Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1295/2023 30.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: X2 Cavabdeh: Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndəsi X4 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01–10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsinin həmin torpaq sahəsindəki fərdi yaşayış evi yerləşən hissəsindən naturada ayırılıb ona təhvil verilməsi, cavabdehlərin həmin hissədən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsi onun və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsinin 0.16 ha hissəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına qeyd edilmişdir. Hazırda o, özünə məxsus fərdi yaşayış evini və torpaq sahəsini ayrıca istifadə etmək istəyir. Lakin cavabdehlər 0.32 ha torpaq sahəsinin ümumilikdə özlərinə məxsus olmasını bildirərək ona əmlakından sərbəst şəkildə istifadə etməyə imkan vermirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Belə ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payına düşən hissənin naturada ayrılıb ona təhvil verilməsini və cavabdehlərin həmin hissədən çıxarılmasını istəyir. Odur ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01–10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsinin həmin torpaq sahəsindəki fərdi yaşayış evi yerləşən hissəsindən naturada ayırılıb ona təhvil verilməsi, cavabdehlərin həmin hissədən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01– 10301 reyestr nömrəli Çıxarış əsasında onun və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsinin 0.16 ha hissəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına qeyd edilmişdir. Lakin o, hazırda mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə edə bilmir. Belə ki, cavabdehlərdən onun payına düşən hissənin naturada ayrılmasını tələb etsə də, cavabdehlər razı olmamışlar. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01–10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsinin həmin torpaq sahəsindəki fərdi yaşayış evi yerləşən hissəsindən naturada ayırılıb ona təhvil verilməsi, cavabdehlərin həmin hissədən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndəsi X6 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli Çıxarış əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Hazırda həmin torpaq sahəsindən iddiaçının payının ayrılmasına etiraz etmir. Lakin qeyd edir ki, iddiaçı məhkəmədən kənar qaydada cavabdehlərə müraciət etsəydi, cavabdehlər yenə də torpaq sahəsinin naturadan ayrılmasına razı olardılar. Belə olan halda hesab edir ki, məhkəmədə iddia qaldırılması əsassız olmuşdur. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01– 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə X2, 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsi X2, 0.08 ha hissəsi Cavabdeh1 və 0.08 ha hissəsi Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İşdə olan xx.xx.2022–ci il tarixli 504–15–356 inventar nömrəli Texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli Çıxarış əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsindən iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən naturada bölgü iddiaçının payına uyğundur. Qeyd olunan 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsinin torpaq sahəsindəki fərdi yaşayış evi yerləşən hissəsindən iddiaçı X2 payının naturada ayrılması texniki cəhətdən mümkündür. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 3–16–16/2– 10/6100 nömrəli rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli Çıxarış əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsindən iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən naturada bölgü iddiaçının payına uyğundur. Qeyd olunan 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsinin torpaq sahəsindəki fərdi yaşayış evi yerləşən hissəsindən iddiaçı X2 payının naturada ayrılması texniki cəhətdən mümkündür. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə X2, 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsi X2, 0.08 ha hissəsi Cavabdeh1 və 0.08 ha hissəsi Cavabdeh2 adına qeyd edilmişdir. Tərəflər torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçının ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Eyni zamanda iddiaçının payının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan mübahisəli torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərə və ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, onun mübahisəli torpaq üzərindəki ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsaslanan mülkiyyət hüququ qeydə alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin mübahisəli sahəyə mövcud olan hüquq müəyyənedici sənədi, yəni ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” mülkiyyət hüququna dair sənəddir və iddiaçının həmin sənədlə təsbit olunmuş hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqlara malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.1–ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, iddiaçının tələbi əsaslı olması üçün mübahisəli torpaq sahəsi ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması mümkün olmalı, həmçinin torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması onun təyinatına tənasübsüz zərər vurmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını tələb etmişdir. Lakin iddiaçının payının ayrılmasına dair cavabdehlər razılıq verməmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5–ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2–ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı payına düşən torpaq sahəsinin naturada ayrılmasını tələb edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2–ci maddəsinə əsasən iddiaçının özünün payının ümumi mülkiyyətdə olan paydan ayrılmasını tələb etmək hüququ vardır. Həmin payın ayrılması onun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq mülkiyyəti üzərində sərbəst sahiblik etmək və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən iddiaçının qorunan mülkiyyət hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbi əsaslıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payı həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılsın, iddiaçı X3 təhvil verilsin və cavabdehlər həmin hissədən çıxarılsın. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat məbləğində pul alınıb iddiaçı X3 verilsin. İddiaçı X1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1295/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1295/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver