Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1452/2023 17.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Şəmkir Bələdiyyəsi Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bununla belə Şəmkir Bələdiyyəsinin sədri məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndəsinin ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını hərtərəfli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasını tələb etməsində qanuna zidd hal müəyyən olunmur və bu hal hər hansı başqa şəxslərin hüquq və mənafelərinə toxunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170, 263, 264, 267 və 268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbtdən azad edilməsi olma tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1452/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1452/2023
17.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver