləri tam qanuna uyğunudur (çıxarışı var) və ərazidə transformatoru qanuna uyğun yerləşdirmək üçün kifayət qədər boş sahələr var, hətta Şəmkir Bələdiyyəsi həmin sahələrdən birinin transformatorun texniki təhlükəsizlik zonası olmasını bildirir. Qurğunu həmin sahənin mərkəzinə köçürülməsinə etiraz etmir və onun qurğuya məxsus olduğunu bildirir. Əraziyə Şəmkir rayon gigiyena və epidemiologiya mərkəzi baxış keçirmişdir. Tranfsormatorun həyat və sağlamlıq üçün təhlükəsi olduğunu müəyyən etmişdir. Sağlamlaşdırıcı tədbir görülməsi ilə əlaqədar X3 rəsmi məktub göndərmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr irəli sürərək qüsuru aradan qaldırmamış, qanun aliliyini təmin etməmişdir. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə ara məsafəsi bir metr olan ailənin həyatına, əmlakına təhlükə yaradan X3 məxsus ***-**-** saylı transformator məntəqəsini evin divarından ən azı on metr aralı olmaqla (Bələdiyyənin göstərdiyi yerǝ) yaxud digər sahəyə cavabdehin vəsaiti hesabına kənarlaşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Şəmkir Bələdiyyəsinin nümayəndəsi X4 öz izahatında Fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan həyati təhlükə yaradan X3 məxsus ***-**-** transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Şəmkir şəhəri Şəmkir küçəsi 189 nömrəli fərdi yaşayış evinin hasarından ən azı 10 metr ara məsafəsi olmaqla başqa əraziyə köçürülməsinə etirazı olmadığını bildirdi. Cavabdeh "xxxx" ASC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 0.12 ha olan yaşayış məntəqələrinin torpaq sahəsini İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2-1(114)-1927/2022 nömrəli Gəncə İnzibati Məhkəməsinin qərarından görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsi, 189 nömrəli fərdi yaşayış evi ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan, X3 məxsus ***-**-** transformator məntəqəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin divarından ən azı 10 metr aralı olmaqla başqa sahəyə cavabdehin vəsaiti hesabına köçürülməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin X5 Təchizatı və Satış İdarəsinin Şəmkir Elektrik Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2-1(114)-333/2024 nömrəli Gəncə İnzibati Məhkəməsinin qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin (hakim Emin Axundov) xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1927/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şəmkir şəhəri, Şəmkir küçəsi, 189 nömrəli fərdi yaşayış evi ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan, X3 məxsus ***-**-** transformator məntəqəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin divarından ən azı 10 metr aralı olmaqla başqa sahəyə cavabdehin vəsaiti hesabına köçürülməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin X5 Təchizatı və Satış İdarəsinin Şəmkir Elektrik Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-487/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1927/2022 saylı qərarı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan qanuna zidd olan, X3 məxsus ***-**-** transformator məntəqəsini Şəmkir Bələdiyyəsinin məktubunda göstərdiyi yerə və yaxud digər sahəyə cavabdehin vəsaiti hesabına kənarlaşdırılması tələbinə dair iddiası mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. İş materiallarına surəti əlavə edilmiş Şəmkir Bələdiyyəsinin 4/419 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin cənub tərəfində olan sahə bələdiyyə mülkiyyətinə aid olmaqla bərabər həmin sahə 630 kva gücündə olan transformatorun, sanitar, texniki təhlükəsizlik mühafizə sahəsi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda həmin ərazidə subarteiziyan quyusu və onun supaylayıcı şəbəkəsi yerləşir, Ərazi heç bir fiziki və hüquqi şəxsə məxsus deyil və başqa təyinat üçün istifadə edilə bilməz. Sözügedən transformatorun (504-00-88 saylı) həmin sahənin mərkəzinə köçürülməsinə bələdiyyə etiraz etmir. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 135 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, həmin ünvanda sanitar - gigiyenik müayinə baxış keçirilmişdir. Müayinə zamanı aşkar olunmuşdur ki, transformator və çılpaq elektrik xətti yaşayış evinin yaxınlığında olması insan sağlamlığına təsir edən amildir. Ona görə də lazımi sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün Şəmkir rayon Elektrik Şəbəkəsinə rəsmi qaydada məktub göndərilmişdir. İş materiallarına surəti əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02/12- 15/l/7486 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında yerləşən Transformator məntəqəsinin kənara çəkilməsi barədə aidiyyəti üzrə göstəriş verilmişdir. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının xx.xx.2019-cu il tarixli, 23/27-2-024 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Energetika Nazirliyinə ünvanladığı müraciətləri ilə əlaqədar olaraq evinin yaxınlığında yerləşən 35/10 kV-luq "Şəmkir-2" y/s-dan çıxan 10 kV-luq "6-cı Şəhər" h/x-dən qidalanan Şəmkir Elektrik şəbəkəsinin balansında olan ******* inventar nömrəli 630 kVA transformator məntəqəsinin yeni müasir tipli KTM ilə əvəz edilməsi barədə Qərb RETSl-nin Şəmkir EŞ- nə Tovuz Filialı tərəfindən göstəriş verilmişdir. Şəmkir EŞ-si qeyd edilən transformator məntəqəsinin yeni tipli KTM ilə əvəz edilməsi barədə aidiyyatı üzrə müraciət etməsini və KTM ayrıldıqdan sonra onun qeyd edilən ünvanda quraşdırılacağı bildirilmişdir. İş materiallarına surəti əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 9- 27/456 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında yerləşən Şəmkir EŞ-nə məxsus 630 kVA transformator məntəqəsinin yerinin dəyişdirilməsinə etiraz edilmir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 05-09-146 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, Dövlət Şəhərsalma Norma və Qaydaları” Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının (AzDTN 2.6-1) 9.13-cü maddəsinin tələblərinə uyğun olaraq, hər birinin gücü 1000 KVA-ya qədər və sayı 2 dən çox olmayan transformatorlardan ibarət 6- 20 KV gərginlikli transformator yarımstansiyaları yerləşdirilərkən, səsdən mühafizə tədbirləri yerinə yetirilməklə, onlardan yaşayış və ictimai binaların pəncərələrinə qədər məsafə 10 metrdən az qəbul edilməməlidir. İş materiallarında olan 09.2018-ci il tarixli 37/Q-00935 nömrəli Gəncə regional X6 idarəsinin tərəfindən verilmiş məktubundan görünür ki, "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması (AzDTN 2.6-1)" Dövlət Şəhərsalma Norma və Qaydalarının 9.13 bəndinin tələblərinə əsasən ayrıca duran paylayıcı məntəqələr və hər birinin gücü 103 kV.A-ya qədər və sayı 2-dən çox olmayan transformatorlardan ibarət 6-20 kV gərginlikli transformator yarımstansiyaları yerləşdirilərkən, səsdən mühafizə tədbirləri yerinə yetirilməklə, onlardan yaşayış və ictimai binaların pəncərələrinə qədər məsafə 10 metrden, müalicə-profilaktika müəssisələrinə qədər isə 15 metrdən az qəbul edilməməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 04-22/7-2203 nömrəli Gigiyena və Epidemiologiya mərkəzinin tərəfindən verilmiş məktubundan görünür ki, AzDTN 2.6-1 "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" haqqında Dövlət Şəhərsalma Norma və Qaydalarının 9. Bölməsinin 9.13. bəndinə əsasən Ayrıca duran paylayıcı məntəqələr və hər birinin gücü 103 kVA-ya qədər və sayı 2-dən çox olmayan transformatorlardan ibarət 6-20 kV gərginlikdə transformator yarımstansiyaları yerləşdirilərkən, səsdən mühafizə tədbirləri yerinə yetirilməklə, onlardan yaşayış binalarının pəncərələrinə qədər məsafə 10 m-dən az qəbul edilməməlidir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməinin xx.xx.2024-cü il tarixli 2(076)- 128/2025 nömrəli qərardadı ilə təyin edilmiş, 10/2119 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertin reyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-479/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ünvan 5 ünvanda yerləşən (Reyestr nömrəsi **********774-10301, ********** saylı Dövlət reyestrindən çıxarış) İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin bütövlükdə yerləşdiyi torpaq sahəsinin qərbdən 0.0658 ha-dək hissəsi bələdiyyə və 0.10 ha-dək hissəsi Reyestr nömrəsi **********774-10301 saylı çıxarışla İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-479/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ünvan 5 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə bitişik və küçǝyǝyǝ doğru istiqamətdə (səkidə) olan 26.25 sahəsi (üçbucaq şəklində) İddiaçı istifadəsindədir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yanında 35/10 kV Şəmkir ll y/st-dan çıxan, 10kV 6-cı Şəhər hava xəttindən qidalanan ******* inventar nömrəli 63 kVA TM yerləşdirilmiş, iddiaçı cavabdeh orqana sözügedən transformator məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, sonuncu bundan həmin ərazidə müvafiq torpaq sahəsinin olmamasını əsas gətirərək imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydalarına görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinin «b» yarımbəndinə əsasən mühafizə zonasıgərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir. “Energetika haqqında” Qanunun 10-cu maddəsinə əsasən, Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsirin təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılmasına və ya tam dayandırılmasına yönəlmiş tədbirlər həyata keçirmək hüququ vardır. “Elektroenergetika haqqında” Qanunun 12-ci maddəsinə əsasən, Elektroenergetika obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Elektroenergetika obyektlərinin yerləşdiyi ərazidə ətraf mühitin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mühafizə zonaları müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il tarixli, 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 2.5.2.29-cu maddəsinə əsasən, yağın təzyiqinin atılması qurğularının işləməsi, işlənmiş qaz borusundan yağın atılması (əgər mühafizənin təsirindən açılmayıbsa); transformatorda yanğının baş verməsi, yağqəbuledicidə yağ qalıqlarının alışması və yanğının mövcud vasitələrlə söndürülməsinin mümkünsüzlüyü, güclü yağ sızması yarandıqda, transformatorun (reaktorun) daxilində anormal, daim artan küy və ya kənar səslərin yaranması, insan həyatına təhlükə yarandıqda transformatorun (reaktorun) qəza açılması olmalıdır. Göründüyü kimi, cavabdeh orqan sözügedən transformatorun yerinin dəyişdirilməməsi səbəbi kimi həmin ərazidə müvafiq torpaq sahəsinin olmamasını əsas gətirsə də, Şəmkir Bələdiyyəsinin 4/419 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin cənub tərəfindəki, bələdiyyə mülkiyyətində olan sahə transformatorun sanitar, texniki təhlükəsizlik mühafizə sahəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin Şəmki Rayon İcra Hakimiyyəti başçısının Aparatının, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Şəmkir Bələdiyyəsinin, X8 Təchizat Satış İdarəsinin yuxarıda qeyd edilən məktublarının məğzindən də aydın olur ki sözügedən qurumlar həmin transformatorun başqa əraziyə köçürülməsinə etiraz etməmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan X3 məxsus ***-**-** transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Şəmkir şəhəri Şəmkir küçəsi 189 nömrəli fərdi yaşayış evinin hasarından ən azı 10 metr ara məsafəsi olmaqla başqa əraziyə köçürülüsün. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan həyati təhlükə yaradan X3 məxsus ***-**-** transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Şəmkir şəhəri Şəmkir küçəsi 189 nömrəli fərdi yaşayış evinin hasarından ən azı 10 metr ara məsafəsi olmaqla başqa əraziyə köçürülüsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-128/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-128/2025
23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver