Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1765/2025 05.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 01 may 2012-ci ildə vəfat etmiş mərhum X4 miras qalmış Şəmkir rayonu İrmaşlı kəndində yerləşən həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul etməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. O 2009-cu ildən hazırda istifadəsində olan və yaşadığı həyətyanı torpaq sahəsini qonşusu X1 almışdır. 2009-cu ildən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 50 saylı qərarı ilə Şəmkir rayonu İrmaşlı kənd sakini X7 mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair X7 adına A 361878 nömrəli X12 və Ölçüsü tərtib edilmişdir. X9 13 may 2010-cu il tarixli, 2V-138 reyestr nömrəli Vəsiyyətnamə əsasında Şəmkir rayonu İrmaşlı kəndində yerləşən evini və 24 sot həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. X9 01 may 2012-ci ildə ölmüşdür. Güllü Əsgərova vəfat etdikdən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsində və evdə o yaşayaraq onun tərəfindən ona vəsiyyət edilmiş mirası faktiki qəbul edərək idarə etmişdir. Maraqlı şəxslərdən Maraqlı şəxs2 mərhum X7 övladıdır. X2 Pənahovadan başqa övladı olmamışdır. Onun qızı Maraqlı şəxs2 isə hələ anasının sağlığında ailə quraraq, başqa ünvana köçmüş, mərhum anasında qalmış mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Maraqlı şəxs2 bununla bağlı Şəmkir rayon 1 saylı Notariat Ofisində ərizə də vermişdir. O qanunu bilmədiyindən mərhum Güllü Əsgərova tərəfindən ona vəsiyyət edilmiş və ondan miras qalmış əmlakı faktiki qəbul edib idarə etsə də mirasın qəbulu ilə müvafiq Notariat Ofisinə ərizə ilə müraciət etməmişdir. O hazırda mərhum X7 miras qalmış əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir və bununla əlaqədar Şəmkir rayon 1 saylı Notariat Ofisinə muraciət etdikdə ona vərəsəlik huququ haqqında şəhadətnamə verməkdən imtina edərək, mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etdilər və məhkəməyə müraciət etmək tövsiyyə olundu. O mərhum X9 tərəfindən ona vəsiyyət edilmiş miras əmlakı faktiki qəbul edib idarə etmiş, hətta həmin həyətyanı torpaq sahəsində özünə məxsus yeni fərdi yaşayış evi inşa etdirmişdir. Miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Yalnız, miras əmlakı qəbul etməklə bağlı qanunla müəyyən olunmuş müddətdə Notariat Ofisinə müraciət etmədiyindən ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda Şəmkir rayon 1 saylı Notariat Ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyinə görə hüquqlarından istifadə edə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək, 01 may 2012-ci ildə vəfat etmiş mərhum X4 miras qalmış Şəmkir rayonu İrmaşlı kəndində yerləşən həyətyanı torpaq sahəsinin ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəçi Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. O 2009-cu ildən hazırda istifadəsində olan və yaşadığı həyətyanı torpaq sahəsini qonşusu X1 almışdır. Sənədlər qaydasında olmadığına görə həmin torpaq sahəsi ilə bağlı X9 ərizəçinin adına vəsiyətnamə vermişdir. X7 qızı Maraqlı şəxs2 hələ anasının sağlığında ailə quraraq, başqa ünvana köçmüş, mərhum anasında qalmış mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Maraqlı şəxs2 bununla bağlı Şəmkir rayon 1 saylı Notariat Ofisində ərizə də vermişdir. O qanunu bilmədiyindən mərhum Güllü Əsgərova tərəfindən ona vəsiyyət edilmiş və ondan miras qalmış əmlakı faktiki qəbul edib idarə etsə də mirasın qəbulu ilə müvafiq Notariat Ofisinə ərizə ilə müraciət etməmişdir. Odur ki, ərizənin təmin olunmasının xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında ifadəsində göstərdi ki, mərhum X9 onun anasıdır. Onun anası Ərizəçi qeyd edilən torpaq sahəsini vəsiyyət etmişdir. Onun həmin torpaq sahəsi ilə bağlı heç bir tələbi yoxdur. Maraqlı şəxs Şəmkir Rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 284261 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.1958-ci il tarixdə doğulmuşdur. X3r. İşdə olan AZ-İİ 304486 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən evini və 24 sot həyətyanı torpaq sahəsini Şəmkir rayonu İrmaşlı kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Maraqlı şəxs2 tərəfindən Şəmkir Rayon 1 saylı Notariat Ofisində verilmiş ərizənin surətindən görünür ki, anası X9 01 may 2012-ci il tarixdə ölmüşdür və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən 6 (altı) aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Anasının ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1933-cü il təvəllüdlü X9 xx.xx.2012-ci il tarixdə ölmüş, xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs2 adlı bir nəfər uşağı olmuşdur. İşdə olan Şəmkir Rayon 1 saylı Notariat Ofisi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan X12 və ölçüsündən görünür ki, Şəmkir rayonu İrmaşlı kəndində yerləşən 1199.51 kv.m həyətyanı torpaq sahəsi Şəmkir Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 50 saylı qərarı ilə X7 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçi Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. O 2009-cu ildən hazırda istifadəsində olan və yaşadığı həyətyanı torpaq sahəsini qonşusu X1 almışdır. 2009-cu ildən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 50 saylı qərarı ilə Şəmkir rayonu İrmaşlı kənd sakini X7 mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair X7 adına A 361878 nömrəli X12 və Ölçüsü tərtib edilmişdir. X9 13 may 2010-cu il tarixli, 2V-138 reyestr nömrəli Vəsiyyətnamə əsasında Şəmkir rayonu İrmaşlı kəndində yerləşən evini və 24 sot həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. X9 01 may 2012-ci ildə ölmüşdür. Güllü Əsgərova vəfat etdikdən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsində və evdə o yaşayaraq onun tərəfindən ona vəsiyyət edilmiş mirası faktiki qəbul edərək idarə etmişdir. Maraqlı şəxslərdən Maraqlı şəxs2 mərhum X7 övladıdır. X2 Pənahovadan başqa övladı olmamışdır. Onun qızı Maraqlı şəxs2 isə hələ anasının sağlığında ailə quraraq, başqa ünvana köçmüş, mərhum anasında qalmış mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Maraqlı şəxs2 bununla bağlı Şəmkir rayon 1 saylı Notariat Ofisində ərizə də vermişdir. O qanunu bilmədiyindən mərhum Güllü Əsgərova tərəfindən ona vəsiyyət edilmiş və ondan miras qalmış əmlakı faktiki qəbul edib idarə etsə də mirasın qəbulu ilə müvafiq Notariat Ofisinə ərizə ilə müraciət etməmişdir. O hazırda mərhum X7 miras qalmış əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir və bununla əlaqədar Şəmkir rayon 1 saylı Notariat Ofisinə muraciət etdikdə ona vərəsəlik huququ haqqında şəhadətnamə verməkdən imtina edərək, mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etdilər və məhkəməyə müraciət etmək tövsiyyə olundu. O mərhum X9 tərəfindən ona vəsiyyət edilmiş miras əmlakı faktiki qəbul edib idarə etmiş, hətta həmin həyətyanı torpaq sahəsində özünə məxsus yeni fərdi yaşayış evi inşa etdirmişdir. Miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Yalnız, miras əmlakı qəbul etməklə bağlı qanunla müəyyən olunmuş müddətdə Notariat Ofisinə müraciət etmədiyindən ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda Şəmkir rayon 1 saylı Notariat Ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyinə görə hüquqlarından istifadə edə bilmir. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3.maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X9 öldükdən sonra onun vəsiyyəti üzrə vərəsəsi kimi hazırkı iş üzrə ərizəçi olan Ərizəçi miras qalmış Şəmkir rayonu İrmaşlı kəndində yerləşən həyətyanı torpaq sahəsindən ibarət mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, bu baxımdan ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 miras qalmış Şəmkir rayonu İrmaşlı kəndində yerləşən həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə anadan olmuş və 01.05.202-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Şəmkir rayonu İrmaşlı kəndində yerləşən həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1765/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1765/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver