Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-143/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi ilə Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı (3-cü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə) torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (3-cü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə) torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Ağlavaşlı (keçmiş Qasım İsmayılov) kəndində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mənim doğma qardaşıdır. Ona mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonunun Qasım İsmayılov hazırda Ağlavaşlı kəndi ərazisində yerləşən 0.53 ha dövlət pay torpaq sahəsini zəbt edib və həmin torpaq sahəsindən onun razılığı olmadan istifadə edir. Qeyd olunan torpaq sahəsi Şəmkir rayon Aqrar islahat Komissiyasının 05 fevral 2002-ci il tarixli 6/15 saylı qərarı ilə onun mülkiyyətimə verilib. Bir dəfə cavabdehdən zəbt etmiş olduğu torpaq sahəsindən çıxmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və 3-cü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılsa da Cavabdeh və 3-cü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etdi. Məhkəmə, izahatları dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0476 saylı, kod 50408018 nömrəli Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, Şəmkir rayonu, Qasım İsmayılov kənd sakini İddiaçı 05 fevral 2002-ci il tarixli 06/15 saylı qərarı ilə 0,53 hektar kənd təsərrüfatlı məsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Mülki işdə olan 23 avqust 2023-cü il tarixli, 10/3302 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, JN-0476 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət aktı əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət akt JN-0476 saylı, kod 50408018 nömrəsi ilə iddiaçı X2 Şəmkir rayon Qasım İsmayılov kəndi ərazisində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyi ilə mübahisələndirilən 0,53 ha torpaq sahəsinin 0,49 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Ona görə də iddiaçı torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh isə iddianı təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət akt JN-0476 saylı, kod 50408018 nömrəli Dövlət aktı əsasında Şəmkir rayonu, Qasım İsmayılov kəndi ərazisində yerləşən İddiaçı verilmiş 0.53 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,49 ha-dək hissəsi zəbtdən azad olunmalıdır. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X3 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsə də bu məsələyə yuxarıda göstərilən qaydada X3 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət akt JN-0476 saylı, kod 50408018 nömrəli Dövlət aktı əsasında İddiaçı mülkiyyətində olan 0.53 ha torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Republikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllənin və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarında göstərilən hüquqi mövqeyə görə mülki işə baxan məhkəmə formal həqiqəti müəyyən edir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı məxsus Şəmkir rayonu Qasım İsmayılov kəndi ərazisində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunmuş 0.49 ha-dək hissəsi Cavabdeh zəbtindən azad edilməli və İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. JN-0476 saylı, kod 50408018 nömrəli Dövlət Aktı əsasında Şəmkir rayonu, Qasım İsmayılov kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.53 ha kənd təsərrüfatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.49 ha-dək hissəsi zəbtdən azad olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-143/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-143/2023
06.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver