Məhkəmə qərarları › İş №2(076)-1714/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1714/2023

31.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1714/2023 31.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X16 qızının katibliyi ilə, İddiaçılar Ərizəçi vəkili və X2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X13 iştirakları ilə İddiaçılar Ərizəçi və X2 cavabdeh LPO "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın ipotekadan azad olunması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçılar Ərizəçi və X2 cavabdeh LPO "xxxx" ASC-yə qarşı - mərhum atası X7 mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmış (reyestr nömrəsi: **********82- 10301, qeydiyyat nömrəsi: 310600305, qeydiyyat tarixi: xx.xx.2006-cı il) 2 mərtəbəli, 2 otaqlı, 55.kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi, 0.25 ha torpaq sahəsi və eyni zamanda digər iddiaçı X3 mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Qaracəmirli kəndində 0.2 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış sahəsi, 42.53 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi 06 aprel 2011-ci il tarixli 04 saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi mərhum atası X5 qanun üzrə vərəsəsidir. Mərhum atası X5 təsis etdiyi "Natiq-99” KFT hazırda ləğv prosesində olan "xxxx" ASC-dən 06 aprel 2011-ci il 04 saylı kredit müqaviləsi ilə 90.000 (doxsan min) manat kredit götürmüşdür. Həmin kreditlə bağlı olaraq atasına mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmış (reyestr nömrəsi: **********82- 10301, qeydiyyat nömrəsi: 310600305, qeydiyyat tarixi: xx.xx.2006cı il) 2 mərtəbəli, 2 otaqlı, 55.kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi, 0.25 ha torpaq sahəsi və eyni zamanda digər iddiaçı X3 mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Qaracəmirli kəndində 0.2 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış sahəsi, 42.53 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi 06 aprel 2011-ci İİ tarixli 04 saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra 11 saylı Şəmkir Ərazi İdarəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4-cü maddələrinə uyğun olaraq ipotekaların dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı olaraq xx.xx.2011 -ci il tarixdə DƏRDX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə ******* nömrəli və ********** nömrəli çıxarış verilmişdir. Mərhum atasının deməyinə görə, qeyd olunan kredit onun tərəfindən deyil, bankın müdiri tərəfindən götürüldüyü üçün o, kreditlə bağlı heç bir ödəniş etməmişdir. Bu səbəbdən də qeyd olunan kredit mərhum atasından tələb olunmamışdır. "xxxx" ASC Gəncə İnzibati Məhkəməsinin 21 oktyabr 2016cı il tarixli 2-2(83)-736/2016 saylı qətnaməsi ilə müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mərhum atama məxsus olan “Natiq-99” X10, digər iddiaçı X3 qarşı Gəncə Kommersiya Məhkəməsində “ kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutlması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia qaldırmışdır. Gəncə Kommersiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli e-2- 2(115)-13/2022 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Natiq-99” X10, X7, X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-dən 127 manat məbləğində ekspertiza xərci və 600 manat məbləğində qiymətləndirmə haqqı tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilməsinə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsinə dair qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli e-2-2(115)-13/2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. İddiaçı həmin qətnamədən kassasiya qaydasında şikayət vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(102)-770/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdikləri əsaslara görə hesab edirlər ki, qeyd olunan kredit müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad olunmalıdır. Tərəflərin izahatları: İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, "xxxx" ASC 2016-cı ildə ləğv edilmişdir. Qeyd edilən qətnamələr ilə müəyyən olunur ki, iddiaçıların borcu yoxdur. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X18 iddiaya etiraz ərizəsi təqdim etdi və ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəf faktiki olaraq krediti götürmüşdür. Əsas tələb üzrə iddia müddəti ötmüşdür. Əsas tələb üzrə iddia müddətinin ipoteka predmetinin yüklülükdən azad olunmasına səbəb olmur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2011-cil tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2011-ci il tarixində ölmüşdür. İş materiallarında olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X1 Zalxa Məmmd qızı ilə nikaha girmiş, nikahdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 1i kəndində yerləşən fərdi yaşayış evinə dair X2 adına tam mülkiyyət hüququ ilə xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən əmlak "xxxx" SKB-nin xeyrinə yüklü edilmiş və dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: xx.xx.2011-ci il tarixli, 04 nömrəli kredit müqaviləsi, kreditin məbləği: 90000.0 manat. İş materialalrında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına tam mülkiyyət hüququ ilə xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən əmlak "xxxx" SKBnin xeyrinə yüklü edilmiş və dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas xx.xx.2011-ci il tarixli, 04 nömrəli kredit müqaviləsi, kreditin məbləği: 90000.0 manat. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1ində yerləşən 3.11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair X5 adına tam mülkiyyət hüququ ilə xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən əmlak "xxxx" SKB Şəmkir filialının xeyrinə yüklü edilmiş və dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas xx.xx.2010-cu il tarixli, 25 nömrəli kredit müqaviləsi, kreditin məbləği: 15000.0 manat. İş materiallarına olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 və Ərizəçi fərdi yaşayış evinin ipotekadan azad olunması ilə bağlı müraciətlərinə bankın müvafiq məktubu və yaxdu ipotekanın azad olunması barədə məhkəmə qərarı olmadığından baxılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2-2(115)-13/2022 saylı Gəncə Kommersiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Natiq-99” X10, X7 və X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(104)-155/2022 saylı qətnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-13/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-770/2022 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə qeydə alınmış Şəmkir rayon 1 saylı notariat ofisinində açılmış notariat işi üzrə X4 qanun üzrə vərəsəsi olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllnin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “İpoteka haqqında” AR Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı Ərizəçi vaxtı ilə kredit müqaviləsi üzrə tərəf olmuş X5 qanuni vərəsəsi olduğundan və digər iddiaçı X6 ipoteka müqaviləsi üzrə tərəf olduğundan mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları vardır. İpoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” bir haqdır. İpoteka tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Göründüyü kimi iddia müddətinin tətbiq edilməsi nəticəsində bankın borclulara qarşı kredit borcunun tutulması və tutmanın məhkəmə qaydasında ipoteka predmentinə yönəldilməsi hüququndan məhrum olmuşdur. Əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Məhkəmə bu mövqeyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarını əsas götürür. Bununla yanaşı o da qeyd edilməlidir ki, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Göründüyü kimi bankın iddia qaldırmaq üçün iddia müddətinin ötürməsi borclular tərəfindən həmin öhdəliyin yerinə yetirilməsi kimi və ya belə bir öhdəliyin aradan qalxaması kimi qiymətləndirilmir. Beləliklə, “Natiq-99” X8, X5 və X2 LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında kredit öhdəliyi hələ də davam etdiyindən, qeyd edilən Şəmkir rayonunun Qaracəmirli kəndində 0.2 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış sahəsi, 42.53 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi ipotekadan azad edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar Ərizəçi və X2 cavabdeh LPO "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın ipotekadan azad olunması” tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar