Məhkəmə qərarları › İş №2(076)-1909/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1909/2025

17.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1909/2025 17.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili, digər Cavabdeh1 vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-cü il təvəllüdlü X11 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən, Cavabdeh2 adına qeydə alınmış fərdi yaşayış evinə köçürülməylərinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 həyat yoldaşı, Cavabdeh2 isə qaynanasıdır. Cavabdeh1 ilə 2015-ci ildə faktiki evlənməklə, nikahlarını xx.xx.2020-ci ildə Gəncə şəhəri “Asan Xidmət” X7 rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. Cavabdeh1la əvvəllər münasibətləri normal olsa da, sonradan aralarındakı münasibət pozulmuşdur. Cavabdeh1 ilə ailə həyatı qurarkən o cavabdehlərin yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ona məxsus olan cehiz əşyaları həmin evə yığılmışdır. 2024-cü ilin sonlarına kimi həmin evdə mübahisəsiz yaşamışdır. Aralarında narazılıqlar baş verdiyindən hal-hazırda o ata evində yaşayır. Ata evində uşaqlarını saxlamaqda çətinlik çəkir. Odur ki, məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə azyaşlı uşaqlarıla birlikdə köçürülməyini istəyir. Köçmək istədiyi ev Aşağı Seyfəli kəndində yerləşməklə, Cavabdeh2 adına qeydə alınmışdır. Ev 0.32 ha həyətyanı torpaq sahəsində yerləşir. O və uşaqları cavabdehlərin ailə üzvü olaraq həmin təsərrüfatda qeydiyyatdadır. Hesab edir ki, uzun müddət evdə mübahisəsiz yaşadığı üçün, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etdiyi və evdə birlikdə tikinti işləri apardığı üçün o həmin evdən istifadə hüququ əldə etmişdir. Ona və uşaqlarına məxsus bütün əmlaklar hazırda həmin evdədir. Başqa yerdə yaşamağa evi yoxdur. Bu səbəbdən də həmin evə uşaqlarıla birlikdə köçməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçının yaşayış yeri olmadığından atası evində yaşayır. İddiaçı uzun müddət cavabdehlərlə birgə yaşadığı üçün və onların təsərrüfat başına kitabda qeydiyyatda olduğunu üçün onun həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. İddiaçıya məxsus cehiz əşyaları, uşaqların əşyaları həmin evdə qalmışdır. İddiaçı və uşaqları cavabdehlərin ailə üzvü olaraq həmin təsərrüfatda qeydiyyatdadır. Hesab edirlər ki, uşaqlar üçün yaşayış yerinin təmin edilməsi həmçinin atalarının borcudur. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili, digər Cavabdeh1 vəkili Nümayəndə2 iddia tələbini qəbul etmədiyini, iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2020-ci ildə rəsmi qeydə aldırmışdır. 2024-cü ilin sonlarına iddiaçı cavabdehlərin yaşadığı evdən özü çıxıb getmişdir. İddiaçı 1 ilə yaxındır ki, tası evində yaşayır. Sonra iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması qət edilmişdir. Hazırda tərəflər arasında ailə münasibətləri yoxdur. Cavabdeh1 uşaqların saxlanılması üçün aliment ödəyir. İddiaçın köçmək istədiyi fərdi yaşayı evi Cavabdeh2 əri mərhum X4 tərəfindən inşa edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə cavabdehlərin və digər ailə üzvlərinin paylı mülkiyyətindədir. Fərdi yaşayış evi 2 otaq və 1 dəhlizdən ibarətdir. Tərəflər arasında münaqişə olduğundan onların birlikdə yaşaması mümkün deyil. Həmçinin, iddiaçının cavabdehlərin təsərrüfat başına kitabda qeydiyyatda olması mülkiyyət hüququnun əldə edilməsi üçün əsas deyil. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Şəmkir rayonu İHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində 449 nömrəli Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatdadır. Cavabdeh2 (qaynanası), Cavabdeh1 (əri), X9 (oğlu) və X11 (oğlu) adlı ailə üzvləri var. Təsərrüfat Cavabdeh2 məxsusdur. 0.32 ha torpaq sahəsində 80 kv.m fərdi yaşayış evi var. İşdə olan təsərrüfat başına kitabdan çıxarışdan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində 449 nömrəli fərdi yaşayış evində təsərrüfat üzvləri Cavabdeh2, Cavabdeh1, X9, X11 və İddiaçı ibarətdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan DİN tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 mediasiya prosesini davam etdirməyə razılıq verməmişlərdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Gəncə ASAN xidmət X7 463 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan nikah haqqında şadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 ilə Cavabdeh2 arasında xx.xx.1983-cü il tarixdə Şamxor rayonu Seyfəli kənd Sovetliyində 29 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 394/2025 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 27 fevral 2020-ci il tarixdə Gəncə “ASAN Xidmət” X7 bağlanmış və 463 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından 25 aprel 2016-cı il tarixdə doğulmuş Məhərrəm və 25 aprel 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilməsi, 28 noyabr 2024-cü il tarixdən başlayaraq, 25 aprel 2016-cı il tarixdə doğulmuş Məhərrəm və 25 aprel 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Şəmkir rayonu İHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. 1984-cü ildə mərhum əri X4 və qayınatası mərhum X5 tərəfindən inşa edilmiş 2 otaq 1 dəhliz və mətbəxdən ibarət evdə yaşayır. İşdə olan JN-2196H, KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon AİKnın xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün 0.15 ha torpaq sahəsi X2, Cavabdeh2, X3, X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı və Cavabdeh1 xx.xx.2020-ci ildə nikaha girmişlər, iddiaçı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra Şəmkir rayonu, Aşağı Seyfəli kəndi, 449 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Belə ki, sözügedən fərdi yaşayış evinin sənədləşmə işləri aparılmamış, Şəmkir Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün 0.15 ha torpaq sahəsi X2, Cavabdeh2, X3, X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Bununla yanaşı iddiaçının özü də izahatında bildirmişdir ki, sözügedən evə gəlin köçən zaman ev tam hazır vəziyyətdə olmuşdur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə mübahisə predmeti hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və qanunvericilikdə özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur, həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməli, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci madddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmçinin bununla yanaşı məhkəmə, mənzilə köçürülmə üçün qeyd olunan evə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi məsələsi həll edilərkən, iddiaçının həmin evə mülkiyyət hüququ qeydə alındığı halda orada istifadə hüququnun yaranıb-yaranmayacağını araşdırılmalıdır. Məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin İddiaçı və Cavabdeh1 xx.xx.2020-ci ildə nikaha girməsindən sonra yaranmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladlarının öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi mülkiyyətçinin ailə üzvü dedikdə, mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, digər qohumlar dedikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan qardaş (bacı), baba (nənə), nəvə və ögey oğul (qız) başa düşülür. Gəlin və qaynananın isə bir-birini saxlamaq vəzifəsi qanunla nəzərdə tutulmadığından, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi gəlin-qaynana münasibətlərini özündə ehtiva etmir. Buna görə də gəlinin qaynanaya məxsus mənzilə Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə nəzərdə tutulan istifadə hüququ da yaranmır. Beləliklə, yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evə köçürülmə» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar