Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1617/2023 18.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı1 nümayəndəsi Nümayəndə Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh, vəkili Vəkil Üçüncü şəxs: Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə İlkin İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən 250 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, həmçinin vurulmuş 10.000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2002–ci il tarixli icarə müqaviləsi əsasında Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən hüquqi şəxs "xxxx" MMC–yə icarəyə verilmişdir. Həmçinin, cavabdeh də müvafiq VÖEN–ə malik olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi Nümayəndə göstərdi ki, mübahisəli torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən hüquqi şəxs "xxxx" MMC–yə icarəyə verilmişdir. Təmsil etdiyi şəxs də həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə olan halda işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin hazırlıq iclası zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh göstərdi ki, 14 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona müvafiq VÖEN verilmişdir. Belə ki, qeyd olunan torpaq sahəsini Şəmkir Rayon İcra Hakimiyyətindən xırdabuynuzlu heyvanları saxlamaq məqsədilə icarəyə götürmüşdür. Lakin cavabdeh həmin ərazini zəbt edərək özbaşına ferma inşa etmiş və bağ salmışdır. Bununla belə hazırki mülki işə Şəmkir Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 məhkəmənin hazırlıq iclası zamanı işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə işə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan www.taxes.gov.az saytından Çıxarışdan görünür ki, İddiaçı1 vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişdir. İşdə olan www.taxes.gov.az saytından Çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 35.0907 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC–nin istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 14.9389 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC–nin istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 382.0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh icarəyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2–ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmçinin, MPM–in 26.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30–cu maddəsinə əsasən bir–biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46–1–ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019–cu il 9 iyul tarixli 1632–VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7–ci bəndinə əsasən bu Sərəncamın 1–3–cü hissələri 2020–ci il yanvarın 1–dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020–ci il yanvarın 1–dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2–ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2–ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21–ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, yəni tərəflər müvafiq VÖEN–ə malik olmaqla, eləcə də, tərəflər mübahisəli torpaq sahəsini fermer təsərrüfatı yaratmaq məqsədilə icarəyə götürməklə, iddiaçı Meşə–CC” MMC–nin rəhbəri kimi hüquqi şəxs olduğundan, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, bununla da işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, ilkin İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263–264 və 267–268–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İlkin İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1617/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1617/2023
18.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver