Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-132/2025 24.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Üçüncü şəxs: "xxxx" ASC–nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC–yə qarşı kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin və həmin xəttin daşıyıcı dirəklərinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC–yə qarşı kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin və həmin xəttin daşıyıcı dirəklərinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2007–ci il tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin və həmin xəttin daşıyıcı dirəklərinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı müvafiq VÖEN–ə malikdir. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2007–ci il tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1.379954 ha torpaq sahəsi kənd təsərrüfat təyinatlı olmaqla, istifadə növü əkin üçün nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçı və üçüncü şəxsin nümayəndəsi hazırki mülki işə Şəmkir Rayon Məhkəməsində baxılmasını xahiş etdilər. Cavabdeh ASC–yə və üçüncü şəxs Şəmkir rayonu Çənlibel kənd Bələdiyyəsinə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2007–ci il tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmiş, məqsədli istifadə növü əkin üçün nəzərdə tutulmuşdur. İşdə olan və “Elektron Məhkəmə” X1 görünür ki, İddiaçı xx.xx.2006–cı il tarixdı vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona ********** VÖEN verilmiş, fəaliyyəti müvəqqəti dayandırılmışdır. Göründüyü kimi İddiaçı vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona VÖEN verilmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi də kənd təsərrüfat təyinatlı olmaqla, istifadə növü əkin üçün nəzərdə tutulmuşdur. Bu isə ona dəlalət edir ki, həmin iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ASC–ni cavabdeh qismində işə cəlb etmiş, eləcə də, sonradan məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh olan "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. Hazırki Cavabdeh ASC və əvəz edilməsi xahiş edilən "xxxx" ASC isə hüquqi şəxs statusuna malikdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir Məhkəmə müəyyən etmişdir ki, iddiаçı İddiaçı Cavabdeh ASC–yə qarşı kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin və həmin xəttin daşıyıcı dirəklərinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair hazırkı mübahisə sаhibkаrlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı оlаn mübаhisədir. Bu mübаhisə subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə аlınmаqlа, Mülki Prosessual Məcəllənin 24.2–ci maddəsinin tələbinə uyğun оlаrаq kоmmersiyа mübаhisələrinə аiddir və aidiyyəti üzrə kоmmersiyа məhkəməsində bаxılmаlıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan hazırki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 24.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmçinin, MPM–in 26.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30–cu maddəsinə əsasən bir–biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020–ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 11–ci bəndində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 1–ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM–in istinad olunan 1–ci, habelə 25 və 26–cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46–1–ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019–cu il 9 iyul tarixli 1632–VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7–ci bəndinə əsasən bu Sərəncamın 1–3–cü hissələri 2020–ci il yanvarın 1–dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020–ci il yanvarın 1–dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 32.5–ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21–ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 44.2.2–ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 403–1.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403–1.3–cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1–407.3–cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 403–1.5–ci maddəsinə əsasən şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, eləcə də iddiaçı müvafiq VÖEN–ə malik olmaqla, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, İddiaçı Cavabdeh ASC–yə qarşı kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin və həmin xəttin daşıyıcı dirəklərinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 35, 44, 45 və 263–264 və 267–268–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh ASC–yə qarşı kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin və həmin xəttin daşıyıcı dirəklərinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(076)-132/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-132/2025
24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver