Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1391/2024 13.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının İddiaçılar X2 və X1 cavabdehlərə Cavabdeh1 və X3 qarşı «mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikintilərin sökülməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçılar X5 və X4 cavabdehlərə Cavabdeh1 və X3 qarşı «mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikintiləri sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsində iddiaçıların adı X5 və X4 göstərilsə də iddia ərizəsi iddiaçılar tərəfindən deyil, heç bir prosessual statusu müəyyən edilməyən müvafiq olaraq “İddiaçı” və “X6” tərəfindən imzalanmışdır. İddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. İddia ərizəsinin mülki-prosessual qanunvericiliyə uyğun olaraq səlahiyyəti müəyyən edilməmiş şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar X2 və X1 cavabdehlər Cavabdeh1 və X3 qarşı «mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikintiləri sökülməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1391/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1391/2024
13.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver