Məhkəmə qərarları › İş №2(076)-1345/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1345/2024

06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1345/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDKnin yanında DƏDK və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ƏMDX-inin DƏDRX X8 17 avqust 2023-cü il tarixli ********** saylı çıxarışda göstərilən onlara məxsus Şəmkir rayonu Qapanlı kənd inzibati ərazisində yerləşən mülkiyətlərində olan 0.55 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Şəmkir Rayon Qapanlı kəndinin inzibati ərazisində yerləşən 0.55 ha torpaq sahəsi Şəmkir rayon ƏMDX-inin DƏDRX-i X9 tərəfindən 17 avqust 2023-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair çıxarış əsasında onların mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların razılıqları olmadan özbaşına zəbt edilmiş və həmin torpaq sahəsində özbaşına istifadə etmişdir. Hazırda həmin sahədən istifadə edirlər. Cavabdehlərlə həmin torpaq sahəsinin boşaldılması üçün etdiyi danışıqların heç bir nəticəsi olmamışdır. Dəfələrlə cavabdehlərə həmin torpaq sahəsindən çıxmasını xəbardarlıq etsə də heç bir nəticə olmamışdır. Cavabdehlər torpaq sahəsinin boşaldılmasından imtina edirlər. Odur ki, mülki mübahisənin həll edilməsi üçüm məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 tərəfindən ƏMDX-inin DƏDRX X8 17 avqust 2023-cü il tarixli ********** saylı çıxarışda göstərilən onlara məxsus Şəmkir rayonu Qapanlı kənd inzibati ərazisində yerləşən mülkiyətlərində olan 0.55 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini müdafiə etdiklərini onun məzmununa uyğun izahatlar verib və iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirir ki, qeyd olunan torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsinin ortasında ona məxsus torpaq sahəsi var. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Şəmkir rayon Qapanlı kənd Bələdiyyə sədri X6 izahatında bildirir ki, tərəflər arasında olan mübahisələr Qapanlı kənd sakinlərinin ümumi problemidir. Çünki torpaq ölçüsü elektron qaydada keçirildiyi üçün anlaşılmazlıqlar ortaya çıxır. Belə ki, elektron xəritə ilə əvvəl iddiaçılara verilmiş sənədlər arasında fərqlər var. İddiaçılara məxsus torpaq sahələrinin arasında cavabdehlərə məxsus bölünmüş və kiçik torpaq sahəsi yerləşir. Bu da torpaq sahələrində sürüşmələr olacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı4, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya **********49 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 321-3-40/2-14-0509-39/23 nömrəli məktubundan görünür ki, **********49 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 məxsus 0.55 ha torpaq sahəsinin Elektron Uçot məlumatlarına əsasən döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. İş materiallarında olan JN-335 KOD 50407038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 İskəndər oğluna verilmişdir. İş materiallarında olan JN-337 KOD 50407038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X2, Cavabdeh2, X1 və X3 verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli, **********24 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3895 saylı ekspertiza rəyindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətində olan 0.55 ha torpaq sahəsi bütünlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü mad). Mülki Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (MM 146.3). Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (MM 180.4). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onların adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir və onlar həmin torpaq sahəsinin qanuni sahibidir və oların həmin torpaq sahəsindən öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehlərin hər hansı bir hüquqularının olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olmasını, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarışda göstərilən torpaq sahəsi 0.55 ha cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçıların öz mülkiyyət hüquqları ilə onlara məxsus olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar