Məhkəmə qərarları › İş №2(076)-1649/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1649/2024

10.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1649/2024 10.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı “Xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dövlət tərəfindən özəl mənzillə təmin olunmasını nəzərə alaraq uzun müddət istifadə etdiyi ünvan 1 ünvanında yerləşən xidməti mənzili ailə üzvləri ilə birlikdə boşaldılıb balans saxlayıcısı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 ərizə təqdim edərək cavabdehin hazırda xx.xx.2024-cü il tarixdədək ordu sıralarında xidmətdə olacağı barədə müqavilə olduğundan, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin onlara qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, ərizəsinə əlavə edilmiş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı “Xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar