Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-163/2025 01.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (həmçinin, Cavabdeh1) vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpağın ona təhvil verilməsi, cavabdehlərdən müştərək qaydada 4 il müddətində istilikxanaya görə vurduqları maddi zərərin əvəzi kimi 15.000 manat, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN–914 saylı Dövlət Aktı əsasında cavabdehlərə məxsus olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.92 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.26 ha hissəsini xx.xx.2006–cı il tarixdə notarial qaydada bağlanmış alqı–satqı müqaviləsi əsasında satın almışdır. 2006–cı il tarixdən 2019–cu il tarixədək torpaq sahəsi onun istifadəsində olmuşdur. Lakin cavabdehlər öz adlarına saxta yolla çıxarış aldıqdan sonra həmin torpaq sahəsində ona məxsus istilikxananı heç bir məhkəmə qərarı olmadan söküb zəbt etmişlər. Həmçinin, ona qarşı məhkəmədə iddialar qaldırmışlar. Nəticədə ona maddi və mənəvi ziyan vurmuşlar. O, cavabdehlərə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və onun iddiası təmin edilmişdir. Məhkəmə qərarından sonra mübahisəli torpaq sahəsinə görə öz adına çıxarış almışdır. Hazırda cavabdehlər ona məxsus torpaq sahəsindən könüllü çıxmaq istəmirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Həmçinin, cavabdehlər həmin torpaq sahəsində yerləşən isitilikxanadan və orada əkilmiş pomidor məhsulundan 4 il müddətində gəlir əldə etmiş, bununla da ona 15.000 manat məbləğində maddi, 5.000 manat məbləğində mənəvi ziyan vurmuşlar. Odur ki, xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpağın ona təhvil verilməsi, cavabdehlərdən müştərək qaydada 4 il müddətində istilikxanaya görə vurduqları maddi zərərin əvəzi kimi 15.000 manat, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpağın iddiaçıya təhvil verilməsi, cavabdehlərdən müştərək qaydada 4 il müddətində istilikxanaya görə vurduqları maddi zərərin əvəzi kimi 15.000 manat, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin 7 sot hissəsi bir neçə il əvvəl onun istifadəsində olmuşdur. Lakin 2024–cü il tarixdə məlum olmuşdur ki, həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bunu bildikdən sonra həmin torpaq sahəsindən çıxmış və oradan istifadə etməmişdir. Belə olan halda ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, vəkilin çıxışını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(102)– 3226/2023 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019–cu il tarixli 4Ə–2906 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 və Cavabdeh2 adına verilmiş xx.xx.2021–ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025–ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0776 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. Şəmkir rayonu, Keçili kəndində yerləşən və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunan 0.0776 ha torpaq sahəsində İddiaçı məxsus istilikxana yoxdur və cavabdehlər tərəfindən istifadə olunan ərazidə kişniş tərəvəz məhsulu əkilmişdir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2025–ci il tarixli 3–16–16/2– 10/2133–7/443/2025 nömrəli rəyindən görünür ki, xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0776 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. Şəmkir rayonu, Keçili kəndində yerləşən və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunan 0.0776 ha torpaq sahəsində İddiaçı məxsus istilikxana yoxdur və cavabdehlər tərəfindən istifadə olunan ərazidə kişniş tərəvəz məhsulu əkilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Lakin həmin torpaq sahəsinin 0.0776 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0776 ha hissəsi cavabdehlərin istifadəsində və sahibliyindədir. Halbuki, cavabdehlərin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0776 ha hissəsindən çıxarılmalı, torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddianın “cavabdehlərdən müştərək qaydada 4 il müddətində istilikxanaya görə vurduqları maddi zərərin əvəzi kimi 15.000 manat məbləğində pulun alınması” hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli torpaq sahəsində yerləşən isitilikxanadan və orada əkilmiş pomidor məhsulundan 4 il müddətində gəlir əldə etmələrini, bununla da ona 15.000 manat məbləğində maddi ziyan vurmalarını iddia etsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ 1 il əvvəl, yəni xx.xx.2024–cü il tarixdə qeydə alınmış, həmin tarixədək tərəflər arasında məhkəmə mübahisələri davam etmişdir. Bu hal isə cavabdehlərin 4 il müddətində iddiaçının mülkiyyətində olan torpaq sahəsindən gəlir əldə etməsini istisna edir. Bundan başqa əldə edilmiş ekspert rəyində göstərilmişdir ki, “Şəmkir rayonu, Keçili kəndində yerləşən və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunan 0.0776 ha torpaq sahəsində İddiaçı məxsus istilikxana yoxdur”. Bu hal isə bir daha onu deməyə əsas verir ki, cavabdehlərin istifadə etdiyi mövcud istilikxana olmamışdır. Belə olan halda cavabdehlərin isitilikxanadan və orada əkilmiş pomidor məhsulundan 4 il müddətində gəlir əldə etmələri təkzib edilir. Məhkəmə iddianın “mənəvi zərərə görə 5.000 manat məbləğində pulun” alınması hissəsini də əsaslı hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququnun pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 2–ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablada dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Göründüyü kimi qanunvericiliyin mənasından aydın olur ki, şəxsə mənəvi zərərə görə kompensasiya ödənilməsi nəzərdə tutulsa da, zərərçəkən şəxsin mənəvi sarsıntı və iztiraba məruz qalmasını sübut etməsi vacib şərt kimi önə çəkilmişdir. Qanunvericiliyin mənasına görə zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə, isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Buna baxmayaraq, işə məhkəmədə baxılarkən cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, fiziki əzab çəkməsi sübut olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə görə 5.000 manat kompensasiya tələbi əsaslı deyildir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən ödənilmiş 150 manat dövlət rüsumunun 75 manatı müştərək qaydada tutulub iddiaçıya ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0776 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsın, həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutulub İddiaçı ödənilsin. Ödənilmiş məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(076)-163/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-163/2025
01.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver