Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1531/2025 04.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə qarşı 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı tələb olunan məlumatların verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdim: İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı tələb olunan məlumatların Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərəzi Filialına verilməsi vəzifəsinin “Şəmkir rayon Mərkəzi Xətəxanası” publik hüquqi şəxsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizə düzgün tərtib edilmədiyindən iddia ərizəsi və oa əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı “Şəmkir rayon Mərkəzi Xətəxanası” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərəzi Filialına 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı tələb olunan məlumatların verilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən iddia tələbində məlumatların verilməsi vəzifəsinin “Şəmkir rayon Mərkəzi Xətəxanası” publik hüquqi şəxsinə həvalə edilməsi qeyd edilsə də “Şəmkir rayon Mərkəzi Xətəxanası” publik hüquqi şəxsi iddia ərizəsində cavabdeh kimi qeyd edilməmişdir. Hazırkı əsaslarla iddia iddia ərizəsi geri qaytarılmalı və ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə qarşı 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı tələb olunan məlumatların verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə qarşı “2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı tələb olunan məlumatların verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1531/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1531/2025
04.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver