Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1891/2023 13.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 Nürəddin qızının, İddiaçı6 Nürəddin qızının və İddiaçı7 Nürəddin qızının cavabdeh X1 qarşı “çıxarışın etibarsız hesab edilməsi torpaq səhisəndən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 Nürəddin qızının, İddiaçı6 Nürəddin qızının və İddiaçı7 Nürəddin qızının cavabdeh X1 qarşı iddia qaldıraraq “çıxarışın etibarsız hesab edilməsi torpaq sahəsindən çıxarılma” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və təqdim etdiyi sənədlərin əslini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 Nürəddin qızının, İddiaçı6 Nürəddin qızının və İddiaçı7 Nürəddin qızının cavabdeh X1 qarşı “çıxarışın etibarsız hesab edilməsi torpaq səhisəndən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 Nürəddin qızının, İddiaçı6 Nürəddin qızının və İddiaçı7 Nürəddin qızının cavabdeh X1 qarşı “çıxarışın etibarsız hesab edilməsi torpaq səhisəndən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1891/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1891/2023
13.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver