Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-180/2024 09.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X27, X28, X19 cəlb edilməklə “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair HDQH DƏDR-dən çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, JN-667 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsaənda X15, X14, X10 mülkiyyətində olmuş, Şəmkir rayonu Çənlibel kəndi ərazisində yerləşən 2.47 kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 181.18,00 kv.m hissəsi üzərində X14 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli **********94 reyestr nömrəli Çıxarşın əsassız olmasına görə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 3-cü şəxs Şəmkir rayonu Çənlibel kəndində yaşamış, mərhum X15 arvadıdır. 3-cü şəxsin əri, mərhum X24 ilə iddiaçının atası, X4 arasında xx.xx.2004-cü ildə bağlanmış və Şəmkir rayon 1 saylı Notariat Kontorunda həmin tarixli 4Ə-546 saylı reyestrlə dövldət qeydiyyatına alınmış alqı-satqı müqaviləsi əsasında X20 və ailə üzvülərinə yəni, arvadı X21, qızı-X8 və X11 JN-667 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus olub, Şəmkir rayonu Çənlibel kəndinin ərazisində yerləşən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 181.18,00 kv.m hisəssi 9.000.000(doqquz milyon) manata satılmışdır. Torpaq sahəsi satılarkən real olaraq iddiaçının atasının mülkiyətinə, sahibliyinə və istifadəsinə verilmiş, həmin vaxtdan atasının vəfat etdiyi xx.xx.2012-ci ilədək atasının istifadəsində olmuşdur. Şəmkir rayonu Çənlibel kəndinin ərazisində yerləşən, mərhum atası tərəfindən alqı-satqı müqaviləsi əsasında satın alınmış 181.18,00 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının ailəsinin və atasının icazəsi ilə yaxın qohumlarının istifadəsində olmuşdur. Həmin faktın real olmasını Şəmkir rayonu Çənlibel Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 18 saylı arayışında olan qeydlər: «Şəmkir rayonu Çənlibel bələdiyyəsi ərazisində 18 noyabr 2004-cü il tarixli müqavilə əsasında alınmış JN-667 nömrəli Dövlət Aktındakı 1.81 ha (bir hektar səksən bir sot) əkin torpaq sahəsini 2005-2012-ci illərdə X4 istifadə edib və torpaq vergisini ödəmişdir. X4 vəfat etdikdən sonra yəni, 2012-ci ildən bu günə qədər həmin torpaq sahəsini mərhumun oğlu İddiaçı istifadə edib, torpaq vegisini ödəmişdir» kimi qeydlər də təsdiq edir. Ancaq, atasının hüquqi savadının olmamasına, notariat qaydasında bağladığı alqı-satqı müqaviləsinin kompüterlə bir başa dövlət qeydiyyatına alınacağını qanunamüvafiq hesab etməsinə görə atası, həmin alqı-satqı müqaviləsini ayrıca cavabdehə təqdim edərək, satın aldığı 181.18,00 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış almamışdır. Həmçinin iddiaçı qeyd edir ki, cavabdehin əri X27 tərəfindən mərhum atası X2 181.18,00 kv.m torpaq sahəsinin satılması zamanı uşaqları azyaşlı olmuşlar və ailənin mənafeyini ataları təmsil edərək, həmin alqı-satqı müqaviləsini satıcı olaraq imzalamışdır. Notariat Arxivindən iddiaçının nümayəndəsinə göndərilmiş notariat işinin təsdiq edilmiş surətinə əlavə edilmiş sənədlər içərisində 1-ci cavabdeh Sevil Rzayeva ilə satıcı, mərhum Rəhrəman Rzayev arasında nikah şəhadətnaməsinin təsdiq edilmiş surəti və Sevil Rzayevanın ailəsinin mülkiyyətində olan 181.18,00 kv.m torpaq sahəsinin əri X6 Sadıqova satılmasının etirazının olmaması barədə imzasının notarial qaydasında təsdiqedilmiş ərizəsi əlavə edilmişdir. Həmçinin, həmin notariat işində Şəmkir rayonu Çənlibel kəndi üzrə İƏD-nin nümayənəliyinin 18.11,2004-cü il tarixli 1305 saylı arayışında Rzayev Qəhrəman E əz oğlunun ailəsinin üzvü olan qızları X7 1991-ci il təvəllüdlü, X10 1994-cü il təvəllüdlü olmaları da qeyd edilmişdir. Deməli, Qəhrəman Rzayevin arvadı-iddia üzrə cavabdeh Sevil Rzayeva ailənin ümumi paylı mülkiyyətində olan 2,47 ha torpaq sahəsinin 181.18,00 k.m-nin yəni özünün də payının əri tərəfindən iddiaçının atasına satılaraq atasının mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilməsindən xəbəri olmuş, bu alqı-satqıya heç bir etirazı olmamış, bu barədə imzası notariat qaydasında təsdiq edilmiş ərizəsi olmuş, iddiaçının atası və ailəsinin həmin torpaq sahəsini əkib-becərməsi zamanı xeyir-dua da vermişdir. 1-ci cavabdehin əri-X27 ilə iddiaçının atası, X4 arasında «18.11,2004-cü ildə bağlanmış və Şəmkir rayon 1 saylı Notariat Kontorunda həmin tarixli 4Ə-546 saylı reyestrlə dövlət qeydiyyatına alınmış alqısatqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsinə dair arxivə məlumatın daxil olmaması» Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 16-5\6-13-5- 82\23 saylı arayışında qeyd olunmuşdur. Onu da əlavə edir ki, atasının qanuni əsaslarla satın aldığı 181.18,00 kv.m torpaq sahəsinə və digər miras əmlaklarına dair vərəsəlik qaydasında qanun üzrə vərəsəsi tanınaraq vərəsəlik hüquq haqqında şəhadətnamə almaq üçün notariat ofisindən aldığı məktubu cavabdehə təqdim edərkən cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023cü il tarixli 3-2\-3-40\2-S-0069-8\203 saylı məktubunda 3-cü şəxsin ərindən rəsmi qaydada satın alınmış 181.18,00 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixdə **********94 reyestr nömrəli Çıxarışın tərtib edilməsi, «Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilinməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi» qeyd edilmişdir. Qeyd olunan hallardan məlum olur ki, 1-ci cavabdeh, Sevil Rzayeva ailəsinin mülkiyyətində olmuş, 181.18,00 kv.m mübahisəli torpaq sahəsinin qanuni əsaslarla atası- Əzəmət Sadıqova 9.000.000(doqquz milyon) manat pul müqabilində əri Qəhrəman Rzayev tərəfindən satılmasını və həmin torpağın satılan vaxtdan mərhum atam-Əzəmət Sadıqovun sahibliyində və istifadəsində olmasını bildiyi, ərizəsi ilə etirazının olmamasını bildirdiyi halda, atasının savadsızlığına görə həmin alqı-satqı müqaviləsini dövlət qeydiyatına aldıraraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair Çıxarış almamasından sui-istifadə edərək həmin 181.81,00 kv.m torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixdə **********94 reyestr nömrəli Çıxarış tərtib etdirmişdir.Dəfələrlə 3-cü şəxsə həmin əsassız qeydi ləğv etdirməsini təklif etsəm də nəticəsi olmamış, cavabdeh isə həmin çıxarışın ləğvi barədə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını bildirmişdir. Ona görə cavabdehə və 3-cü şəxsə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X28 izahat verərək alqı-satqı müqaviləsindəki imzanın ona məxsus olmasını qəbul etsə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə və üçüncü şəxs qismində X27, X19 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1977ci ildə anadan olmuşdur, atası X17r. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2016cı ildə ölmüşdür. İş materiallarında olan Tovuz regional ASAN Xidmət mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 vəfatından miras qalmış əmlaka dair İddiaçı müraciəti əsasında vərəsəlik işi açılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixli, 4ə-546 nömrəli alqı-satqı müqaviləsində qeyd edilən 2.47 ha torpaq sahəsinin, JN- 667N, kod-50416018 nömrəli “Dövlət Aktı”nda qeyd edilən 1.8118 ha torpaq sahəsinə X14 müraciətinə əsasən xx.xx.2023-cü il tarixli **********94 reyestr nömrəli Çıxarış almışdır. İş materiallarında olan Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixli, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisində 4Ə-546 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məlumat daxil olmamışdır. İş materiallarında olan Çənlibel Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli,18 nömrəli arayışından görünür ki, Çənlibel Bələdiyyəsi ərazisində xx.xx.2004-cü iltarixli müqavilə əsasında alınmış JN-667 nömrəliDövlət aktındakı 1.81 ha əkin torpaq sahəsi 2005-2012-ci illərdə X4 tərəfindən istifadə edilib vətorpaq vergisini ödəmişdir. X41 İvbrahimoğlu vəfatetdikdən sonra yəni 2012-ci ildən bu günə qıdır həmin torpaq sahəsini mərhumun oğlu İddiaçı istifadə edib, torpaq vergisini də ödəmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1.8118 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X28, X13, X19 və X15 xüsusi mülkiyyətindədir. İşmateriallarında olan xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasını xx.xx.1998-ciil tarixli 53 nömrəli qərarı ilə 2.47 ha torpaq sahəsinin JN 667 kod 50416018 saylı dövlət aktına əsasən X29 məxsus Şəmkir Rayonun Çəlibel kəndində yerləşən 181.18 kv.m torpaq sahəsini X27 ******* (doqquz milyon) manat müqabilində X1. İş materiallarında olan xx.xx.2004-cü il tarixli ərizədən görünür ki, X5 Qəhrəman Elləz oğluna 181.18 kv.m torpaq sahəsinin satılmasına etirazı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1994-cü ildə anadan olmuşdur, atası X30, anası X22r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1991-ci ildə anadan olmuşdur, atası X30, anası X22r. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/30030 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu, Çənlibelkəndi kəndində yerləşən 1.8118 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 9000 manat təşkil edir. İş materiallarında olan JN 667, kod 50416018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəmkir rayonu Aqrar İslahat Komissiyasını xx.xx.1998-ciil tarixli 53 nömrəli qərarı ilə 2.47 ha torpaq sahəsi kənd təsərüffatı məhsullarının istehsalı məqsədi ilə X18, X14, X7 və X10 mülkiyyətinə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikat. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasaən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmayahaqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasın məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməməlidir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, JN 667, kod 50416018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəmkir rayonu Aqrar İslahat Komissiyasını xx.xx.1998-ciil tarixli 53 nömrəli qərarı ilə 2.47 ha torpaq sahəsi kənd təsərüffatı məhsullarının istehsalı məqsədi ilə X15, X14, X7 və X10 mülkiyyətinə verilmişdir. xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən JN 667 kod 50416018 saylı dövlət aktına əsasən X20 məxsus Şəmkir Rayonun Çəlibel kəndində yerləşən 181.18 kv.m torpaq sahəsini X27 ******* (doqquz milyon) manat müqabilində X3, alqı-satqı baş verən zaman X5 Qəhrəman Elləz oğluna məxsus olan 181.18 kv.m torpaq sahəsinin satılmasına dair razılıq ərizəsi alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2004-cü il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsində qeyd edilən 2.47 ha torpaq sahəsinin, JN-667N, kod-50416018 nömrəli “Dövlət Aktı”nda qeyd edilən 1.8118 ha torpaq sahəsinə X14 müraciətinə əsasən xx.xx.2023-cü il tarixli **********94 reyestr nömrəli Çıxarış verilmişdir. Məhkəmə hazırkı mülki işə baxarkən ilkin olaraq onu vurğulamaq istəyir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrinməhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarına əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin mülki işin araşdırılması zamanı isə müəyyən olunur ki, JN 667 kod 50416018 saylı dövlət aktına əsasən X27 ümumi birgə mülkiyyətdə olan Şəmkir Rayonun Çəlibel kəndində yerləşən 181.18 kv.m torpaq sahəsini X3, həmin torpağın satılmasına X28 razılıq vermiş, yəni o, da torpağın satılmasından məlumatlı olmuşdur. Lakin sonradan JN 667 kod 50416018 saylı dövlət aktına əsasən X14 müraciətinə əsasən xx.xx.2023-cü il tarixində çıxarış verilmişdir. Göründüyü kimi Çıxarışın ləğv edilməsinin əsası nə JN 667 kod 50416018 saylı dövlət aktının qanunsuzluğu, nə də ki, dövlət qeydiyyatını aparan orqanın hərəkətləri deyil, məhz həmin aktdan istifadə edərək, çıxarış alan cavabdehlərin hərəkətləridir. Bu da, o deməkdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edir. Başqa sözlə, müəyyən edilir ki, aparılmış qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Buna görə də, məhkəmə hesab edir ki, mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı belə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının mərhum atası ilə X27 arasında hazırda mübahisəsi olunan torpaq sahəsini alqı-satqısı baş tutmuş, alıcı X25 torpağa görə razılaşdırılmış pulu verməklə öz öhdəliyini yerini yetirmiş, lakin qarşı tərəf –X31 və X27 müqavilə imzalamaqla kifayətlənmişdir, öz öhdəliyini yerinə yetirməmişdir. Hətta illər sonra JN 667 kod 50416018 saylı aktına əsaslanaraq Çıxarış əldə etmişlər. Göründüyü kimi tərəflər alqı-satqının baş tutmasından məlumatlı ola-ola, öz hüquqlarında sui-istifadə etməklə, əsassız olaraq varlanmışlar. Məhkəmə həmçinin onu da qeyd edir ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi olmasına baxmayaraq, X12 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üzrə müvafiq dövlət orqanına müraciət etməməsi onu bu hüquqdan məhrum etmir. Odur ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatından haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Şəmkir rayonu, Çənlibel kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X23, X9, X11 və X20 məxsus 1.18118 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********94 nömrəli qeyd ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Şəmkir rayonu, Çənlibel kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X23, X9, X11 və X20 məxsus 1.18118 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli **********94 nömrəli qeyd ləğv edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-180/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-180/2024
09.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver