Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1648/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovnaya qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovnaya “paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsindən payın müəyyənləşdirməklə naturada fərdi yaşayış evinin yerləşdiyi hissədən ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu, Sarıtəpə kəndi yaşayır. Cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovna onun keçmiş həyat yoldaşıdır. Cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovna ilə 2003-cü ildə nikah pozulmuşdur. Cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovna ilə nikahda olan vaxt Şəmkir rayonu, Sarıtəpə kəndinin ərazisindən Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə 0.12 ha həyatyanı torpaq sahəsi verilmiş və ləğv edilmiş torpaq şöbəsi tərəfindən cavabdehlə onun adına JN-365A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovna ondan ayrıldıqdan sonra Azərbaycan Respublikasından getmişdir. Bundan başqa cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovna Azərbaycan Respublikası vətəndaşı deyil. Cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovnanın harda olması barədə məlumatı yoxdur. Hazırda cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovna ilə nikahda olan vaxt Şəmkir rayonu Sarıtəpə kəndinin ərazisindən Şəmkir rayon AİK- nın xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə verilmiş 0.12 ha həyatyanı torpaq sahəsində yaşayır. Həmin torpaq sahəsinin 0.06 ha hissəsində 2006-cı ildə fərdi yaşayış evi inşa etdirmişəm. Hazırda o yaşadığı Şəmkir rayonu Sarıtəpə kənd ərazisində yerləşən cavabdehlə onun paylı mülkiyyətində olan torpaq sahəsindən payını müəyyənləşdirməklə fərdi yaşayış evinin olduğu hissənin naturada ayrılaraq ona verilməsini istəyir. Qeyd olunanlara görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümyəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-365A KOD 50405038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqli surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı Abdutalıb oğlunun və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ seryalı 020111 nömrəli nikahın pozulması haqqında Şəhadətnamənin təsdiqli surətindən görünür ki, İddiaçı Abutalim oğlu və X2 ilə olan nikah xx.xx.2003-cü ildə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5902 saylı Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşəşn tərəflərin birgə mülkiyyətində olan torpaq sahəsinin (JN-365A seriyalı, 50405038 kodlu torpağın mülkiyyətə verilməsi dair şəhadətnamə əsasən) İddiaçı ½ hissədə olan payının (0.06 ha torpaq sahəsi) inşa edilmiş tikilinin İddiaçıə ayrılacaq torpaq sahəsində saxlanılması şərti ilə naturada ayrılması mümkün hesab edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Şəmkir rayon AİK- nın xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçılə cavabdeh Kadimova (Usmanova) Gülnara Blatolinovnanın birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinə əsasən Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırki mübahisəyə tam, obyektiv və hərtərəfli baxıb qanuni nəticə çıxarmaq üçün ilk növbədə ümumi mülkiyyətdə olan torpaq sahəsində hər bir mülkiyyətçinin payları müəyyən edilməlidir. İş materiallarında mübahisəli torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə birgə mülkiyyət iştirakçıları arasında hər hansı razılaşma olmadığından həmin hissədə iddia tələbi təmin edilməli və mübahisəli Şəmkir rayon AİKnın xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzrə birgə mülkiyyətçilərin bərabər, yəni ½ hissədə payları müəyyən edilməlidir. 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli Şəmkir şəhərində yerləşən 0,12 ha təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi yerləşən hissədə naturada ayrılması da mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 365A KOD 50405038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı Abutalıb oğlunun ( Abutalimoviç) və Cavabdeh Balahəddin qızının (Blatolinovna) birgə mülkiyyətində olan Şəmkir şəhəri Sarıtəpə kəndində yerləşən 0.12 ha (fərdi yaşayış evi, həyətyanı təyinatlı) torpaq sahəsindən İddiaçı Abutalıb oğlunun (Abutalimoviç) ½ hissədə payı müəyyən edilməli və İddiaçı Abutalıb oğlunun (Abutalimoviç) payına mütənasib olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı Abutalıb oğlunun (Abutalimoviç) payı 1/2 hissədə naturada ayrılaraq ona verilməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. JN 365A KOD 50405038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı Abutalıb oğlunun ( Abutalimoviç) və Cavabdeh Balahəddin qızının (Blatolinovna) birgə mülkiyyətində olan Şəmkir şəhəri Sarıtəpə kəndində yerləşən 0.12 ha (fərdi yaşayış evi, həyətyanı təyinatlı) torpaq sahəsindən İddiaçı Abutalıb oğlunun (Abutalimoviç) ½ hissədə payı müəyyən edilsin. İddiaçı Abutalıb oğlunun (Abutalimoviç) payına mütənasib olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı Abutalıb oğlunun (Abutalimoviç) payı 1/2 hissədə naturada ayrılaraq ona verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1648/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1648/2024
06.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver