Məhkəmə qərarları › İş №2(076)-1814/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1814/2024

22.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1814/2024 22.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətində olan həyətyanı torpaq sahələrindən cavabdehin özbaşına inşa etdiyi fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülərək zəbtindən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 50 saylı qərarı ilə, JN-230A saylı Şəhadətnamə əsasında onun və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülərək zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, iddiaçı iddia tələbində (xahiş edirəm hissəsində) ”Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 50 saylı qərarı ilə, JN-230A saylı Şəhadətnamə əsasında onun və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş” qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin sürətindən görünür ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsin Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 50 saylı qərarı ilə 0.08 hektar torpaq sahəsi X1, X4, X2, X3 mülkiyyətinə verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun iddia tələbini hansı sübutlara söykəndiyi müəyyənləşdirmək mümkün deyildir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinin göstərişinə əsasən tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətində olan həyətyanı torpaq sahələrindən cavabdeh özbaşına inşa etdiyi fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülərək zəbtindən azad edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh “ümumi paylı mülkiyyətində olan həyətyanı torpaq sahələrindən cavabdehin özbaşına inşa etdiyi fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülərək zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar