Məhkəmə qərarları › İş №2(076)-1956/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1956/2025

11.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1956/2025 11.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qarşı 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunması ilə bağlı tələb olunan məlumatların verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qarşı 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunması ilə bağlı tələb olunan məlumatların verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının əsl niyyəti pensiyaya çıxmaqdır və o, 2006-cı ilin yanvar-iyul ayları üzrə Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən sosial sığorta şəhadətnaməsinə vəsait ödənilməməsini, bununla bağlı 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunması ilə bağlı tələb olunan məlumatların DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına verilməsi vəzifəsinin Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə həvalə edilməsini xahiş etmişdir. Hesab edirəm ki, hazırki iddiaya ümumi məhkəmələrdə baxılmır, bu səbəbdən iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla yanaşı qeyd edirəm ki, iddiaçının əmək haqqından tutulan vəsaitin sosial sığorta şəhadətnaməsinə işlənməsi ilə bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə həmin publik hüquqi şəxsin hərəkətlərindən (hərəkətsizliklərindən) Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qarşı 2006-cı ilin yanvar-iyul ayları üzrə xeyrinə ödənilmiş məcburi sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunması ilə bağlı tələb olunan məlumatların verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, əmək haqqından tutulan vəsaitin sosial sığorta şəhadətnaməsinə işlənməsi ilə bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə həmin publik hüquqi şəxsin hərəkətlərindən (hərəkətsizliklərindən) Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar