Məhkəmə qərarları › İş №2(076)-154/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-154/2024

02.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-154/2024 02.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş təminatların ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş təminatların ödənilməsi” tələbinə dair iddia qaldıraraq, mərhum anası X4 peşə fəaliyyətini yerinə yetirən zaman vəfat etməsinə görə cavabdehdən 10 aylıq əmək haqqı məbləğində müavinatın, sosial sığorta pulunun, istifadə etmədiyi məzuniyyət pullarının, son haqq-hesabının, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxx 1991-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. X3, anası X6r. Anası ilə atası 1979-cu ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1987-ci il təvəllüdlü X14 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adlı uşaqları doğulmuşdur. X21 2017-ci ildə vəfat etmişdir. X17 Çoban qızı 20 iyul 2022-ci ildə iş vaxtı avtomaşınla vurulmuşdur. Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılmış, 20 iyul 2022-ci il tarixli qərarı ilə cinayət işi başlanılmış və araşdırma zamanı aşkar olunmuşdur ki, anası Telnaz Qasımova iş vaxtı avtomaşınla vurulmuş və o, almış olduğu xəsarətlərdən vəfat etmişdir. Mərhum anası QasımovaTelnaz Çoban qızı 1993-cü ildən 20 iyul 2022-ci il tarixə -vəfat edən günə kimi Şəmkir rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işləmişdir. Hadisə baş verən vaxt mərhum anası həmin ərazini təmizləmişdir. Hadisə baş verən ərazi anasının təmizlik işləri apardığı ərazidir. Baş vermiş hadisə ilə bağlı Şəmkir rayon Polis Şöbəsində fakta görə cinayət işi başlanılmış və Şəmkir rayon Polis Şöbəsinin 18 noyabr 2022-ci il tarixli, ********* saylı qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Mərhum anası işlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmiş, həmişə nümunəvi və intizamlı davranışı ilə fərqlənmişdir. Anasının vəfatından sonra o və qardaşı anasında qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışlar.Cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatı mərhum anasının iş yeri olaraq qayda pozuntularına yol vermiş, onun ölümnüdən sonra onun hüquqlarını kobudluqla pozmuşdur. Belə ki, anası iş zamanı vəfat etdiyi üçün müqaviləsinə xitam verilmişdir. Bu zaman mərhum anasına 10 aylıq əmək haqqı məbləğində müavinət, son haqq-hesab və sığorta pulu ödənilməli olmuş, lakin həmin pullar ödənilməmişdir. Cavabdeh mərhum anasının ölümünü aidiyyatı orqanlardan gizlətmiş, bununla da onun sosial müdafiə hüquqlarını kobudluqla pozaraq, bir çox təminatlardan məhrum etmişdir. Sonradan cavabdeh tərəfindən ona anasının aylıq əmək haqqının 3 misli miqdarında 961 manat məbləğində müavinət ödənilmişdir. Lakin, hesab edir ki, həmin müavinət əmək haqqının 10 misli miqdarında olmalıdır. Həmçinin, mərhum anası işlədiyi müddətdə heç vaxt məzuniyyətdən istifadə etməmişdir. Buna baxmayaraq, anasının istifadə etmədiyi məzuniyyət pulları ona ödənilməmişdir. Ona görə də o hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi X9 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, iddiaçının mərhum anası X1 rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2005-ci il tarixli, 6 nömrəli əmri ilə həmin Müəssisəyə xidmətçi işinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin "xxxx" bəndinə əsasən vəfat etdiyinə görə xx.xx.2022-ci il tarixdən işdən azad edilmişdir. X15 rayon Kommunal Müəssisələr Kombinatında işlədiyi müddətdə hər il əmək məzuniyyətindən istifadə etmiş və 2022-ci ilin hesabına istifadə etmədiyi əmək məzuniyyətinin 3 misli məbləğində kompensasiya onun ölümündən sonra qızı İddiaçı ödənilmişdir. Telnaz Qasımovanın iyul ayı üçün qalıq əmək haqqısı da 175.36 manat iddiaçının hesabına ödənilmişdir. İddiaçının tələb etdiyi sosial sığorta pulunun ödənilməsi isə Şəmkir rayon Kommunal Müəssisələr Kombinatının səlahiyyətinə aid deyildir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.1991-ci ildə doğulmuşdur, atası kimi X12, anası kimi X7 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 20 iyul 2022-ci ildə ölmüşdür. İş materiallarında olan 2V-121 reyestr nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, həmin qərarla X4 ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsinin baş verməsinə görə başlanmış ********* nömrəli cinayət işi üzrə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2005-ci il tarixli, 6 nömrəli əmri ilə həmin Müəssisəyə xidmətçi işinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 74.e bəndinə əsasən vəfat etdiyinə görə xx.xx.2022-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2023-cü il tarixli, 122 nömrəli arayışından görünür ki, X7 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Şəmkir rayon Kommunal Müəssisələri Kombinatında xidmətçi vəzifəsində işləmiş, X4 əmək müqaviləsinə (vəfat etdiyi üçün) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin "xxxx" bəndinə əsasə xitam verilmişdir. İş materiallarında olan Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2023-cü il tarixli, 120 nömrəli arayışından görünür ki, X4 2021-ci ilin avqust ayından 2022-ci ilin avqust ayınadək olan orta aylıq əmək haqqı 286 manat təşkil etmişdir. İş materiallarında olan Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli, 151 nömrəli arayışından görünür ki, X4 iyul ayı üçün əmək haqqı qalığı 175.36 manat İddiaçı kartına, istifadə etmədiyi məzuniyyətin kompensasiyası isə 227.40 manat olmaqla mərhumun əmək haqqı kartına köçürülmüşdür. İş materiallarında olan 9 nömrəli xx.xx.2009-cu il tarixli əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi Hacıyeva Telnazın xx.xx.2009-cu il tarixdən növbəti əmək məzuniyyətinə buraxılması əmr verilmişdir. İş materiallarında olan 2 nömrəli xx.xx.2009-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi Hacıyeva Telnazın xx.xx.2009-cu il tarixdə məzuniyyət müddəti qurtardığına görə işdə hesab edilməsi əmr verilmişdir. İş materiallarında olan 28 nömrəli xx.xx.2013-cü il tarixli əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi Hacıyeva Telnazın xx.xx.2013-cü il tarixdən növbəti əmək məzuniyyətinə buraxılması əmr verilmişdir. İş materiallarında olan 42 nömrəli xx.xx.2013-cü il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi Hacıyeva Telnazın xx.xx.2013-cü il tarixdə məzuniyyət müddəti qurtardığına görə işdə hesab edilməsi əmr verilmişdir. İş materiallarında olan 262 nömrəli xx.xx.2019-cu il tarixli əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xidmətçisi X4 xx.xx.2019-cu il tarixdən öz ərizəsinə əsasən 2018-ci ilin hesabına 21 təqvim günü məzuniyyətə buraxılması əmr verilmişdir. İş materiallarında olan 304 nömrəli xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xidmətçisi X4 xx.xx.2019-cu il tarixindən məzuniyyət müddət başa çatdığı üçün işdə hesab edilməsi əmr verilmişdir. İş materiallarında olan 203 nömrəli xx.xx.2019-cu il tarixli əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xidmətçisi X4 xx.xx.2019-cu il tarixdən öz ərizəsinə əsasən 21 təqvim günü məzuniyyətə buraxılması əmr verilmişdir. İş materiallarında olan 222 nömrəli xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xidmətçisi X4 xx.xx.2019-cu il tarixindən məzuniyyət müddət başa çatdığı üçün işdə hesab edilməsi əmr verilmişdir. İş materiallarında olan 142 nömrəli xx.xx.2020-ci il tarixli əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixi daxil olmaqla 25 təqvim günü hesablanaraq növbəti əmək məzuniyyətinə buraxılması əmr verilmişdir. İş materiallarında olan 189 nömrəli xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi X4 xx.xx.2020-ci il tarixindən növbəti əmək məzuniyyətinin müddət başa çatdığı üçün işdə hesab edilməsi əmr verilmişdir. İş materiallarında olan 129 nömrəli xx.xx.2021-ci il tarixli əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi daxil olmaqla 27 təqvim günü hesablanaraq növbəti əmək məzuniyyətinə buraxılması əmr verilmişdir. İş materiallarında olan 176 nömrəli xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi X4 xx.xx.2021-ci il tarixindən növbəti əmək məzuniyyətinin müddət başa çatdığı üçün işdə hesab edilməsi əmr verilmişdir. İş materiallarında olan Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının ximdətçisi X4 məzuniyyət qrafikindən görünür ki, Hacıyeva (Qasımova) Telnaz Çoban qızı xx.xx.2005-ci ildə Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul edilmiş, xx.xx.2006-cı ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2006-cı ildə məzuniyyətdən qayıtmış, xx.xx.2007-ci ildə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2009-cu ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2009-cu ildə məzuniyyətdən qayıtmış, xx.xx.2010-cu ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2010-cu ildə 21 təqvim günü məzuniyyətə buraxılmış, xx.xx.2011-ci il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2013-cü il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2013-cü il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2014-cü il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2015-ci il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2016-cı il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2017-ci il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2019-cu il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2019-cu ildə məzuniyyətdən qayıtmış, xx.xx.2019-cu ildə 2018-ci ilin hesabına 21 təqvim günü məzuniyyətə buraxılmış, xx.xx.2019-cu il tarixdə qayıtmış, xx.xx.2020-ci ildə əlavə məzuniyyətə buraxılmış, xx.xx.2020-ci ildə 25 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2020-ci ildə məzuniyyətdən qayıtmış, xx.xx.2021-ci il tarixdə 27 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2021-ci il tarixdə məzuniyyətdən qayıtmış, xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə işdən azad edilmişdir. İş materiallarında olan Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli pul köçürməsindən görünür ki, X4 ******************** saylı hesabına Müəssisə tərəfindən 227.40 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 203 nömrəli Ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, A218 nömrəli arayışa əsasən X4 175.36 manat əmək haqqısı qızı İddiaçı ödənilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, X2 rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2005-ci il tarixli, 6 nömrəli əmri ilə həmin Müəssisəyə xidmətçi işinə qəbul edilmişdir. X7 20 iyul 2022-ci il tarixdə avtomobil vurması nəticəsində vəfat etmişdir. Telnaz Qasımova vəfat etdiyi üçün Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul edilmiş, xx.xx.2006-cı ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2006-cı ildə məzuniyyətdən qayıtmış, xx.xx.2007-ci ildə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2009-cu ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2009-cu ildə məzuniyyətdən qayıtmış, xx.xx.2010-cu ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2010-cu ildə 21 təqvim günü məzuniyyətə buraxılmış, xx.xx.2011-ci il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2013-cü il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2013-cü il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2014-cü il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2015-ci il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2016-cı il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2017-ci il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2019-cu il tarixdə 21 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2019-cu ildə məzuniyyətdən qayıtmış, xx.xx.2019-cu ildə 2018-ci ilin hesabına 21 təqvim günü məzuniyyətə buraxılmış, xx.xx.2019-cu il tarixdə qayıtmış, xx.xx.2020-ci ildə əlavə məzuniyyətə buraxılmış, xx.xx.2020-ci ildə 25 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2020-ci ildə məzuniyyətdən qayıtmış, xx.xx.2021-ci il tarixdə 27 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2021-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. X4 iyul ayı üçün əmək haqqı qalığı 175.36 manat vərəsəsi İddiaçı kartına, istifadə etmədiyi məzuniyyətin kompensasiyası isə əmək haqqının 3 misli məbləğində 227.40 manat olmaqla Telnaz Qasımovanın əmək haqqı kartına köçürülmüşdür. Hazırda İddiaçı mərhum anası X4 peşə fəaliyyətini yerinə yetirən zaman vəfat etməsinə görə cavabdehdən 10 aylıq əmək haqqı məbləğində müavinatın, sosial sığorta pulunun, istifadə etmədiyi məzuniyyət pullarının, son haqqhesabının, 500 manat vəkil xidmət haqqının alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 304.2-ci maddəsinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən işçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçı mərhum anası X4 vəfatından sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Şəmkir rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən mərhum anasının hüququnun pozularaq, mərhum anası Telnaz Qasımovanın vəfat etməsinə görə ona 10 aylıq əmək haqqı məbləğində müavinatın, sosial sığorta pulunun, istifadə etmədiyi məzuniyyət pullarının, son haqq-hesabının ödənilmədiyini qeyd edərək, məhkəməyə müraciət etmiş olsa da, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının özünün izahatından və cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan isə mərhum X4 vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən onun vərəsəsi İddiaçı Qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqının üç misli miqdarında müavinət ödənildiyi, həmçinin, X8 rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi xx.xx.2005-xx.xx.2022-ci illər aralığında hər il üzrə məzuniyyət hüququndan istifadə etdiyi, 2022-ci il üçün istifadə etmədiyi məzuniyyətin kompensasiyası olan 227.40 manat pulun mərhum Telnaz Qasımovanın əmək haqqı kartına, X4 iyul ayı üçün əmək haqqı qalığı olan 175.36 manat pulun isə İddiaçı kartına ödənildiyi müəyyən edilir. Məhkəmə iddia tələbinin sosial sığorta pulunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı onun mərhum anasına sosial sığorta pulunun ödənilməli olduğunu bildirsə də, Əmək Məcəlləsinin 304-cü maddəsinin tələbindən göründüyü kimi cavabdeh Müəssisənin vəzifəsi işəgötürən olaraq əmək müqaviləsi bağlanan zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işçinin məcburi dövlət sosial sığorta olunmasını təmin etməkdən ibarət olmuşdur. Göründüyü kimi, Qanunvercilikdə sosial sığorta pulunun işəgötürən tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından iddiaçı öz tələbinin əsasını sübutetməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin, iddiaçı mərhum anası X4 vəfat etməsi ilə bağlı onun əmək müqaviləsinə xitam verilərkən Şəmkir rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən onun hüququnun pozulduğunu qeyd etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol verilməsi, eləcə də iddiaçının iddia etdiyi məsələlərlə bağlı hər hansı qanunvericiliyin pozulması halları aşkar olunmamşdırş Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddia tələbi X4 peşə fəaliyyətini yerinə yetirən zaman vəfat etməsinə görə cavabdehdən 10 aylıq əmək haqqı məbləğində müavinatın, sosial sığorta pulunun, istifadə etmədiyi məzuniyyət pullarının, son haqq-hesabının ödənilməsi hissədə təmin edilmədiyindən iddianın “500 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, QƏTETDi: İddiaçı cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş təminatların ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar