Məhkəmə qərarları › İş №2(076)-165/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-165/2023

01.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-165/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmalədin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən daş və qumun cavabdehin öz hesabına götürülməsi, tikinti işlərinin aparılmasına qadağa qoyulması” tələbinə dair iş üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən tökülmüş daş və qumun cavabdehin vəsaiti hesabına götürülməsi və həmin torpaq sahəsinin qarşısında gələcəkdə hər hansı tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən daş və qumun cavabdehin öz hesabına götürülməsi, tikinti işlərinin aparılmasına qadağa qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən daş və qumun cavabdehin öz hesabına götürülməsi, tikinti işlərinin aparılmasına qadağa qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar