Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-197/2025 13.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC–yə qarşı torpaq sahəsindən çıxarılma, tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq həmin torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC–yə qarşı torpaq sahəsindən çıxarılma, tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq həmin torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50–12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsindən Cavabdeh MMC–in çıxarılması, həmin torpaq sahəsində Cavabdeh MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq həmin torpaq sahəsinin təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində cavabdeh tərəfindən “Şəmşirin” adlı kafe inşa edilmişdir. Dəfələrlə cavabdehdən könüllü olaraq ya ona dəymiş zərəri ödəməsini, ya da kafenin sökülməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamışdır. Bu səbəbdən məcbur olub 2022–ci il tarixdə cavabdehə qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2022–ci il tarixli 2(076)–375/2022 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş, mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsində Cavabdeh MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qisməın təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)– 375/2022 saylı qətnaməsi ləğv edilmiş və ərizə Azərbaycan Respublikası MPM–nin 259.0.3–cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. X1 Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərardadında qeyd olunan nöqsanları aradan qaldırmış və yenidən məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunaraq, xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50–12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsindən Cavabdeh MMC–in çıxarılması, həmin torpaq sahəsində Cavabdeh MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq həmin torpaq sahəsinin təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsi xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi hazırda cavabdeh tərəfindən istifadə olunur. Belə ki, həmin torpaq sahəsində Cavabdeh MMC tərəfindən “Şəmşirin” adlı kafe inşa edilmişdir. Dəfələrlə təmsil etdiyi şəxs cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını və ya ona dəymiş zərəri kompensasiya şəklində ödəməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh MMC–yə və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM–in 185.5–ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50– 12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində 0.0828 ha torpaq sahəsi və üzərində yerləşən 20.4 kv.m əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–375/2022 saylı qətnaməsindən görünür ki, iddiaçının mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsində Cavabdeh MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2(104)– 1083/2023 saylı qərardadından görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qisməın təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–375/2022 saylı qətnaməsi ləğv edilmiş və ərizə (Azərbaycan Respublikası MPM–nin 259.0.3–cü maddəsinə əsasən) baxılmamış saxlanılmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2–1(104)– 379/2023 saylı qərardadından görünür ki, Cavabdeh MMC cavabdeh DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq, İddiaçı adına verilmiş xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50– 12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərardadı ilə həmin iddianın mümkün sayılmaması qərara alınmış, qərardaddan narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti vermiş, lakin onun apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.0828 ha torpaq sahəsinin 0.0708 ha–dək hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur. Cavabdeh MMC tərəfindən istifadə olunan həmin torpaq sahəsi xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən torpaq sahəsi ilə üst–üstə düşür. Cavabdeh MMC tərəfindən inşa edilən “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsi xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2022–ci il tarixli 10/4564 nömrəli rəyindən görünür ki, xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.0828 ha torpaq sahəsinin 0.0708 ha–dək hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən istifadə olunan həmin torpaq sahəsi xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən torpaq sahəsi ilə üst–üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən inşa edilən “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsinin xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50– 12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində 0.0828 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsinin 0.0708 ha–dək hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur. Eləcə də, Cavabdeh MMC tərəfindən inşa edilən “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsi xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 0.0708 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Habelə, cavabdeh tərəfindən inşa edilən “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsi İddiaçı mülkiyyətində olan mübahisəli torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. Cavabdehin isə həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsi cavabdehin vəsaiti hesabına sökülməli, cavabdeh həmin torpaq sahəsinin zəbt etdiyi 0.0708 ha hissəsindən çıxarılmalı, torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50–12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsindən Cavabdeh MMC çıxarılsın, həmin torpaq sahəsində Cavabdeh MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m–dək hissəsi cavabdehin vəsaiti hesabına sökülsün, torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq, həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(076)-197/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-197/2025
13.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver