Məhkəmə qərarları › İş №2(076)-1882/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1882/2023

26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1882/2023 26.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi, vəkili X1 iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X6, anası X2 və qardaşı X7 ümumi paylı mülkiyyətlərində olmuş Şəmkir rayonu Zəyəm qəsəbəsinin ərazisində yerləşən 0.4782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın anasının payına düşən hissəsinə vəsiyyətnamə üzrə, atasının payına düşən hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X14 və X2 faktiki nikahlardan anadan olmuşdur. Valideynlərinin ondan başqa X15 adlı oğlu olmuş, ancaq o da xx.xx.2001-ci ildə vəfat etmişdir. Qardaşının arvadı və uşaqları qalmışdır. Atası xx.xx.2008-ci ildə, anası xx.xx.2014-cü ildə vəfat etmişdir. Qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında atası X6, anası X2 və qardaşı X7 ümumi paylı mülkiyyətlərində olmuş, Şəmkir rayonu, Zəyəm qəsəbəsinin ərazisində yerləşən 0,4782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X10 xx.xx.2002-ci il tarixdə Şəmkir rayon 1 saylı Notariat Kontorunda 2v-71 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamə əsasında bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. İddiaçı valideynlərinin sağlığında və vəfatlarından sonra onlara məxsus olan əmlaklarını, o cümlədən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında atası X6, anası X4 məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq qəbul edərək idarə etmiş, həm özü, həm də icarəyə verməklə istifadə edib bərini mənimsəmişdir. İddiaçı valideynlərindən miras qalmış əmlakı valideynlərinin vəfatından sonra qanunla müəyyən edilmiş altı ay ərzində anasına münasibətdə vəsiyyət üzrə vərəsə olaraq, atasına münasibətdə isə qanun üzrə vərəsə kimi notariat kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək atası X6, anası X2 və qardaşı X7 ümumi paylı mülkiyyətlərində olmuş Şəmkir rayonu Zəyəm qəsəbəsinin ərazisində yerləşən 0.4782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın anasının və atasının payına düşən hissəsinə vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili X8 ərizəçi ilə eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şəmkir Rayon 1 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçi onun əri X7 qardaşıdır. Əri 2001-ci il tarixdə vəfat etmişdir. Ərinin, qaynanası X2 və qaynatası X6 ümumi paylı mülkiyyətində olan Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən torpaq sahəsindən onların ölümündən sonra ərizəçi də istifadə etmiş, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Fərrux anasının və atasının sağlığında və vəfat etdikdən sonra da həmişə torpaq sahəsindən istifadə etmiş, icarəyə verərək icarə haqqından da götürmüşdür. Hazırda da torpaq sahəsindən istifadə edərək idarəçilik edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.4782 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X2 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 284 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şəmkir Rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X18 ölən gündə ona məxsus olan bütün əmlakını ünvan 1 ünvanında yaşayan Ərizəçi vəsiyyət etmişdir. Digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir rayon 1 saylı Notariat Ofisinin 04 may 2023cü il tarixli, imtina qərarlarından görünür ki, X2 və X6 vərəsəsi Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmasına qərar verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 655682 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 may 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı, 096328 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 18 avqust 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 300426 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 24 aprel 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəmkir rayon Zəyəm Bələdiyyəsi tərəindən təsdiq edilmiş arayışdan görünür ki, Ərizəçi valideynlərinin vəfatından sonra onlara verilmiş 0.4782 ha pay torpaqlarını oğlu Ərizəçi sahiblənmiş, idarə etmiş, icarəyə vermiş və bəhərini mənimsəmişdir. İş materiallarında olan Şəmkir rayon Zəyəm qəsəbə İcra Nümayəndəliyi tərəfindən təsdiq edilmiş arayışdan görünür ki, mərhum X14 ölən günədək Zəyəm qəsəbə, Vaqif küçəsi, döngə 2, ev 21 ünvanında yaşamışdır. Vəfat etdikdən sonra təsərrüfatında arvadı olan X10 (xx.xx.2014-cü il tarixdə vəfat edib), oğlu olan Ərizəçi, oğlu olan X16 (2017-ci ildə vəfat edib), oğlu olan X15 (2001-ci ildə vəfat edib) ailə üzvləri qalmışdır. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən təsdiq edilmiş 2276 nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, X17 və X9 arasında nikah bağlanmışdır. Nikahın bağlanması haqqında akt qeydləri kitabının 30-cu səhifəsində xx.xx.1998-ci il tarixində qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən 0.4782 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ümumi paylı mülkiyyətdə olmaqla mərhum X12, X13 və X5 məxsus olmuşdur. X14 ona məxsus bütün əmlakı Ərizəçi vəsiyyət etmişdir. O, xx.xx.2008-ci il tarixdə ölmüşdür. Eyni zamanda ərizəçi öz atası və anasından miras qalmış torpaq sahəsini faktiki qəbul edərək həmin torpaq sahəsini öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Ərizəçi miras qoyan X6 və X3 birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatı, şahid ifadəsi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhumlar X6, X2 və X7 adına qeydə alınmış, Şəmkir rayonu, Zəyəm qəsəbəsi ünvanda yerləşən evdən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X6, X2 və X7 adına qeydə alınmış Şəmkir rayonu, Zəyəm qəsəbəsi ünvanda yerləşən 0.4782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın X6 və X2 payına düşən hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar