Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1915/2025 06.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı Cavabdeh X1 və cavabdehlər Cavabdeh2 və X1 nümayəndəsi (vəkil) Nümayəndə, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənə məxsus, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 58 saylı qərarı JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilməsi haqqında Şəhadətamə ilə 0.07 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cəfərova (Quliyeva) Gülnarə Vaqif qızının, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları, cavabdehlərin öz hesablarına ona məxsus torpaq sahəsində inşa etdirdikləri istilikxananın sökülməsi və ödədiyi rüsumun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə verilməsi haqqında Şəhadətnamə ilə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib istilikxana inşa etdirmişlər. Dəfələrlə cavabdehlərə müraciət etsələr də, cavabdehlər ona məxsus torpaq sahəsindən çıxamqdan imtina edir, həmçinin qanunsuz tikilini sökmürlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlərdən Gülnarə Quluyeva onun qardaşının arvadı, Cavabdeh2 və Cavabdeh3 isə qardaşının oğlanlarıdır. Torpaq sahəsi 1998-ci ildə dövlət islahatı zamanı onun adına verilmişdir.Lakin, o heç vaxt həmin torpaq sahəsindən istifadə etməmişdir. Atasının məsləhəti ilə torpaq sahəsini X22ə vermiş, özü isə bacısının adına olan torpaq sahəsindən istifadə etmişdir. X22 hazırda vəfat etmişdir. Qardaşı Ziyad və onun ailəsi illərdir ona məxsus torpaq sahəsindən istifadə edərək, orada istilikxana qurdurmuş və hörgü inşa etdirmişlər. O özü də həmin torpaq sahəsinin qonşuluğunda yaşayır. Onların həmin torpaqda gördüyü işlər barədə məlumatı olmuş, lakin atasının razılığı ilə torpaq sahəsini qardaşına verdiyi üçün heç vaxt qardaşı Ziyada və ailəsinə torpaqdan istifadə etməklərinə və orada tikili aparmaqlarına görə etiraz etməmişdir. Lakin, hazırda bacısı ona verdiyi torpaqda tikinti aparmasına və adına sənədləşdirməsinə imkan vermədiyi üçün o da hazırda cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxmalarını və apardıqları tikintilərin sökülməsini tələb edir. Ona məxsus torpaq sahəsini heç vaxt cavabdehlərə satmamışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X10 məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə verilməsi haqqında Şəhadətnamə ilə 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Torpaq sahələri paylandığı vaxtdan onun mərhum əri X5, qardaşları X11 və İddiaçı verilmiş torpaq sahələri onların istifadəsində olmuşdur. Belə ki, onun mərhum əri Ziyad Quliyev həmin torpaq sahələri qardaşları ilə aralarında olan razılaşmaya əsasən satın almışdır. İlk olaraq hımin torpaq sahəsində kiçik istixana qurmuşlar. Sonradan isə həmin istixananı sökərək, dəmir borulardan istifadə etməklə böyük istixana qurmuşlar. 2007-ci ildə isə İddiaçı 0.07 ha torpaq sahəsinə görə 2000 manat pul vermişlər. Torpaq sahələri yanaşı olmaqla illərdir onların istifadəsindədir. Həmin torpaq sahəsində istilikxana qurdurmuşlar və tikinti aparmışlar. İddiaçı da onun qayını olmaqla onların qonşuluğunda yaşayır. Onlar arasında heç vaxt torpaqdan istifadə ilə bağlı mübahisə olmamışdır. İddiaçı də illərdir öz bacısı ilə aralarında olan razılığa əsasən ona məxsus torpaq sahəsindən istifadə edir. Lakin, iddiaçının bacısı hazırda ona torpaq sahəsini adına sənədləşdirməyə imkan vermədiyinə görə qərəzli olaraq, həmçinin, əri Ziyad Quliyev vəfat etdiyinə görə onlara qarşı hazırki iddia tələbi ilə müraciət etmişdir. İddiaçının məqsədi onları maddi ziyana salmaqdır. Onlar illərdir həmin torpaq sahəsinə xərc çəkmişlər, hazırda isə iddiaçı tikililərin sökülüb onların torpaqdan çıxarılmasını tələb edir. İddia tələbini tamamilə əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və X1 nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini qəbul etməyərək, cavabdeh X1 izahatına uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X13 İddiaçı izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər X14 və X12 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərdi ki, İddiaçı qardaşı, cavabdehlər isə qardaşı X6 arvadı və övladlarıdır. Qardaşı Bəxtiyar özünə məxsus 0.07 ha torpaq sahəsini təxminən 2007-ci ildə X22ə 2000 manat məbləğində pula satmışdır. Həmin torpaq sahəsində qardaşı Ziyad və ailəsi tərəfindən istilikxana qurulmuş və tikinti aparılmışdır. Heç vaxt onlar arasında torpaqla bağlı mübahisə olmamışdır. Qardaş olduqlarına görə aralarında etibar olmuş, ona görə də torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməmişlər. O özü də ona məxsus torpaq sahəsini qardaşı Ziyada satmışdır. Həmin torpaq sahələri bitişikdir. Lakin, iddiaçı qardaşı öldükdən sonra onun ailəsindən torpaq sahəsindən çıxmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərdi ki, İddiaçı qardaşı, cavabdehlər isə qardaşı X6 arvadı və övladlarıdır. Qardaşı Bəxtiyar özünə məxsus 0.07 ha torpaq sahəsini təxminən 2007-ci ildə X22ə 2000 manat məbləğində pula satmışdır. Həmin torpaq sahəsində qardaşı Ziyad və ailəsi tərəfindən istilikxana qurulmuş və tikinti aparılmışdır. Heç vaxt onlar arasında torpaqla bağlı mübahisə olmamışdır. Qardaş olduqlarına görə aralarında etibar olmuş, ona görə də torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməmişlər. O özü də ona məxsus torpaq sahəsini qardaşı Ziyada satmışdır. Həmin torpaq sahələri bitişikdir. Lakin, iddiaçı qardaşı öldükdən sonra onun ailəsindən torpaq sahəsindən çıxmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərdi ki, cavabdehlərdən Gülnarə Quluyeva onun qızıdır. İddiaçı isə qızı Gülnarənin qayınıdır. Qızı Gülnarənin əri Ziyad illər əvvəllər aralarında olan razılıqla qardaşı Bəxtiyara məxsus Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən torpaq sahəsini 2000 manata satın almışdır. Onlar həmişə o torpaqdan istifadə etmişlər. Torpaq sahəsinin pulunu Bəxtiyara verərkən o da orada olmuşdur. İddiaçı heç vaxt torpaq sahəsinin ona məxsus olduğunu deməmişdir. Qızı Gülnarənin əri öldükdən sorna iddiaçı torpaq sahəsini geri istəyir. Həmin torpaq sahəsində qızı Gülnarəgil tərəfindən illər əvvəl istilikxana qurulmuş və tikinti aparılmışdır. İş materiallarında olan JN-201A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı, X8, X3 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-3453/2025 nömrəli mütəxəssis rəyinə əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il 58 saylı qərarı əsasında JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.07 ha torpaq sahəsi hal-hazırda cavabdehlər Cəfərova (Quliyeva) Gülnarə Vaqif qızının,Cavabdeh2 və Cavabdeh3 istifadəsindədir.Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il 58 saylı qərarı əsasında JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.07 ha torpaq sahəsi,cavabdehlər Cəfərova (Quliyeva) Gülnarə Vaqif qızı,Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilmişdir.Zəbt edilmiş torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il 58 saylı qərarı əsasında JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinin ümumi sahəsini (0.07 ha) əhatə edir. Zəbt edilmiş torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş istixana mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2025-ci il tarixli, 10/4095 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-3453/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il 58 saylı qərarı əsasında JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.07 ha torpaq sahəsi hal-hazırda cavabdehlər Cəfərova (Quliyeva) Gülnarə Vaqif qızının, Cavabdeh2 və Cavabdeh3 istifadəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-3453/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998ci il 58 saylı qərarı əsasında JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.07 ha torpaq sahəsi, cavabdehlər Cəfərova (Quliyeva) Gülnarə Vaqif qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-8453/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Zəbt edilmiş torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il 58 saylı qərarı əsasında JN-201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilmesinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinin ümumi sahəsini (0.07 ha) əhatə edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-3453/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, zəbt edilmiş torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş istixana mövcuddur. Məhkəmə tərəfindən DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin və tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman mübahisəli torpaq sahəsinin cavabdehlərə məxsus digər torpaq sahəsi ilə bitişik olmaqla cavabdehlər tərəfindən həmin torpaq sahəsində istixana qurulması və tikintilər aparılması müəyyən edilmişdir. Baxış zamanı tərəflər bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1998-ci ildə iddiaçıya ayrılmış, sonradan iddiaçının razılığı ilə torpaq sahəsindən cavabdehlər istifadə etmişlər, orada istixana qurdurmuşlar, tikinti aparmışlar. Mübahisəli torpaq sahəsi illərdir cavabdehlərin istifadəsindədir. İddiaçının JN-136A saylı Dövlət aktında qeyd edilən torpaq sahəsi cavabdehin faktiki icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsə də, həmin dövlət aktı əsasında xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışla cavabdehin istifadəsində olan torpaq sahəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui- istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 238.1-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 8.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən hər hansı tikinti inşa edildikdə və ya digər qurğular inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini, qurğuların çıxarılmasını və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və torpaq sahəsinin zəbt edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Hazırda mübahisəli torpaq sahəsi JN- 201A KOD 50415038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən, iddiaçının və üçüncü şəxslərin xüsusi mülkiyyətində olsa da, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehlərdən Gülnarə Quluyevanın mərhum əri Ziyad Quliyev tərəfindən 2007-ci ildə istixana qurulması və tikinti aparılması, həmin vaxtdan indiyə kimi torpaq sahəsinin üzərindəi tikililərlə birlikdə cavabdehlərin istifadəsində olması və iddiaçının da həmin tikilərin inşa edilməsindən məlumatlı olması və heç bir etiazının olmaması öz təsdiqini tapmışdır. Bu zaman cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində istixana inşa edilməsi və tikinti aparılması mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxslər vicdansız sahib sayılmırlar. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikintinin və istixananın inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehlərin həmin istixanadan və tikintidən istifadə etmələrinə şərait yaratması və.). Torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb həmin torpaq sahəsində illər öncə onun razılığı ilə tikinti aparmış və istixana inşa etmiş şəxslərin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxslərin də qanuni mənafeləri nəzərə alınmalı və onların əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Bununla belə torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair nomralar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Məhkəmə Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 0.07 ha torpaq sahəsində cavabdehlərə məxsus istixananın və aparılmış tikintinin 2007-ci ildə inşa edilməsini, cavabdehlərin artıq 18 ildən çox müddətdir həmin tikililərdən istifadə etməsini, iddiaçının həmin torpaq sahəsinə dair uzun müddət heç bir iddiada çıxış etməməsini, iddiaçının 1998-ci ildən bu yana həmin torpaq sahəsindən ümumiyyətlə heçvaxt istifadə etməyə cəhd etməməsini, mübahisəli tikintilərin inşası zamanı iddiaçının hər hansı narazılığının olmasının müəyyən olunmamasını və cavabdehlərin mübahisəli torpaq sahəsində istixana qurması və tikinti aparmasından 2007-ci ildən məlumatlı olmasını və uzun müddət (18 il) susması barədə işin hallarını ağlbatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək, qeyd edir ki, cavabdehlərin istifadəsində olan və cavabdeh Gülnarə Quluyeva ilə mərhum əri Ziyad Quliyev tərəfindən inşa edilmiş tikintilər və istixana iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş olsa da, həmin tikililər özbaşına tikili hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən cavabdehlərə məxsus və onların istifadəsində olan istixananın və tikintilərin qanunsuz (özbaşına) tikinti olmadığını nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdehlərə kompensasiya məbləği ödəməklə mübahisəli tikililərin sökülməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1915/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1915/2025
06.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver