Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-160/2024 24.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh: Cavabdeh Üçüncü şəxs: Şəmkir şəhəri Mənzil İstismar Kontorunun rəisi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları ev ona üçüncü şəxs Şəmkir şəhər Mənzil İstismar Kontoru tərəfindən istifadə üçün verilmişdir. Cavabdeh onun qonşusudur. Onların hər ikisi üçüncü şəxsin mülkiyyətində olan mənzildən istifadə hüququ ilə istifadə edirlər. Hər ikisinin yaşadığı ev üçüncü şəxsin mülkiyyətindədir və evin yerləşdiyi həyət ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Cavabdeh ümumi birgə yaşayış qaydalarına əməl etmir. Bütün həyət sakinlərinin ümumi istifadəsində olan ərazidə qanunsuz tikililər inşa edib və bununla da bir həyət sakini olaraq birgə yaşayış qaydalarına əməl etmir. Bütün həyət sakinlərinin ümumi istifadəsində olan ərazidə qanunsuz tikililər inşa edib və bununla da bir həyət sakini olaraq birgə yaşayış qaydalarını pozur və ümumi istifadədə olan ərazidən istifadə qaydalarına məhdudiyyət yaradır. Ümumi istifadədə olan torpaq sahəsində cavabdehin inşa etmiş olduğu qanunsuz tikilini cavabdehin öz vəsaiti hesabına sökülməsini istəyir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh ümumi istifadədə olan ünvan 2 ünvanında yerləşən ümumi istifadədə olan torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. O özü həmin ünvanda deyil, ünvan 3 ünvanda onun ruhi xəstə qardaşı yaşayır. İddiaçının qeyd etdiyi kimi orada inşa edilmiş tikililər qanunsuz tikili deyildir, ümumiyyətlə həmin ünvanda heç bir qanunsuz tikili olmamışdır. İddiaçı onun qardaşının xəstəliyindən istifadə edib torpaq sahəsindən çıxartmaq istəyir. Ümumi istifadədə olan torpaqdan hər bir sakinə kömək sahə verilmişdir. Hazırda tikililərin sökülməsinə etiraz edir. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Şəmkir şəhəri Mənzil İstismar Kontorunun rəisi X3 verdiyi izahatında göstərdi ki, ünvan 4 ünvanda yerləşən mənzil ünvan 5 iyul 2023-cü il tarixli kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. İş üzrə tərəflər qonşudurlar. Onlar arasında ümumi istifadədə olan torpaq sahəsi ilə bağlı narazılıq vardır. Cavabdeh tərəfindən inşa edilmiş tikililər ümumi istifadədə olan torpaq sahəsindən istifadəyə iddiaçıya maneçilik törədir. Həmin tikililərin sökülməsinə etiraz etmir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir şəhər Mənzil İstismar Kontoru ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 116 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, həmin müqavilə əsasında ünvan 4 ünvanda yerləşən ünvan 6trdən, yaşayış sahəsi 49.40 kv. metrdən, köməkçi sahəsi 25.00 kv. metrdən ibarət 3 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün kirayəçisinin sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X6 tərəfindən veriilmiş Şəmkir rayonu Təzəkənd kənd İƏV üzrə nümayəndəliyin 1996-2000ci illərə dair təsərrüfatbaşına kitabının 1426 nömrəli təsərrüfatında ailə başçısı kimi X5 və oğlu X4 qeyd edilmişdir. Tərəflərin və mütəxəssisin iştirakı ilə 12 avqust 2024-cü il tarixdə məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış zamanı Şəmkir şəhər Mənzil İstismar Kontorunun baş mühəndisi X2 bildirmişdir ki, mübahisəli ərazi Mənzil İstismar Kontorunun balansındadır. Həmçinin, ərazidə inşa edilmiş qeyri-qanuni tikililərə onlar tərəfindən rəsmi sənəd verilməmişdir. Ərazidə inşa edilmiş hasar və darvaza da rəsmi sənədləşmə olmadan qeyri-qanuni inşa edilmişdir. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, ərazidə bir neçə tikili inşa edilmiş, hasar çəkilmiş və darvaza qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-4579/2024 saylı mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi və tikili xüsusi mülkiyyətdə olmadığı və Şəmkir Mənzil İstismar Kontorunun balansında və dövlət mülkiyyətinə məxsus torpaq sahəsi olduğu üçün (həmin torpaq sahəsinin iddiaçıya və cavabdehə heç bir aidiyyəti olmadığı üçün) sualları cavablandırmaq mümkün olmamışdır. Həmçinin, rəyə əlavə edilmiş Şəmkir rayonu Təzəkənd kəndi ərazisində mübahisələndirilən torpaq sahəsinin yerquruluşu planından çıxarışla İddiaçı iddia etdiyi və Cavabdeh istifadəsində olan 81.7096 kv.m yarımçıq tikilinin koordinatları və İddiaçı iddia etdiyi və Cavabdeh istifadəsində olan 0.0377 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir şəhər Mənzil İstismar Kontoru ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 116 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 74.40 kv. metrdən, yaşayış sahəsi 49.40 kv. metrdən, köməkçi sahəsi 25.00 kv. metrdən ibarət 3 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Həmin mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsi də Şəmkir şəhər Mənzil İstismar Kontorunun mülkiyyətində olmaqla mənzil kirayəçilərinin və ailə üzvlərinin ümumi istifadəsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ümumi istifadədə olan ərazidə qanunsuz tikililər inşa edib, ümumi istifadədə olan ərazidən istifadə qaydalarına məhdudiyyət yaratdığı üçün həmin tikililərin sökülməsini tələb edir. Cavabdeh məhkəmə araşdırması zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, ümumi istifadədə olan ərazidə onun tərəfindən qanunsuz tikili inşa edilmədiyini göstərsə də, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, (məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerli baxış və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından çıxarış) Cavabdeh tərəfindən ümumi istifadədə olan ərazidə 81.7096 kv.m yarımçıq tikili inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ümumi istifadədə olan mənzillərlə bağlı mübahisədir və həmin münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin kirayə müqaviləsindən irəli gələn hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15–ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir. Həmin Məcəllənin 66.3.1-ci maddəsinə əsasən yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin vəzifələrindən biridir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə İddiaçıla üçüncü şəxs Şəmkir şəhər Mənzil İstismar Kontoru arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında iddiaçı Mənzil Qanunvericiliyinin tələblərinə uyğun olaraq yaşayış sahəsinin kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququ əldə etdiyindən, cavabdeh isə ümumi istifadədə olan ərazidən istifadə qaydalarına məhdudiyyət yaradaraq icazəsiz və digər istifadəçilərə maneçilik törədən tikililər inşa etdirməklə, yaşayış sahəsindən təyinatı üzrə və Qanunvericiliklə müəyyən edilmiş hüdudlarda istifadə etmək kimi vəzifələrini pozduğundan iddiaçının cavabdehə qarşı ümumi istifadədə olan ərazidə inşa edilmiş qanunsuz tikililərin sökülməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Şəmkir şəhər Mənzil İstismar Kontorunun mənzil fonduna aid olan ünvan 2 ünvanında yerləşən ümumi istifadədə olan ərazidə Cavabdeh tərəfindən 81.7096 kv.m ölçüdə inşa edilmiş yarımçıq tikili cavabdehin vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Şəmkir Şəhər Mənzil İstismar Kontorunun mənzil fonduna aid olan ünvan 2 ünvanında yerləşən ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh tərəfindən 81.7096 kv.m ölçüdə inşa edilmiş yarımçıq tikili cavabdehin vəsaiti hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-160/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-160/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver