Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1308/2023 04.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi X4 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əmisi X2 miras qalmış, Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, X9 onun əmisi olmuş və X12 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahdan uşaqları doğulmamışdır. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002–ci il tarixli 06/15 saylı qərarı ilə əmisi X5 və arvadı X6 ümumi birgə mülkiyyətinə Şəmkir rayonu, Qasım İsmayılov kəndi ərazisində 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN–504 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Əmisinin arvadı X12 xx.xx.2006–cı il tarixdə, əmisi X9 isə xx.xx.2022–ci il tarixdə vəfat etmişlər. Əmisinin övladı olmadığından o, ölən günədək əmisi ilə birlikdə yaşamış, onun qayğısını çəkmiş və birgə təsərrüfat aparmışlar. Bu səbəbdən əmisi sağlığından bütün əmlakını xx.xx.2018–ci il tarixli vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. Əmisinin vəfatından sonra yeganə vərəsə o, qalmış və ondan miras qalan əmlakı faktiki qəbul edərək idarə etmişdir. Hazırda miras əmlaka dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəmiş, bununla bağlı 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün həmin orqan bundan imtina etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunaraq, mərhum əmisi X2 miras qalmış, Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi X10 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002–ci il tarixli 06/15 saylı qərarı ilə təmsil etdiyi şəxsin əmisi X5 və arvadı X6 ümumi birgə mülkiyyətinə Şəmkir rayonu, Qasım İsmayılov kəndi ərazisində 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN–504 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. X12 xx.xx.2006–cı il tarixdə, X9 isə xx.xx.2022–ci il tarixdə vəfat etmiş, onların birgə nikahdan uşaqları doğulmadığından yeganə vərəsə Ərizəçi olmuşdur. Həmçinin, mərhum X1 bütün əmlakını xx.xx.2018–ci il tarixli vəsiyyətnamə əsasında ərizəçiyə vəsiyyət etmişdir. Əmisinin vəfatından sonra təmsil etdiyi şəxs ondan miras qalmış torpaq sahəsini faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün notariat orqanı ona miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxslər ünvan 2 Ofisinə və 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ünvan 2 Ofisinin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, xx.xx.1956–cı il tarixdə Şəmkir rayonu, Qasım İsmayılov kəndində doğulmuş, hazırda da həmin kənddə yaşayır. Ərizəçi onun həmkəndlisi olmaqla, həm də qonşusudur. Həqiqətən ərizəçinin əmisi X9 onunla birlikdə yaşamış, ölən günədək əmisinə Faiq baxmış, onun bütün tələbatlarını qarşılamışdır. Osman Mustafayevin evliliyindən uşağı doğulmamış, arvadı Sevda 2006–cı il tarixdə, özü isə 2022–ci il tarixdə vəfat etmişdir. Onun yas və dəfn xərclərini də Faiq çəkmişdir. Osman Mustafayevin vəfatından sonra ondan qalmış torpaq sahəsini ərizəçi idarə edərək, əkib–becərmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 şahid X13 ilə eyni məzmunlu ifadə verərək. onun göstərdiyi halları təsdiq etdi. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X12 arasında xx.xx.1979–cu il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan JN–0504 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”ndan görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002–ci il tarixli 06/15 saylı qərarı ilə X7 və X8 Şəmkir rayonu, Qasım İsmayılov kəndində 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2018–ci il tarixli 2V–558 saylı vəsiyyətnamədən görünür ki, X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qardaşı oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X12 xx.xx.2006–cı il tarixdə, X9 xx.xx.2022–ci il tarixdə vəfat etmişlər. İşdə olan Şəmkir RİHB–nin Ağlavaşlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli, 106 saylı arayışdan görünür ki, X12 vəfat edən günədək Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşamış, vəfat etdikdən sonra ailə üzvü kimi mərhum əri X9 qalmışdır. İşdə olan 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnamə verilməsindən imtina edilmiş və ona miras əmlakın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan ünvan 2 Ofisinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, X2 miras qalmış əmlaka dair hər hansı notariat hərəkəti həyata keçirilməmişdir. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023–cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X5 uşaqları barədə məlumat aşkar edilməmiş, xx.xx.1979–cu il tarixdə X12 ilə rəsmi nikah bağlamış, X12 xx.xx.2006–cı il tarixdə, X9 xx.xx.2022–ci il tarixdə vəfat etmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2022–ci il tarixdə vəfat etmiş mərhum X9 ərizəçinin əmisi olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, mərhum X2 Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X2 qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1–ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X2 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin, mərhum X5 arvadı X12 xx.xx.2006–cı il tarixdə vəfat etmiş, onların birgə nikahdan uşaqları doğulmamışdır. X9 isə sağlığında bütün əmlakını xx.xx.2018–ci il tarixli vəsiyyətnamə əsasında ərizəçiyə vəsiyyət etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum X2 qalmış mirası, onun ölümündən sonra qardaşı oğlu Ərizəçi miras torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməklə faktiki olaraq qəbul etdiyindən mübahisəli miras əmlakdan pay almaq hüququ ona keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi, mərhum əmisi X2 miras qalmış, JN–0504 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1308/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1308/2023
04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver